Qizilbaġlar tarġXĠ “tarġX-Ġ qezelbaġAN”


QARAQOYUNLU TAYFALARI HAQQINDA



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə3/4
tarix03.02.2017
ölçüsü0,54 Mb.
#7385
1   2   3   4

QARAQOYUNLU TAYFALARI HAQQINDA

142

 

 

 

Alpaut tayfası 

 

Pir  Məhəmməd  bəy  bu  tayfanın  böyük  əmirlərindəndir.  Pirbudaq  Mirzanın  ölümündən  sonra  Bağdad 

hakimi  oldu.  Həsən  padĢah  onu  mühasirəyə  aldı  və  heç  nə  edə  bilmədi.  Elə  o  vaxtlar—872-ci  ildə 

(2.VIII.1467— 21.VII.1468) vəfat etdi. 

Bu tayfanın böyük əmirlərindən biri Rüstəm bəy Təvaçidir

143 


ki, Səncəq döyüĢündə

144


 əsir düĢdü. 

12 

 

Bu tayfanın böyük əmirlərindən biri də Pir Məhəmməd bəy Sanidir ki, Həsən padĢahın əmirlərindən idi 



və Tərcan döyüĢündə dedi ki: «mən Həsən padĢaham»! Ona görə Sultan Məhəmmədin əmri ilə Tokat qalasında 

dustaq edildi

145



Bu tayfanın əmirlərindən biri də Qaraxan bəydir ki, Qara Yusifin adından Həmədan hakimi idi. 



BaĢqa birisi Sərxan bəydir. O da Qara Yusifin böyük əmirlərindən idi. 

Daha biri—Yaqub bəy Mirza Ġskəndərin böyük əmiri idi. 

BaĢqa birisi Məhmad bəydir ki, Sultan Xəlil zamanında böyük əmir idi. 

 

Baharlu tayfası 



 

Onların  böyük  əmiri  ƏliĢəkər  bəydir  ki,  CahanĢah  padĢahın  adından  uzun  illər  Həmədan,  Vorucerd  və 

Nəhavənd

146


  hakimi  olmuĢdur.  CahanĢah  onu  Rüstəm  Tərxan  və  baĢqa  yaxın  adamları  ilə  birlikdə  Həsən 

padĢahla döyüĢə göndərdi və (o), Mardində əsir düĢdü

147

, o həzrət onu azad etdi və yenidən Həmədan hakimi 



oldu. 

Onun  övladları  Pirəli  bəy,  Yarəli  bəy  və  Bayram  bəy  də  böyük  əmirlər  idilər.  Pirəli  bəy  Səncəq 

döyüĢündə Həsən padĢah tərəfindən tutuldu və o həzrət onu azad etdi. Ondan sonra CahanĢahın kor edilmiĢ oğlu 

(Əbu) Yusif Mirzanı taxta çıxardı və Nuzul

148

 Ģəhəri ətrafında Lur-i kuçek



149

 hakimi ilə vuruĢdu və onu öldürdü. 

Axırda (həmin) Ģəhər yaxınlığında Həsən padĢahın oğlu Uğurlu Məhəmməd tərəfindən məğlub edildi və Sultan 

Hüseyn Mirzaya (Bayqaraya) pənah apardı. 

Bu tayfanın böyük əmirlərindən biri ġahvəli bəydir ki, Səncəq döyüĢündə öldürüldü. 

BaĢqa birisi ƏliĢəkər (bəyin) nəvəsi Bayram xandır

150

 ki, Humayun padĢahın



151

 əmir əl-ümərası idi. Onun 

ölümündən sonra Cəlaləddin Əkbəri

152


 taxta çıxardı və bütün (zəruri) tədbirləri gördü. Axırda paxılların fitnəsi 

ilə onların arasına düĢmənçilik düĢdü və (Bayram xan) çox vuruĢlardan sonra Həccə yollandı və yolda hindlilər 

tərəfindən öldürüldu. 

Onun  oğlu  layiqli  xidmətlərinə  görə  xanlar  xanı  (xan-xanan)  oldu

153

  və  Cəlaləddin  Əkbər  padĢah  ona 



Sultan  Hüseyn  Mirza  Səfəvinin

154


  oğlu  Rüstəm  Mirza  ilə  birlikdə  Dəkən  ölkəsini

155


  tutmağı  həvalə  etdi  və  o 

tərəflərin əksəriyyətini tutdu; hazırda o məmləkətin hökmdarıdır. 

 

Cagirlu tayfası 

 

Onların böyük əmiri Əmir Bəstamdır ki, illərlə Qara Yusif Türkmanla vuruĢdu və axırda onun əmir əl-

ümərası  oldu.  (Onun)  oğlanlarından  Əmir  Bayəzid  CahanĢah  padĢahın  divan  əmiri  (əmir-i  divan)  idi  və 

ölümündən sonra qardaĢı Əbülfəth bəy onu əvəz etdi. 

Bayəzid bəyin oğlu Ömər bəy CahanĢahın böyük əmiri idi və Həsənəlinin məğlubiyyətindən sonra Əbu 

Səidin xidmətinə keçdi və axırda Həsən padĢah tərəfindən əsir tutuldu. 

Əli  bəy  CahanĢahın  böyük  əmiri  idi  və  Səncəq  döyüĢündə  Həsən  padĢahın  qoĢununun  əlinə  keçib 

öldürüldü. 

