Qizilbaġlar tarġXĠ “tarġX-Ġ qezelbaġAN”



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə2/4
tarix03.02.2017
ölçüsü0,54 Mb.
#7385
1   2   3   4

Mosullu tayfası 

 

Onların böyük əmiri (Bək) TaĢ bəyin oğlu Əmir bəydir ki,  Həsən padĢahın əmir əl-ümərası idi.  Sultan 

Əbu Səidin əmirləri ilə mühüm döyüĢlər etmiĢ, Tokatı yandırmıĢdı və onun oğlu Gülabi bəy də böyük əmir idi. 

BaĢqa  biri  Əmir  bəyin  qohumu  Sufi  Xəlildir.  Yaqub  padĢahın  vaxtında  böyük  əmir  idi.  PadĢahın 

vəfatından  sonra  əksər  bayanduri  Ģahzadələrini  öldürdü  və  axırda  Van  qalası  ətrafında  Süleyman  bəy  Bijən 

tərəfindən qətlə yetirildi. 

Bu  tayfanın  böyük  əmirlərindən  biri  də  Əmir  xandır.  ġah  Təhmasibin  adından  Bağdad  valisi  idi  və 

Zülfüqar bəy onu öldürdü. 

BaĢqa birisi Zülfüqar bəy ibn Noxud Sultandır ki, Əmir xandan sonra Bağdad valisi oldu, ġah Təhmasibin 

əleyhinə çıxdı və axırda öz mülazimi Əli bəy tərəfindən öldürüldü

72



BaĢqa  biri  Əmir  xan  ibn  Məhəmmədi  bəy  ibn  Gülabi  bəy  ibn  Əmir  bəy  ibn  BəktaĢ  bəydir  ki,  Təbrizin 



əmir əl-ümərası idi. 

Bu  tayfanın  böyük  əmirlərindən  biri  Məhəmməd  xandır  ki,  KaĢan  hakimliyi  ona  tapĢırılmıĢdı  və  oğlu 

Dəlican xan da bacarıqlı əmir idi. 

Və bu tayfanın böyük əmirlərindən biri Heydər Sultandır ki, uzun illər Qum hakimi idi. Oğlanları Ġbrahim 

xan  və  Ədhəm  Sultan  da  o  çiçəklənən  Ģəhərin  hakimi  olmaqla  ĢərəflənmiĢdilər.  ġah  Təhmasib  Ġbrahim  xanı 

Ruma səfir göndərdi. 

Əmirlərdən biri də Sultan Məsum xandır ki, Savə əyaləti ona mənsub idi. 

 

 



 

 

 

 



Pornak tayfası 

 

Bu tayfanın böyük əmiri ġahəli bəy olub. O, Həsən padĢahın vaxtında böyük qüdrətə malik idi. Sufi Xəlil 

Mosullu ilə vuruĢda öldürüldü

73



BaĢqa biri Mənsur bəydir ki, Yaqub padĢah vaxtında ġiraz əmirliyi ona mənsub idi. 

Digəri Qasım bəydir ki, Mənsur bəydən sonra ġiraz hakimi oldu. 

Bu  tayfanın  böyük  əmirlərindən  biri  Mürtəzaqulu  xandır  ki,  MəĢhədin  əmir  əl-ümərası  idi.  O,  Mənsur 

bəyin oğludur. 

Və  əmirlərdən  biri  Bağdad  hakimi  Barik  bəy  olub  ki,  I  ġah  Ġsmayılın  zühuru  zamanı  Ġraqi-Ərəbin 

hökmdarı idi. 

BaĢqa birisi Həsən bəy ġəkəroğludur ki, Rüstəm padĢah vaxtında Muğan və Qaracadağın əmir əl-ümərası 

idi.  Əlvənd  zamanında  baĢqa  əmirlərə  baĢçılıq edərək  Gərmazərdə

74

  I  ġah  Ġsmayılın  yolunu  kəsmiĢdi,  (lakin) 



məğlub oldu və qaçıb canını qurtardı

75

. Onun oğlu Ġsfahan  Sultan I ġah Ġsmayıl dövründə Mərv hakimi idi və 



Əmir Nəcmlə

76

 döyüĢdə öldürüldü. 



Digər  əmirlər  Mürtəzaqulu  xanın  qardaĢları  Kazım  xan  və  Fərrux  xandır  ki,  Damğan  və  Hezarcəribin

77

 



hakimliyi onların əllərində idi. 