 

Qaramanlu tayfası 

 

Əmir  Qaraman  Qara  Yusif  zamanında  bütün  əmirlərdən  böyük  idi  və  ġirvan  padĢahı  Sultan  Ġbrahimlə 

döyüĢdə

156


 qəhrəmanlıqlar göstərmiĢdi. 

Piri Qaraman Mirza Ġskəndərin böyük əmiri idi və ondan üz döndərib CahanĢaha qoĢuldu. 

Bəxtiyar  bəy  CahanĢah  zamanında  ona  pənah  gətirdi.  Buna  görə  Həsən  padĢah  Sufi  Xəlil  Mosulluya 

Süleyman  bəy  Pornak  və  Əli  bəy  Ağacəri  kimi  böyük  əmirlərlə  birlikdə  onu  aradan  götürməyi  tapĢırdı.  Sufi 

Xəlil qəflətən onun üstünə hücum çəkdi və Bəxtiyar bəyi iki yüz nəfər mülazimi ilə birgə qətlə yetirdi. 

Və baĢqa birisi Bayram bəydir ki, I ġah Ġsmayıl zamanında Bəlx valisi idi və o həzrətin bacısının əri idi. 

Nəcm-i Sani ilə birlikdə Qicduvanda həlak oldu. 

Onların əmirlərindən biri də Yarməhəmməd bəydir. (O), Qara Yusif zamanında böyük əmir idi. 

 

Sədlu tayfası 

 

Onların böyük əmiri Pirhüseyn bəydir ki, ƏləĢkerd döyüĢündə

157

 Mirza ġahruxun mülazimləri tərəfindən 



öldürülmüĢdü. 

Hüseyn  Sədlu  CahanĢahın  adından  Astrabad  hakimi  idi  və  Sultan  Hüseyn  Mirza  Bayqara  ilə  vuruĢub 

həlak oldu. 

BaĢqa biri Saru Pirəlidir. CahanĢah Bağdadı fəth edəndə, o, Dəclədə boğuldu. Onun oğlanları Mirsübhan 

bəy və Əmir bəy Həsən padĢahın əmirlərindən idilər. 


13 

 

Pirhüseyn bəyin övladlarından Alovxan bəy ġah Təhmasib zamanında kiçik əmir idi. 



Fərhad  xan  Bayram  bəyin  övladlarından  idi  və  I  ġah  Abbasın  zamanında

158


  yüksək  sultanlıq  rütbəsinə 

çatdı,  bir  müddət  tam  əzəmət  və  istiqlal  ilə  fələk  vüqarlı  padĢahın  xidmətində  ixtiyar  və  iqtidar  sahibi  idi. 

Səltənətin əsas dayağı idi və onun düzgün rəyi olmadan hakimlərin təyini və çıxarılması, mühüm iĢlərin icrası 

baĢ  vermirdi.  Yüksək  «Övlad»  («fərzənd»)  ləqəbinə  layiq  görülmüĢdü  və  heç  bir  xoĢbəxtin  təsəvvür  edə 

bilməyəcəyi  ali  bir  rütbəyə  və  möhtərəm  mənsəbə  yetiĢmiĢdi.  Bütün  iĢlərdə  və  cəmi  məsələlərdə  etibar  və 

etimad nöqtəsi olmuĢdu. Axırda vəfasız fələk öz köhnə adətini göstərdi və onu kiçik bir təqsirlə asiman saraylı 

padĢahın gözündən saldı.  

Tale mənhus olub bəxt dönəndə ulduzlar və fələklər də öz təsirini göstərib iĢini sona yetirdilər. Ġzzət və 

dövdət tacı ilə fəxr edən baĢını nizəyə keçirib Heratın bazar və məhəllələrində gəzdirdilər

159


.  

Bu  qəziyyə  1007-ci  ilin  məhərrəm  ayında  (4.VIII.—  2.IX.1598)  Heratda  I  ġah  Abbas  Xorasanı 

özbəklərdən azad edəndə baĢ vermiĢdi və «fəth-e heri Ģod» ifadəsi onun tarixini göstərir

160


(Fərhad  xanın)  qardaĢı  Zülfüqar  xan  hazırda  mötəbər  xanlardan  biridir  və  səxavətinin  çoxluğu  ilə  öz 

təbəqəsindən və taylarından seçilir və üstündür. I ġah Abbas onu Ruma səfir göndərdi və o, faydalı təsiri olan 

həmin səfərdə səy və mərdanəlik göstərdi. Yuxarılar və aĢağılar arasında həmin səfirlik məlum və məĢhur, insaf 

sahiblərinin dili və ağzında məzkurdur. Hal-hazırda Ərdəbilin hakimliyi ona tapĢırılmıĢdır. 

 

Hacılu tayfası 



 

ġahəli bəy (...)  əmirlərdən olmuĢdu və 909-cu ildə (26.VI.1503—13.VI.1504) Vəramində Hüseyn Kiya 

Çəlavi

161


 tərəfindən öldürülmüĢdü. 

Və bu tayfanın əmirlərindən biri Kor Seyiddir. 

 

Bayburtlu tayfası 

 

Bu tayfa Ərzincan yaxınlığında yerləĢən Bayburtdandır və onların böyük əmiri Qaraca Ġlyasdır ki, I ġah 

Ġsmayılın cülusunun əvvəllərində onun hüzuruna gəlmiĢdi

162


 

Varsaq tayfası 



 

Onların  əsli  indi  Qaraman  kimi  məĢhur  olan  yunan  Ģəhərlərindəndir.  I  ġah  Ġsmayıl  vaxtında  onlardan 

böyük əmir olmayıb. Onların kiçik əmirləri Musa bəy, Həsən Xəlifə—Xaf

163


 hakimi, Mustafa bəy və Durhəsən 

Xəlifə olmuĢlar. 