(Əmirlərdən  biri  də)  Mürtəzaqulu  xanın  oğlu  Məhəmmədqulu  xandır  ki,  ġəbankarə

78

  əyalətinin  idarəsi 



ona tapĢırılmıĢdı. 

Və baĢqa biri Pirbudaq xandır ki, hazırda Təbriz  hakimidir. 

 

ġeyxavənd tayfası 

 

Onlar  Həzrət  Sultan  ġeyx  Səfi  əl-həqq  və-d-dinin  nəslindəndirlər

73

.  Onların  böyük  əmiri  Məsum  bəy 



Səfəvidir. (O), ġah Təhmasibin hakimiyyətinin əvvəllərində qorçi

80

 idi, sonra bir müddət yüzbaĢılıq etdi, ondan 



sonra  Ərdəbil  vəqflərinin  mütəvəllisi  oldu,  daha  sonra  isə  ġah  Təhmasibin  vəkili  oldu  və  976-cı  ildə 

(26.VI.1568—15.VI.1569) Həccə gedərkən yolda Sultan Səlimin göstəriĢi ilə öldürüldü

81



BaĢqa birisi Zeynalabdin bəydir ki, I ġah Ġsmayıl vaxtında böyük əmir idi və 918-ci ildə (19.III.1512— 



8.III.1513) Nəcm-i Sani ilə birlikdə Qicduvan Ģəhərində həlak oldu

82



 

Çəpni tayfası 

 

Bu tayfa Trabzon ətrafındakı Yuxarı Canik və AĢağı Canikdəndir (Canik-i ə'la və Canik-i süfla)

83

 Onlar 


Oğuz xanın oğlu Gün xanın nəslindəndirlər

84

. Bu tayfadan böyük əmir az çıxmıĢdır. 



(Bu tayfadan olan) ġahəli Sultan əvvəlcə Süleyman Sultan Rumlunun mülazimi idi, axırda Van qalasının 

hakimi oldu. 955-ci ildə (11.II.1548—29.I.1549) Sultan Süleyman Alkas Mirza ilə birlikdə Ġrana gələndə

85

 (o), 


Van  qalasını  Sultan  Süleymana  təslim  etdi.  Buna  görə  ġah  Təhmasib  onu  inək  dərisinə  çəkdirdi  (və  o), 

dünyadan köçdü və (Ģah) onun qoĢununu Süleyman bəy Çəpniyə tapĢırdı. 

Və  bu  tayfanın  baĢqa  bir  əmiri  Məhəmməd  bəy  Cəlaloğludur  ki,  Gürcüstan  padĢahı  Ləvasanı

86

  qətlə 



yetirdi və axırda ġirvanda özünü öldürdü. 

 

Bayat və Bozçalu tayfası 



 

«Bayat»—yəni  «dövlətli»  və  «nemətli».  Bu  tayfa  Oğuz  xanın  oğlu  Gün  xanın  övladlarındandır.  Bu 

tayfada böyük əmirlər az olmuĢdur. 

(Onlardan) Süleyman bəy ġah Təhmasibin yanında böyük nüfuza malik idi, axırda o həzrətin əmri ilə kor 

edildi. 

Onların  kiçik  əmirləri  Hacı  Üveys  və  Seyf  bəy  olmuĢlar  ki,  Əsilməz  Sultandan  və  onun  oğlu  Dondar 

Sultandan sonra Bayatın əmirliyi onların əlinə keçdi. 

Onların böyük əmirlərindən (biri) ġahverdi Sultandır və digəri Uğurlu Sultandır ki, ġahverdi xan Lur ilə 

vuruĢub həlak oldu

87

, qardaĢı ġahqulu Sultan Kərəhrud



88

 və onun ətrafının hakimidir. 

(BaĢqa bir əmir) Məhəmməd Sultandır ki, hazırda NiĢabur Ģəhərinin əmirliyi ona mənsubdur. 

 

Ərəbgirlu (tayfası) 



 

Onlar  Ərəbgir  vilayətinin  ÇimiĢkəzək  (mahalındandır)

89

  və  I  ġah  Ġsmayıl—Allah  ona  Cənnət 



bağçalarında yer versin!—vaxtında onlar arasında böyük əmir olmayıb. 

 


 

Xınıslu tayfası 



 

Bu tayfa Xınıs, Tərcan və Qarahisardandır

90

. I ġah Ġsmayıl vaxtında onların böyük əmiri Ərzincan valisi 



Həsən bəy Eyqutoğlu idi. 

(Onların böyük əmirlərindən) Div Sultan I ġah Ġsmayıl zamanında Bəlx

91

 hakimi oldu, özbəklərlə mühüm 



döyüĢlər etdi və bütün vuruĢlardan qalib çıxdı. Çaldıran döyüĢündən sonra ġah Ġsmayıl onu hüzuruna çağırdı. 

Bir  neçə  dəfə  Gürcüstana qoĢun çəkdi  və  qələbələrlə  geri  döndü.  Dayan  Sultan  Ustaclunun  ölümündən  sonra 

əmir  əl-üməra  oldu.  ġah  Ġsmayılın  vəfatından  sonra  ġah  Təhmasibi  taxta  çıxardı.  933-cü  ildə  (8.X.1526—

26.IX.1527) Çuhə Sultan Təkəlunun təhriki ilə öldürüldü

92



Əmir Sultan I ġah Ġsmayıl zamanında rumlu qorçilərin yüzbaĢısı idi



93

.  O  həzrətin  vəfatından  sonra  ġah 

Təhmasibin  xəzinədarı  oldu.  Çuhə  Sultanın  qətlindən  sonra  təbil  və  bayraq  sahibi  olub

94

,  Qum  valisi  təyin 



edildi. Sultan Süleyman ikinci dəfə Ġraqa (Ġraqi-Əcəmə) gələndə

95

, o, Dərcəzin



96

 yaxınlığındakı Vəsə kəndində 

idi. Rumlularla (osmanlılarla) Ģiddətli döyüĢlər aparıb o həzrətin diqqətini özünə cəlb etdi və Qəzvin Ģəhərinin 

hakimliyini aldı, Saucbulaq, PiĢkildərə, Ərəbsəidi, Simnani (kəndləri)

97

 ona tiyul verildi və 944-cü ildə (10.VI. 



1587— 29.V.1538) ġah Təhmasib Damğandan MəĢhədə qədər Xorasan əyalətlərinin əmir əl-üməralığını ona əta 

etdi. O, 947-ci ildə (8.V.1540—26.IV.1541) Təbrizdə vəfat etdi. 

(Bu  tayfanın  baĢqa  bir  əmiri)  Zəif  Yusifin  oğlu  Sufiyan  Xəlifədir.  Əslən  Sivas  Ģəhərindəndir. 

Pəhləvanlıqda  birinci  idi  və  özbəklər  ilə  Ģiddətli  döyüĢlər  edib  943-cü  ildə  (20.VI.1536—9.VI.1537)  NiĢabur 

(yaxınlığındakı) Əbdülabad (kəndində) Übeyd xanla vuruĢda öldürüldü

98



Nurəli  Xəlifə  I  ġah  Ġsmayıl  vaxtında  Ərzincan  hakimi  idi.  Rumlularla  (osmanlılarla)  mühüm  döyüĢlər 

etmiĢ,  Tokat  Ģəhərini  yandırmıĢdı.  922-ci  ildə  (5.II.1516—23.I.1517)  ÇimiĢkəzəkdə  «Bığlı  ÇavuĢ»  adı  ilə 

məĢhur olan Mustafa paĢa ilə vuruĢda həlak oldu

99



Bu  tayfanın  böyük  əmirlərindən  biri  Süleyman  Sultandır.  Div  Sultanın  mülazimi  idi  və  onun 

öldürülməsindən sonra, fərmana görə, onun yerinə keçdi, (9) 43-cü ildə (20.VI.1536—9.VI.1587) Vəramində

100

 

dünyadan köçdü. Onun oğlu Hüseyncan Sultan Əmir Sultan Rumlunun köməyi ilə Rey hakimi oldu, MəntəĢa 



Sultan  Ustaclunun  ölümündən  sonra  Çuxursədin

101


  əmir  əl-  ümərası  oldu  və  o  zaman  Ġskəndər  paĢa  Ġrəvana 

gəldikdə


102

,  onunla  vuruĢmadı  və  (9)58-ci  ildə  (1551)  vəfat  etdi.  ġah  Təhmasib  onun  qoĢununu  Div  Sultanın 

oğlu Ədhəm bəyə həvalə etdi. 