Evoğlu (tayfası) 

 

Bu  tayfadan  böyük  əmir  olmayıb.  (Onlar)  Səfəvi  xanədanının  müridlərindəndir  və  əksərən  o  həzrətin 

mətbəxində xidmət etmiĢlər. 

 

Qaracadağlu tayfası 



 

Bu tayfanın böyük əmiri ÇavuĢ Mirzadır ki, I ġah Ġsmayıl vaxtında əmir olmuĢdur. 

Və bu tayfanın (əmirlərindən) biri Xəlifə Ənsardır

164


 

KÜRD TAYFALARI HAQQINDA 



 

Bu tayfada böyük padĢahlar olmuĢdur, o cümlədən, Nəcməddin Əyyubun oğlu Sultan Səlahəddin Yusif

165

 

ki,  iyirmi  altı  il  Misir,  ġam,  Hələb  və  Diyarbəkrdə  hökmranlıq  etmiĢ,  Ģücaətli,  səxavətli  və  ədalətli  padĢah 



olmuĢdur, 589-cu ilin səfər ayında (6.II.— 6.III.1193) DəməĢqdə vəfat  etmiĢdir. 

O diyarda hökmranlıq etmiĢ həmin sülalə budur: Məlik Əziz Osman, Məlik Mənsur Məhəmməd, Məlik 

Əfzəl Nurəddin Əli, Məlik Adil Əbubəkr, Məlik Saleh, Məlik Nəcməddin Əyyub, Məlik Müəzzəm TuranĢah; 

həmən ölkələrdə onların hökmranlığı 81 il olmuĢdur

166



Belə deyirlər ki, Əyyubilər adlanan Misir sultanlarının əcdadı kürd qəhrəmanlarından ġadi adlı birisi imiĢ. 



(O), Sultan Məsud Səlcuqinin

167


 vaxtında Tikrit qalasının

168


 komendantı təyin edildi və öldükdən sonra Ģərəfli 

oğlanları  Nəcməddin  Əyyub  və  Əsədəddin  ġirkuh  o  iĢi  icra  etdilər,  ta  o  vaxta  qədər  ki,  Əsədəddin  bir  nəfəri 

öldürdü və orada qalmağı məsləhət bilməyib Nurəddin Mahmud ibn Ġmadəddin Zəngiyə

169


 pənah apardılar və 

Ģahın sevimlisi və qoĢunun baĢçısı oldular. 

Misir Ġsmaili dövləti zəifləməyə baĢlayanda o zaman Misir hüdudlarına basqın edən türklərin təhlükəsini 

dəf  etmək  üçün  Nurəddin  Mahmuddan  kömək  istədi  və  o,  dəfələrlə  Əsədəddini  müzəffər  qoĢunla  köməyə 



14 

 

göndərdi. Əsədəddin axırıncı dəfə Azid Ġsmailinin



170

 vəziri ġaburu (ġapuru) öldürdü və yerinə keçdi. Ġki aydan 

sonra o da axirət dünyasına köçdü. QardaĢı oğlu Səlahəddin Yusif ibn Nəcməddin Əyyub onu əvəz etdi və 567-

ci  ildə  (4.IX.1171—22.VIII.1172)  Azidin  ölümündən  sonra  bütün  Misirin  və  onun  ətrafının  valisi oldu,  baĢqa 

iddiaçıları  aradan  götürdü.  Nurəddin  Mahmud  Zəngidən  xahiĢ  edib  atası  Nəcməddin  Əyyubu  Misirə  gətirdi. 

Nəcməddin  Əyyub  Yaqub  kimi  hicran  çəkmiĢ  gözlərini  Misirdə  sultanlıq  edən  əziz  Yusifin  görüĢü  ilə 

iĢıqlandırdı

171


.  (Səlahəddin)  atasının  məsləhətinə  görə,  Nurəddin  Mahmud  Zəngiyə  xidmət  yolundan  çıxmırdı, 

Nurəddin də o torpaqları ona güzəĢtə getdi. 

Səlahəddin  cahangirlik  qılıncını  sıyırıb  az  bir  müddətdə  o  vilayəti  din  və  dövlət  düĢmənlərindən 

təmizlədi.  O  qədər səxavətli idi  ki,  səltənətin  geniĢliyinə,  məmləkətin  böyüklüyünə  və  qənimətlərin  bolluğuna 

baxmayaraq, 589-cu il səfər ayının 7-də (12.II.1193) səhər keçinərkən, onun xəzinəsində 47 dirhəmdən artıq pul 

yox idi. 

Deyirlər, Azidin xəzinəsindən Səlahəddin Yusifin əlinə keçən qiymətli Ģey bir zümrüd əsa və gözəl xətlə, 

yazılmıĢ yüz min nüsxə nəfis kitab olub. 

Misir,  ġam  və  Yəmən  yüz  ilə  yaxın  Əyyubilərin  hakimiyyəti  altında  olmuĢdur  və  onların  çoxu  gizli 

sultanlıq xalatı geymiĢlər. Axırı 662-ci ildə (4.XI.1263—23.X.1264) süqut edib qulamlara çevrildilər və 923-cü 

ildə  (24.I.1517—12.I.1518)  Rum  padĢahı  Sultan  Səlim  onların  sonuncusu  olan  Qansuhu

172


  məğlub  etdi  və  o 

məmləkət rumluların (osmanlıların) əlinə keçdi. 

 

LUR TAYFALARI HAQQINDA 

 

Luristan təxminən 300-cü ildə (18.VIII.912—7.VIII. 913) o diyarın hakimi olmuĢ iki qardaĢın adı ilə iki 

hissəyə  bölünmüĢdür:  Bədr—Böyük  Lurun  valisi,  Mənsur—Kiçik  Lurun  valisi.  Uzun  müddət  Luristanın 

hakimliyi onların əlində idi. 

Onların böyük padĢahı Nəsirüddövlə ibn Mərvan

173


; əlli iki il Cəzirə

174


 və Diyarbəkrdə sultanlıq etmiĢ və 

453-cü  ildə  (26.I.1061—14.I.1062)  vəfat  etmiĢdir.  Ondan  sonra  övladları  Nəsr,  Səid  və  Mənsur  o  diyarda 

hakimlik etmiĢlər

175


Və onların böyük əmirlərindən biri Bitlis

176

 padĢahı ġərəfəddin xanın oğlu ġəmsəddin xandır



177

Kiçik əmirlərdən (biri) Hası bəy Dünbülidir ki, Xoyda Ġskəndər paĢa ilə vuruĢda həlak oldu



178

 



 

 


15 

 

ĠKĠNCĠ HĠSSƏ 



 

SOL TƏRƏFDƏ (CĠNAHDA) OLAN TAYFALAR HAQQINDA 

 

Ustaclu (tayfası) 

 

Onlar  I  ġah  Ġsmayılın  zühurunun  əvvəllərində  Ərzincan  yaxınlığında  öz  köçləri  ilə  xoĢbəxt  orduya 

qoĢuldular. Onların böyük əmirləri çoxdur. O cümlədən: 

Xan Məhəmməd yeddi il I ġah Ġsmayılın adından Diyarbəkr hakimi idi, az bir qoĢunla dəfələrlə zülqədr 

ordularını məğlub etmiĢdi və 920-ci ildə (26.II.1514—14.II.1515) Çaldıran döyüĢündə həlak oldu. 

Onun qardaĢı Qara xan ondan sonra Diyarbəkr əmir əl-ümərası oldu və 922-ci ildə (5.II.1516—23.I.1517) 

Mardin (yaxınlığındakı) Qoruqtəpədə «Bığlı ÇavuĢ» adı ilə məĢhur olan Mustafa paĢa ilə döyüĢdə öldürüldü

179


Bu  tayfanın  böyük  əmirlərindən  biri  Çayan  Sultandır

180

  ki,  Hüseyn  bəy  Lələ  çıxarıldıqdan  sonra  I  ġah 



Ġsmayılın əmir əl-ümərası oldu və 930-cu ildə (10.XI.1523—28.X.1524) vəfat etdi. 

Onun  qardaĢı  Köpək  Sultan  vəkillik  mənsəbi  üstündə  Div  Sultan  Rumlu  ilə  vuruĢub  933-cü  ildə 

(8.X.1526—26.IX.1527) ġəhrurda (ġərurda) öldürüldü

181


Bu tayfanın böyük əmirlərindən biri I ġah Ġsmayılın bacısı oğlu və ġah Təhmasibin bacısının əri Abdulla 

xandır.  Çuhə  Sultanın  ölümündən  sonra  Hüseyn  xan  ġamlu  ilə  Ģərikli  ġah  Təhmasibin  əmir  əl-ümərası  oldu, 

sonra  isə  ġirvan  hakimi  oldu  və  az  bir  qoĢunla  Qasım  bəy  ġirvanini

182

  məğlub  etdi  və  974-cü  ildə 



(19.VII.1566—7.VII.1567) dünyadan köçdü. (O), siyasətcillikdə Ģahın bütün əmirlərindən seçilirdi. 

BaĢqa  biri  MəntəĢa  Sultandır  ki,  ġah  Təhmasib  zamanında  Azərbaycan  əmir  əl-ümərası  idi  və  ġah 

Təhmasib ona «lələ» deyə müraciət edirdi. 953-cü ildə 4.III.1546—20.II.1547) qəflətən vəfat etdi. 

BaĢqa biri Bədr xandır ki, ġah Təhmasibin divanbəyi idi, ġahqulu Xəlifədən sonra qoĢunun sərdarı oldu 

və Astrabad yaxınlığında özbək Əli Sultanla vuruĢub əsir düĢdü

183


. Axırda o bəladan (əsirlikdən) xilas oldu və 

Qəzvin  Ģəhərinə  gəldi.  Amma  (Ģahın)  kimiya  təsirli  nəzərini  cəlb  etmədi,  ona  görə  çox  məyus  oldu  və  elə  o 

dövrdə vəfat etdi. 