Bu tayfanın böyük əmirlərindən biri də ġirvan valisi Aras Sultan idi

103



BaĢqa birisi Yusifcan Sultandır ki, hazırda TurĢizin



104

 və o ətrafın hakimidir. 

 

Təkəlu tayfası 

 

Bu  tayfa  MəntəĢa  eli,  Aydın  eli,  Sərxan  eli,  Həmid  eli,  Kermiyan  və  Ədasya  diyarındandır  və  bu 

vilayətlərə bir yerdə Təkə eli deyirlər

105


. 916-cı ildə (10.IV.1510— 30.III.1511) o diyardan aləmin pənahı olan 

dərgaha gəldilər və Sultan Bayəzidin

106

 əmirləri ilə mühüm döyüĢlər etdilər, bütün vuruĢlardan qalib çıxdılar. 



Bu tayfanın mötəbər əmiri Yekan bəy I ġah Ġsmayılın dövründə böyük əmir idi

107


BaĢqa  birisi  Çuhə  Sultandır  ki,  I  ġah  Ġsmayılın  vaxtında  Kəlhor

508

  hakimi  idi,  Div  Sultan  Rumlunun  



qətlindən  sonra  əmir  əl-üməra  oldu  və  937-ci  ildə  (25.VIII.1530-14.VIII.1531)  Gəndoman  yaylağında

109


 

öldürüldü. 

Bu hadisənin təfsilatı belədir: 

Hüseyn  xan  ġamlu  ġirazdan  gələrək,  Ģahın  hədsiz  lütfləri  sayəsində  tay-tuĢlarından  seçildikdə,  Çuhə 

Sultanın paxıllığı tutub onu öldürmək fikrinə düĢdü.

110


 Bu məqsədlə ziyafət təĢkil edib Hüseyn xanı dəvət etdi. 

Bəzi qorçilər bu qəsddən onu (Hüseyn xanı) xəbərdar etdilər və o həmin ziyafətə getmədi. Elə ki, gecə düĢdü, 

(Hüseyn  xan)  Ģamlulardan  bir  dəstə  ilə  Çuhə  Sultanın  çadırının  üstünə  hücum  çəkdi.  Çuhə  Sultan  onların 

əlindən  qaçıb  özünü  ġah  Təhmasibin  divanxanasına  saldı.  Hüseyn  xan  onu  təqib  etdi.  ġahın  çadırında  o  iki 

yolunu azmıĢ əmir savaĢmağa baĢladılar və çəkiĢmə zamanı iki ox ġah Təhmasibin tacına dəydi. 

(Həmin  gün)  keĢikdə  olan  zülqədr  qorçiləri  Ģamlularla  birləĢdilər  və  Məsir  adlı  zülqədr  qorçisi  Çuhə 

Sultanı  ağır  yaraladı  və  o  öldü.  Amma  təkəlular  onun  ölümünü  gizli  saxladılar.  DüĢərgənin  yaxınlığında  olan 

Burun Sultan Təkəlunun oğlu Hüseyn Sultan köməyə gəldi, Ģamlular bu vuruĢdan qaçıb Ġsfahana yollandılar və 

Ģamlulardan 300 nəfərə yaxını əsir tutulub təkəlular tərəfindən öldürüldü. Təkəlu əmirləri Çuhə Sultanın oğlu 

ġahqubadı (onun yerinə) vəkil etdilər və orduda fəsad törətməyə baĢladılar. BaĢqa tayfalar, o cümlədən, ustaclu, 

rumlu, zülqədr, əfĢar birləĢməyə məcbur oldular və bir neçə gün sonra Ġmamzadə Səhləli

111


 yaxınlığında onlarla 

təkəlu  (tayfası)  arasında  döyüĢ  oldu.  ġah  Təhmasib  də  o  tayfanın  qətlinə  fərman  vermiĢdi.  Nəhayət,  təkəlu 

tayfası  Kürdüstan  yolu  ilə  min  bir  əziyyətlə  qaçıb  Bağdada  getdi  və  oranın  hakimi  Məhəmməd  xan 

ġərəfəddinoğlu Quduz Sultanı

112

 və bəzi baĢqa ixtilafçıları öldürüb baĢlarını ġah Təhmasibin sarayına göndərdi. 