BaĢqa  birisi  Qazaq  Sultanın  oğlu—Çayan  Sultanın  qardaĢı  oğlu—ġahqulu  Sultandır  ki,  uzun  illər  ġah 

Təhmasibin  adından  MəĢhəd  hakimi  idi  və  958-ci  ildə  (1551)  ġah  Təhmasib  onu  çağırıb  Ġsmayıl  Mirzanın

184


 

lələsi  təyin  etdi.  Hüseyncan  Sultan  Rumlunun  vəfatından  sonra  Çuxursədin  əmir  əl-ümərası  oldu  və  ġah 

Təhmasib onu Ruma səfir göndərdi

185


. Oradan qayıtdıqdan sonra Qəzvin Ģəhərində axirətə köçdü. ġah Təhmasib 

onun qoĢununu Məhəmmədi xana—boyunun qısalığına görə Ģah ona «Toxmaq xan» ləqəbi vermiĢdi

186



Onun qardaĢı ġahəli Sultan uzun illər Astrabad hakimi idi və az bir qoĢunla özbək Əli Sultanı məğlub etdi 



və axırda Reydə fani dünyadan əbədi aləmə köçdü. 

BaĢqa birisi Sədrəddin xandır ki, Astrabad hakimi və Ġsmayıl Mirzanın lələsi idi. Axırda əmirlikdən azad 

edildi. Öz səxavəti ilə bütün əmirlərdən seçilirdi. 

BaĢqa biri də Məhəmməd xan AsayiĢoğludur ki, Astrabad hakimi idi. 

BaĢqa birisi Əhməd Sultan Sufioğludur ki, I ġah Ġsmayılın vaxtından Cam döyüĢünün baĢ verdiyi 935-ci 

ilə  (15.IX.1528—4.IX.1529)  qədər

187

  Kerman  hakimi  idi.  Əvvəlcə  Çuhə  Sultan  və  baĢqa  əmirlərlə  birlikdə 



məğlub  oldu  və  özbəklər  kəsibə

188


  baĢladılar.  Qəziyyə  əksinə  dönüb  Übeyd  xanın  çiyninə  ĢeĢpər  dəyəndə, 

vuruĢdan əl çəkib Kuckunci xan və Canıbəy xanla Mərvə qədər dayanmadı. Həmin günün axĢamı Çuhə Sultan 

geri  dönüb  Ģahın  düĢərgəsinə  gəldi  və  Əhməd  xan  Kermanadək  heç  bir  yerdə  atının  cilovunu  çəkmədi.  Buna 

görə  ġah  Təhmasib  onu  azad  edib  Kermanın  idarəsini  Mustafa  bəy  SaruĢeyxlu-ƏfĢarın  oğlu  ġahqulu  bəyə 

tapĢırdı, çünki o həmin döyüĢdə mərdlik göstərib on yeddi yara almıĢdı. ġah Təhmasib onun qamətini sultanlıq 

xalatı ilə bəzəyib Kermana yola saldı. 

Bu  tayfanın  böyük  əmirlərindən  biri  ġahqulu  Sultan  Yekandır.  Uzun  illər  Herat  hakimi  və  Ģahzadə 

Məhəmməd  Xudabəndənin  lələsi  idi.  II  ġah  Ġsmayılın  taxta  çıxdığı  ildə  onu  Heratda  öldürüb  malını  qarət 

etdilər

189


ġah Təhmasibin vəfat ilində

190

 bu tayfadan hakim olan digər əmirlər aĢağıdakılardır: 



Məhəmməd xanın nəticəsi və MəntəĢa Sultanın nəvəsi Murad xan Lahican valisi idi. 

Piri bəy Rey hakimi idi. 

Məhəmməd Sultan Çuxursəd əmir əl-ümərası idi. 

MəntəĢa Sultanın oğlu Temir xan Sistan hakimi idi. 

Vəli bəy Xorasan mahallarından birində idi. 

Hüseyn bəy YüzbaĢı sarayda idi. 

Allahqulu Sultan və Ġbrahim bəy Xorasanın bəzi mahallarına hakim idilər. 

Pirqulu bəy də Xorasanda idi. 

Mahmud bəy NiĢaburda idi. 

Çıraq Sultan və Mustafa bəy Xoy Ģəhərində idilər. 



16 

 

ġahqulu  Sultan  Yekanın  oğlanları  MürĢüdqulu  Sultan  və  Ġbrahim  Sultan  Xorasanda  istiqlal  bayrağı 



ucaltdılar. MürĢüdqulu Sultan Türbət qalasını

191


 tutdu. ġanlı Sultan Məhəmməd padĢah (Xudabəndə) Xorasana 

gəldi.  O,  itaətsizlikdən  və  üsyandan  dəm  vurdu  və  müzəffər  əsgərlər  Türbət  qalasını  bir  müddət  mühasirədə 

saxladıqdan  sonra sülh təklif  etdi.  Bu  cürət  nəticəsində  günbəgün  iĢləri  həddini aĢdı  və  ona  gətirib  çıxardı ki, 

Əliqulu xan ġamlu və Xorasanda olan digər əmirlərlə döyüĢəsi oldu və qələbə küləyi ona tərəf əsdi və o vaxt 15 

yaĢında olan I ġah Abbası Ģamlu əmirlərinin əlindən alıb MəĢhədə yollandı

192


. QardaĢı Ġbrahim xan Ustaclunu 

orada qoyub köçbəköç paytaxt Qəzvinə gəldi, sikkə və xütbələr həzrəti-əlanın xoĢbəxt ləqəbləri ilə—Allah-taala 

onları ucaltsın!—bağlanıb bəzədildi və bu həqirin «Əsəhh ət-təvarix»də yazdığı kimi, Ġraqı (Ġraqi-Əcəmi) digər 

qiyamçı  və  itaətsizlərdən  azad  etdikdən  sonra  özbək  Abdulla  xanın  Xorasana  hücum  xəbəri  yetiĢdi.  Ətraf-

əknafda  olan əsgərləri toplayıb I  ġah Abbasla birlikdə Xorasana yollandı.  Həddən artıq müstəqillik qazandığı 

üçün  Keyvanın  (Saturi)  qulamlıq  etdiyi  o  Ģahın  (Abbasın)  əmri  ilə  Bistam  çəmənliyində  öldürüldü

193

  və 


MəĢhədin idarəsi Ümmət xana tapĢırıldı. 

Bu tayfanın böyük əmirlərindən biri Həmədan valisi Həsən xandır. 

BaĢqa birisi Mahmud Sultan Sufioğlunun oğlu Əlixan Sultandır. 

 

Zülqədr tayfası 



 

Bu  tayfa  Əlbistan  və  MərəĢdə  yaĢayır

194

  və  özlərinin  müstəqil  padĢahları  olub;  məsələn,  Məlik  Aslan, 



Nəsirəddin, Süleyman və Əlaüddövlə

195


Onların çoxu Ģanlı Səfəvi xanədanının müridləridir. I ġah Ġsmayılın cülusunun əvvəllərində onların böyük 

əksəriyyəti  aləmin  pənahı  olan  dərgaha  gəldilər  və  ġirazın  idarəsi  onlara  tapĢırıldı.  ġirazda  hakimlik  etmiĢ 

Ģəxslərin  adları  belədir:  Sultan  Xəlil,  Əli  Sultan,  Murad  Sultan,  Həmzə  Sultan,  Qazi  xan,  Ġbrahim  xan,  Əli 

Sultan Tatioğlu, ġahvəli Sultan, Bərxurdar Sultan, Məhəmmədcan Sultan, Vəli Sultan. 

Bu  tayfanın  böyük  əmirlərindən  Məhəmməd  xan  Zülqədroğlu  ibn  Kor  ġahrux  ibn  Əlaüddövlə  paĢa 

Zülqədr  ġah  Təhmasibin  yanında  böyük  nüfuza  malik  idi  və  940-cı  ildə  (23.VI.1533—12.VII.1534)  Rum 

padĢahı Sultan Süleyman Ġrana gələrkən, o, Sultaniyyədə onun ordusuna qoĢuldu və onun adından Ərzənərrüm 

(Ərzrum) hakimi oldu. Orada bir qala tikdi və axırda Rumelidə

196


 vəfat etdi. 

Bu tayfanın baĢqa bir böyük əmiri ġahqulu Xəlifədir. Əvvəlcə ġah Təhmasibin qorçisi idi, Dəlu ġeyxinin 

öldürülməsindən  sonra  eĢikağası  oldu.  Məhəmməd  bəy  Ərdivanoğlunun  vəfatından  sonra  ġah  Təhmasibin 

möhrdarı


197

 oldu. Astrabadda sancıdan öldü. 

Onların  böyük  əmirlərindən  biri  ġahrux  xandır.  O  da  II  ġah  Ġsmayılın  və  Sultan  Məhəmməd  padĢahın 

vaxtında möhrdarlıq mənsəbi ilə ĢərəflənmiĢ və əzizlənmiĢdi

198



BaĢqa biri Ümmət xandır ki, türkman və təkəlu döyüĢündə



199

 məğlub olandan sonra Yəzdə getdi və orada 

qorçibaĢı Qulu xan ƏfĢarın vəziri Məqsud bəyin əli ilə öldürüldü. 

BaĢqa biri Əli xandır ki, Sultan Məhəmməd padĢah onu ġiraza hakim göndərdi. Zülqədr əyanları ondan 

üz döndərdilər, onun vəkili və kürəkəni olan Mehdiqulu bəy onu öldürüb xan oldu. 

Bu tayfanın böyük əmirlərindən biri Yaqub xandır. Mehdiqulu xan Qəzvində MürĢüdqulu xan Ustaclunun 

göstəriĢi  ilə  öldürüldükdə,  I  ġah  Abbas  Fars  vilayətinin  idarəsini  ona  həvalə  etdi.  Elə  ki,  o,  Yəzd  döyüĢündə 

BəktaĢ  xana  qalib  gəldi  və  tam  istiqlal  və  təsvirolunmaz  təntənə  ilə  Farsa  qayıtdı,  Ġstəxr  qalasının

200

 

möhkəmliyinə  güvənib  üsyan  və  itaətsizlikdən  dəm  vurmağa  baĢladı,  qalaya  həddən  artıq  ehtiyat  və  azuqə 



daĢıyıb yığdı. I ġah Abbas o tərəfə yollandıqda, o, qorxub və ümidsizləĢib qaladan çıxdı, bir neçə gündən sonra 

öldürüldü  və  cəsədini  onunla  qalaya  çəkilmiĢ  150  əyanı  ilə  birlikdə  həmin  gün  tamaĢa  göstərən  kəndirbazın 

kəndirindən asdılar və o vilayətin idarəsi Bünyad xana tapĢırıldı

201


Hazırda bu tayfanın əmirlərindən Nədir xan möhrdardır. 

 

ƏfĢar tayfası 

 

«ƏfĢar»—yəni  «ovda  çevik  olan».  Onlar  Oğuz  xanın  oğlu  Yıldız  xanın  övladlarıdır.  Qədimdən  Ġranda 

olmuĢlar və bir qismi ġamdan gəlmiĢdir. 