«Afət-e təkəlu» ifadəsi bu hadisənin tarixini göstərir

113




10 

 

(Bu tayfanın baĢqa bir əmiri) Uləmadır ki, Azərbaycanda hakim idi və Çuhə Sultanın yerinə vəkil olmaq 



istədiyi üçün yeddi min süvari ilə ġah Təhmasib saayına yaxınlaĢdı

114


. Elə ki, üsyan xəbəri Ģahın qulağına çatdı, 

onun  üstünə  hücum  etdi,  Uləma  qaçıb  özünü  Van  qalasına  saldı  və  xandqar  ona  zərli  paltar  və  qızıl  saplarla 

tikilmiĢ  əmmamə  göndərdi  və  onu  Ruma  dəvət  etdi.  O,  Sultan  Süleymanın  hüzuruna  yetiĢən  kimi  onu  Ġrana 

hücuma keçməyə təhrik etdi və Sultan Süleymanın Ġrana ikinci yürüĢü onun səyi ilə olmuĢdu

115

. Uləma  Rumda   



(Türkiyədə) vəfat etdi. 

Onların  böyük  əmirlərindən  biri  Məhəmməd  xan  ġərəfəddinoğludur.  Əvvəlcə  Çuhə  Sultanın  mülazimi 

idi, Əxi Sultanın qətlindən sonra Qəzvin hakimi oldu və Zülfüqar Türkmanın öldürülməsindən sonra Ġraqi-Ərəb 

valisi oldu. Sufiyan Xəlifə Rumlu öldürüldükdən sonra Ģahzadə Sultan Məhəmməd Xudabəndənin

116

 lələsi oldu 



və otuz ilə yaxın Heratda hakimlik etdi və o Ģəhərdə dünyadan köçdü. Onun oğlu Qazaq xan Herat hakimi oldu, 

qoĢununun sayı on minə çatdı və ġah Təhmasibə qarĢı çıxdı. Əmirlər Herata gedib onu həbs etdilər və o, (9)72-

ci ildə (9.VIII.1564— 28.VII.1565) vəfat etdi. 

Bu tayfanın əmirlərindən biri Çərkəs Həsənin oğlu Qazi xandır. Atası Urmi (Urmiya) hakimi idi və Div 

Sultanın əmri ilə öldürülmüĢdü. (Qazi xan) Hüseyn xandan sonra Herat hakimi və Bəhram Mirzanın lələsi oldu, 

axırda Ruma getdi

117

.  Sultan  Süleyman  Ġraq  hakimliyini ona  əta etdi  və  (9)47-ci  ildə  (8.V.1540—26.IV.1541) 



beĢ  min  nəfərlə  o  diyardan  qaçıb  ġah  Təhmasibin  hüzuruna  gəldi  və  ġirvanın  Bakı,  Salyan  və  Mahmudabad 

(Ģəhərlərinin) hakimi oldu

118

 və Alkas Mirzanın təhriki, ġah Təhmasibin fərmanı ilə öldürüldü. 



Burun  Sultan  uzun  illər  ġah  Ġsmayılın  adından  MəĢhəd  hakimi  idi  və  Sultan  Hüseyn  Mirzanın  nəvəsi 

Məhəmməd Zaman Mirzanı

119

 məğlub edib axırda Səksəncəkdə ustaclular tərəfindən öldürüldü



120

Və  bu  tayfanın  baĢqa  bir  əmiri  Əli  Sultandır  ki,  uzun  illər  I  ġah  Ġsmayılın  adından  Qəzvin  hakimi  idi. 



Axırda Bistamda özbək Übeyd xanla vuruĢda öldürüldü. 

 

TÜRKMAN TAYFALARI 



 

Onlar iki qola ayrılırlar: Qaraqoyunlu və Ağqoyunlu; və uzun illər Ġranda hökmranlıq etmiĢlər. 

 

QARAQOYUNLU TAYFALARI

121 

 

Onlar ƏrciĢ

122

 ətrafında yaĢayırdılar və onlara «barani» də deyirlər. 



Qara Yusif ibn Qara Məhəmməd: Son dərəcə cəsur, mərd və güclü olmuĢdur. Belə ki, Əmir Teymurla 

(Teymurlənglə) dəfələrlə vuruĢmuĢdu və Sultan Əhməd Cəlairlə

123

 birgə Ruma, oradan isə ġama getdi. Oranın 



(ġamın) padĢahı Məlik ƏĢrəf Teymurun xoĢuna gəlmək üçün hər ikisini həbs etdi. O vaxt onun bir oğlu oldu, 

adını Pirbudaq qoydular və Sultan Əhməd onu oğulluğa götürdü. 