Atabəy  Məhəmməd  Cahan  Pəhləvan  ibn  Eldənizin

202

  zamanında  ġumlə  ƏfĢar  Xuzistan  valisi  idi  və 



onunla çəkiĢirdi, 590-cı ildə (27.XII.1193—15.XII.1194) ölmüĢdü. 

Həsən padĢahın və digər Ağqoyunlu sultanlarının zamanında Mənsur bəy ƏfĢar Kuhkiluye

203

 hakimi idi. 



(O), Qasım bəy Pornakı məğlub etmiĢdi. Əbədi qızılbaĢ dövləti vaxtında ġahrux xan, Əlvənd xan, Mahmud xan, 

Rüstəm xan və Xəlil xan Kuhkiluye hakimi olmuĢlar. 

BaĢqa  biri  Danə  bəydir  ki,  I  ġah  Ġsmayıl  zamanında  böyük  əmir  idi  və  916-cı  ildə  (10.IV.1510—

30.III.1511) Mərv (yaxınlığındakı) Tahirabad (kəndində) özbək Qənbər bəy və Canvəfa Mirza ilə döyüĢüb həlak 

oldu. 

Onların böyük əmirlərindən biri Mustafa Sultanın oğlu ġahqulu Sultan Kerman hakimidir. 



17 

 

Yaqubsultan bəy də onların əmirlərindəndir. 



BaĢqa biri Sevindik bəy qorçibaĢıdır ki, ġah Təhmasibin yaxın adamlarından idi

204


ġah Təhmasibin vəfat etdiyi ildə Qulu Sultan— Kerman hakimi, Xəlil xan—Kuhkiluye hakimi, Hüseyn 

Sultan—Fərah

205


  hakimi  (idi),  Xosrov  bəy,  ġahəli  bəy  və  Əliyar  bəy—Xorasan  mahallarında,  Həmzə  bəy— 

Azərbaycanda və Məhəmməd bəy Farsda idi. 

Sultan  Məhəmməd  padĢahın  vaxtında  Qulu  Sultan  qorçibaĢı  oldu

206


  və  Kermanın  idarəsi  onun  əmisi 

uĢaqlarından  biri  olan  Vəli  Sultana  tapĢırıldı.  Xacə  Ġxtiyarəddin  Əbdülqadir  Kermaninin  saxtakarlıqla  əldə 

edilmiĢ dövlətinin və Ağa Kəmalinin oğlu Ağa Zeynəddinin əmlakının ələ keçirilməsi Vəli Sultanın oğlu BəktaĢ 

bəyə  həvalə  edildi

207

.  BəktaĢ  bəy  bacarıqlı  və  hiyləgər  adam  olduğu  üçün  əlindən  gələn  üsullarla  Xacə 



Əbdülqadirin  qızını  aldı.  Xacə  və  onun  ağıllı,  dəyanətli,  cavan  oğlu  Mirza  Məhəmməd  Müzəffər  bu  itkiyə 

dözməyib  Kəbəni  ziyarət  bəhanəsi  ilə  çıxıb  getdilər.  BəktaĢ  bəy  onların  hər  il  on  min  tümən  gəlir  verən 

mülklərini,  Kermanın  digər  zadəganları  və  sultanlarının  əmlakı  ilə  birlikdə  öz  əlinə  keçirdi  və  atasına 

sultanlıqdan  yalnız  quru  ad  qaldı  və  get-gedə  iĢi  o  yerə  çatdı  ki,  seyidlər  seyidi  və  səadət  mənbəyi,  islam 

məmləkətlərinin  seçilmiĢi  və  insan  tayfalarının  yolgöstərəni  Əmir  Qiyasəddin  Məhəmməd  «Mirmiranın

208


 

qızına evləndi və Yəzdi (də) əlinə keçirib özünü xan və sultan adlandırdı. 

Qulu xan QorçibaĢının oğlu Yusif xan Əbərkuh hakimi idi və həlim, səxavətli, dərviĢ təbiətli adam idi, 

alimlərə  və  Ģairlərə iltifat göstərirdi,  ağıllı  adamlarla bir  saatlıq  söhbəti  yüz  illik  hökmdarlığa  bərabər  tuturdu. 

BəktaĢ xan onu arabir Yəzdə dəvət edir və onunla söhbət edirdi, Əbərkuh da onun (BəktaĢ xanın) hökmranlığı 

altında idi. Və paytaxt Ġsfahanın darğası Yuli Sultanı da vədə və hədələrlə aldadıb (öz tərəfinə çəkmiĢdi). 

I ġah Abbas Ġbrahim xan Zülqədrin oğlu Yaqub xanı Farsa hakim təyin etdikdən sonra (Yaqub xan yola 

düĢüb) Yəzdə çatdıqda, BəktaĢ xan onu qarĢıladı və istəyirdi ki, o, (dincəlmək üçün) düĢsün və söhbət zamanı 

mülazimləri  ilə  birgə  həbs  etsin.  O,  (Yaqub  xan)  onların  istəyindən  duyuq  düĢüb  yorğunluğunu  bəhanə 

gətirərək, Əhəristanda

209

 yerləĢən Baği-GülĢəndə dayandı, həmin günün axĢamı icazəsiz və vidalaĢmadan Farsa 



yollandı. Orada müstəqil olan kimi qoĢun toplayıb 10—12 min nəfərlə Yəzdə tərəf yeridi. BəktaĢ xan yanında 

olan süvari və piyadaları cəm edib min nəfərlə onun qarĢısına çıxdı və Yəzdin 4 fərsəxliyində yerləĢən Çəmtəft 

düzənliyində  düĢmən  qoĢunlar  üz-üzə  gəldilər.  BəktaĢ  xan  mərdliklə  vuruĢsa  da,  bəxti  müsaid  olmadığı  üçün 

məğlub oldu və geri qayıtdı. Yaqub xan onu təqib etdi. O, (BəktaĢ xan) Mirmiranın (Əmir Qiyasəddinin) hündür 

hasarları olan evində gizləndi. Yaqub xan Əhəristanda düĢərgə saldı və bir neçə nəfəri onu gözətləməyə saxladı. 