Əmir  Teymurun  ölümündən  sonra

124


  (Qara  Yusif)  həbsdən  azad  oldu.  Onunla  o  vilayətə  getmiĢ  və 

dağılıĢmıĢ min atlı yenidən toplaĢdı və (Qara Yusif) oradan qaçıb Fərat çayının sahillərinə qədər sərhəd tayfaları 

və  keĢikçiləri  ilə  180  döyüĢ  edib  qalib  çıxdı.  809-cu  il  cumadiüləvvəl  ayının  1-də  (14.X.1406)  Naxçıvan 

yaxınlığında Mirza Əbabəkr

125

 ilə vuruĢub qələbə çaldı. Və ikinci dəfə Təbriz yaxınlığındakı Sərdrudda 810-cu 



ildə  (8.VI.1407—26.V.1408)  Mirza  Əbabəkrlə  döyüĢdükdən  və  onun  atası  Mirza  MiranĢahı

126


  öldürdükdən 

sonra  bütün  Azərbaycana,  Ġraqi-Ərəbə  və  Ġraqi-Əcəmin  bir  hissəsinə  hakim  oldu.  Axırda  Mirza  ġahrux  onun 

qarĢısını almaq üçün iki yüz min süvari ilə Reyə gəldi və paytaxtın mühafizəçiləri düĢməni məhv etmək üçün on 

iki min dəfə «Ġnna fəthəna»

127

 oxudular. 



Qara Yusif ağır xəstə olmasına baxmayaraq, qeyrət göstərib Təbrizdən Ucana

128


 getdi və orada (8)23-cü il 

ziqədə ayının 7-də (13.XI.1420) cümə axĢamı vəfat etdi. Bu vaxt oğlanlarından heç biri yanında deyildi. Ordu 

elə  qarıĢdı  ki,  heç  kəs  qalmadı.  Onu  (...)  qoyub  dağılıĢdılar,  (...) dəstəsi  ora  gəlib  onun  geyimini  çıxardılar  və 

daĢ-qaĢla bəzədilmiĢ sırğalarına tamah saldılar, çıxarmağa imkan tapmayıb qulağı ilə birlikdə (kəsib) apardılar. 

Onun (Qara Yusifin) altı oğlu var idi: 

Birincisi,  Pirbudaqdır  ki,  onu  padĢah  edib  qarĢısında  qızıl  dəyənəklə  dayanırdı,  bu  əsasla  ki,  sultan 

oğludur. O, atasının sağlığında vəfat etdi və bundan sonra Qara Yusif öz adından sultanlıq etməyə baĢladı

129


Ġkincisi,  ġahməhəmməddir  ki,  iyirmi  üç  il  Bağdad  hakimi  olmuĢdu.  836-cı  il  zihiccə  ayının  18-də 

(5.VIII.1433) Baba Hacı Həmədani

130


 tərəfindən öldürüldü. 

Üçüncüsü,  Əmir  Ġsfahandır  ki,  Bağdadı  qardaĢı  ġahməhəmməddən  zor  ilə  aldı  və  on  iki  illik 

hakimiyyətdən sonra (8)48-ci il ziqədə ayının 28-də (8.III.1445) çərĢənbə axĢamı vəfat etdi. 

Dördüncüsü,  Əbu  Səiddir  ki,  (8)38-ci  ildə  (7.VIII.1434—26.VII.1435)  qardaĢı  Ġskəndər  tərəfindən 

öldürüldü

131


(BeĢincisi),  Qara  Ġskəndər  ibn  Qara  Yusif:  son  dərəcə  Ģücaətli  və  cəsur  idi.  Atasının  ölümündən  sonra 

taxta  çıxdı.  824-cü  il  rəcəb  ayının  27-də  (28.VII.1421)  bazar  ertəsi  ƏləĢkerddə

132


  Mirza  ġahruxla  iki  gün 

döyüĢüb  böyük  Ģücaət  və  qəhrəmanlıq  göstərdi.  Axırda  əldən  düĢdüyü  üçün  qaçıb  Ruma  getdi  və  Mirza 

(ġahrux) qayıtdıqdan sonra Azərbaycana gəlib taxta oturdu. 