O, (BəktaĢ xan) gecə istədi ki, evin arxasında olan qapıdan çıxıb Kermana getsin. Onu gözətləyən Ġbrahim bəy 

Alıcı Zülqədr onunla rastlaĢıb tanıdı və istədi ki, onu tutub (Yaqub) xanın yanına aparsın BəktaĢ xan qəzəblənib 

o qədər vuruĢdu ki, (axırda) həlak oldu. 

Bu hadisədən sonra Yaqub xan Yusif xanı Kermanı idarə etməyə göndərdi və bu zaman Vəli xan sarayda 

qorçibaĢı idi. Əliqulu xan Geramilu-ġamlu Yəzd qalasında idi—BəktaĢ xan onu mühasirədə saxlayırdı. O, bu 

mühasirədən  xilas  olub  Yəzdin  müstəqil  darğası  oldu  və  bir  həftə  sonra  Yaqub  xan  Yəzddən  köç  edib  Farsa 

yollandı. 

Yusif  xan  Kermana  çatıb  BəktaĢ  xanın  tikdirdiyi  dağ  qalasını  möhkəmləndirdi.  (Lakin)  lazımi  fərman 

verilmədən Kerman hakimi olduğu üçün I ġah Abbas əmr etdi ki, o vaxt Fars valisi olan Fərhad xan qorçibaĢı 

Vəli xan ƏfĢarla və indi yüksək xanlıq mənsəbinə layiq görülmüĢ və Fərah, Ġsfizar, Ğur və o ətrafın

210


 hakimi 

olmuĢ  Ġsmayılqulu  Sultan  Alplu-ƏfĢarla  birlikdə  Kermana  gedib  Yusif  xanı  həbs  etsin  və  Kerman  əyalətinin 

yarısı Vəli xana, yarısı Ġsmayıl xana mənsub olsun. 

Fərhad xan və (adları çəkilmiĢ) Ģanlı əmirlər Kermana gəldilər. Yusif xan qalaya sığındı və bir həftə sonra 

onu  dincliklə  qaladan  çıxardılar.  Fərhad  xan  saraya  yollandı  və  Vəli  xanla  Ġsmayıl  xan  Kermanda  sultanlıq 

taxtına oturdular

211



(Bu  zaman)  özbəklər  Xorasanı  tamamilə  tutmuĢdular  və  Tun  və  Cunabəd



212

  hakimi  Süleyman  Xəlifə 

Türkman  və  Qain  hakimi  Sultanəli  Xəlifə  onlar  tərəfindən  öldürülmüĢ,  Mustafa  xan  Kəngərlu  Təbəs 

qalasında

213

  mühasirəyə  alınmıĢdı;  onların  (özbəklərin)  ağalığı  Yəzdə  və  Kermana  qədər  gedib  çıxırdı.  Buna 



görə I ġah Abbas əmr etdi ki, Vəli xan və Ġsmayıl xan Mustafa xana kömək üçün ora getsinlər. Onlar qoĢunu və 

camaatı yığıb Təbəsə yollandılar və düĢmənlər üz-üzə gəldilər. Ġsmayıl xan döyüĢdə mərdlik və Ģücaət göstərdi, 

onun  səyi  nəticəsində  özbəklər  məğlub  oldular,  çoxlu  əsir  və  axtarma

214


  əfĢar  igidlərinin  əlinə  keçdi.  Sağ-

salamat və qənimətlərlə paytaxta yollandılar. 

I  ġah  Abbas  Ġsmayıl  xanı  Ģahanə  nəvaziĢ  və iltifatlarla  Ģərəfləndirib  baĢıuca  etdi, Vəli  xan  qoca  olduğu 

üçün Kerman mülklərini ona tiyul verdi və icazə verdi ki, Kermanın bir guĢəsində əbədi dövlətə dua etməklə 

məĢğul  olsun.  Və  Kermanın  idarəsi  Gəncəli  xan  Zigə  tapĢırıldı.  Əvvəllər  Əmir  xan  ƏfĢarın  tiyulu  olan 

Kazerun


215

 və onun ətrafı Ġsmayıl xana verildi. 1007-ci ildə (4.VIII.1598—23.VII.1599) I ġah Abbas Xorasanı 

(özbəklərdən)  azad  edəndə,  Hüseyn  Sultan  ƏfĢarın  tiyulu  olan  Fərah  və  Ġsfizar  da  o  həzrətə  (Ġsmayıl  xana) 

tapĢırıldı və (sonra) Ğur əyalətinin idarəsi də buna əlavə edildi. Hazırda orada sultanlıq taxtında oturub, əsgərlər 

və rəiyyət onun dövlətindən xoĢhal, oturaq