11 

 

Ġkinci dəfə Mirza ġahrux onun üstünə qoĢun çəkdi və (8)32-ci il zihiccə ayının 17-də (17.IX.1429) Ģənbə 



günü  Səlmas  yaxınlığındakı  Zahir  (kəndində)  döyüĢ  oldu.  Ġskəndər  iki  gün  qəhrəmancasına  vuruĢdu,  amma 

bəxti  müsaid  olmadığından  yenə  məğlub  olub  Ruma  yollandı  və  Mirza  (ġahrux)  getdikdən  sonra  yenə 

Azərbaycana  hakim  oldu.  Və  (8)39-cu  ildə  (27.VII.  1435—15.VII.1436)  Mirza  (ġahrux)  yenə  onun  qarĢısını 

almaq  üçün  Reyə  gəldi.  Qara  Yusifin  oğlu  Mirza  CahanĢah  onun  hüzuruna  getdi  və  (ġahrux)  Ġskəndərin 

fitnəsinin qarĢısını almağı ona həvalə etdi. (Misra): sərxoĢu saqinin qəmzəsinə tapĢır! 

(Altıncısı), CahanĢah Mirza ibn Qara Yusif: Arabir Ģer yazmağa meyl edirdi və təxəllüsü «Həqiqi» idi. 

Mirza ġahrux tərəfindən Azərbaycan valisi təyin edildi. TalıĢdakı Qızılağacda qıĢladı. QardaĢı Ġskəndər Rumdan 

geri qayıdıb Sürməlu

133

 qıĢlağından Təbrizə gəldi və oranı tutdu. CahanĢah onu dəf etməyə tələsdi və 840-cı ilin 



əvvəllərində  (1436)  Mərənd  yaxınlığındakı  Sufiyan  (qəsəbəsində)  iki  qardaĢ  arasında  döyüĢ  oldu.  Ġskəndər 

Əlincəq  qalasına  qaçdı  və  orada  (8)41-ci  il  Ģəvval  ayının  25-də  (20.IV.1438)  onun  cariyələrindən  birinə  aĢiq 

olmuĢ  oğlu  ġahqubad  tərəfindən  öldürüldü

134


  və  onun  meyidini  Təbriz  (yaxınlığındakı  Vəlyankuhda  yerləĢən 

Əxi Sədəddin qülləsinə apardılar. Və əmisi onu (ġahqubadı) cəzalandırdı. 

844-cü ildə (2.VI.1440—21.V.1441) (CahanĢah) Gürcüstana qoĢun çəkdi və qələbə qazandı. 851-ci ildə 

(19.III.1447—6.III.1448) Diyarbəkrə—qardaĢı Ġskəndərin oğlu Əlvəndin üstünə yeridi. Oranın bəzi mahallarını 

tutdu.  856-cı  ildə  (23.I.1452—11.I.1453)  Ġraq  vilayətini  tutdu  və  857-ci  ildə  (1453)  Ġsfahanda  kütləvi  qırğın 

törətdi. 859-cu ildə (22.XII.1454—10.XII.1455) Bağdadı tutdu və oranı qardaĢı Ġsfahan bəyin oğlunun əlindən 

aldı

135


.  (8)61-ci  ildə  (29.XI.1456—18.XI.1457)  Xorasana  yollandı,  Heratı  tutdu  və  Əlaüd-dövlə  ibn 

Baysunqur

136

  ona  pənah  gətirdi.  Bu  zaman  Sultan  Əbu  Səid  Mavəraənnəhrdən  onun  üstünə  yeridi  və 



Azərbaycandan  Həsənəlinin  qiyam  xəbəri  gəldi.  CahanĢah  onunla  (Əbu  Səidlə)  sülh  bağlamağa  məcbur  olub 

geri  qayıtdı

137

.  Həsənəli  qaçıb  Bakı



138

  qalasında  gizləndi.  Atası  istəyirdi  ki,  onu  yanına  gətirib  cəzalandırsın; 

(yalandan) bildirdi ki: «onun günahından keçdim». (Amma) arvadı Bəyim qoymadı və axırda onu (Həsənəlini) 

öz məmləkətindən qovdu. 

O  biri  oğlu  Pirbudaq  ġirazda  üsyan  etdiyi  üçün  onu  oradan  çıxarıb  Bağdada  göndərdi  və  bu  misranın 

hərfləri həmin tarixi köstərir: «Həqiqi kam-e del yabəd ze ġiraz»

139

. O, (Pirbudaq) ora getdi, (amma), yenə də 



atasına  tabe  olmaq  istəmirdi.  869-cu  ildə  (3.IX.1464—23.VIII.1465)  (CahanĢah)  oranı  (Bağdadı)  mühasirəyə 

aldı və bir ildən sonra tutdu və 870-ci il ziqədə ayının 2-də (16.VI.1466) bazar günü səhər qardaĢı Məhəmməd 

(Mirza)  Pirbudağı öldürdü. 

873-cü  ildə  (22.VII.1468—10.VII.1469)  (CahanĢah)  Diyarbəkrə—Həsən  bəyin  (Uzun  Həsənin)  üstünə 

qoĢun çəkdi və qıĢ çox sərt olduğu üçün MuĢ düzündən geri qayıtdı. O, gecələr oturmağa və gündüzlər yatmağa 

adət  etdiyi  üçün  Rum  padĢahı  onun  adını  «Yarasa»  («ġəbpərə»)  qoymuĢdu.  O,  evdə  yatdığı  və  qoĢunu  baĢqa 

düĢərgəyə yollandığı zaman Həsən bəy fürsət tapıb altı min süvari ilə onun üstünü aldı və həmin ilin rəbiüssani 

ayının 12-də (30.X.1468) qaçarkən naməlum bir Ģəxs tərəfindən öldürüldü. Oğlanları Məhəmmədi və Əbu Yusif 

əsir  düĢdü.  Məhəmmədi  öldürüldü  və  o  biri  kor  edildi.  (CahanĢah)  808-ci  ildə  (29.VI.1405—17.VI.1406) 

Mardin


140

 (yaxınlığındakı) Mədrəsə (kəndində) anadan olmuĢdu. 



Həsənəli ibn  CahanĢah: Atası onu  öz  ölkəsindən  qovduqda,  o,  Diyarbəkrə—Həsən  bəyin  yanına  getdi 

(və  ondan)  qayğı  gördü.  Dəfələrlə  atasının  hüzuruna  qayıtmaq  istəsə  də,  yenə  qorxub  Həsən  bəyin  yanına 

gedirdi  və  yenə  də  hörmət  görürdü.  Axırda  fitnəsi  və  xəyanəti  məlum  olanda,  Həsən  bəy  onu  qovdu  və  (o), 

qardaĢı Pirbudağın yanına getdi. Atasının ölümündən sonra Təbrizə gəldi və xəzinəni öz tərəfdarı hesab etdiyi 

bir  dəstə  rəzilin  arasında  bölüĢdürdü.  QardaĢı  Əbülqasım  Kermanda  qiyam  qaldırdı  və  Ġsfahanı  tutmaq  istədi, 

amma  müvəffəq  olmadı.  Çarəsiz  qalıb  qardaĢına  (Həsənəliyə)  təslim  oldu  və  onun  əmri  ilə  öldürüldü.  Və 

atasının  xeyirli  iĢlər  görmüĢ  və  «Müzəffəriyyə»  sarayını  tikdirmiĢ  arvadı  Bəyimi  boğub  öldürdü,  onun 

(Bəyimin) qardaĢları Qasım və Həmzəni qılıncdan keçirdi. 

Xülasə, sanki bu nahaq qanların əvəzi olaraq, o əzəmətdə ordu Xoyda Həsən bəyin qoĢunu ilə üzləĢəndə 

qorxudan  xəndəklərdə  gizləndi.  Axırda  Həsən  bəyin  mühafizəçiləri  sapand  daĢları  ilə  onları  qaçmağa  məcbur 

etdilər.  Həsənəli  Bərdəyə—Qaramanlu  tayfasının  yanına  qaçdı,  oradan  Ərdəbilə  gəldi.  Hər  gün  bir  fitnə 

törədirdi.  Axırda  Həsən  bəy  oğlu  Uğurlu  Məhəmmədi  onun  üstünə  göndərdi  və  873-cü  ilin  Ģəvval  ayında 

(14.IV.—12.V.1469) Həmədanda ələ keçib öldürüldü. Bununla o sülaləyə son qoyuldu

141


 

 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin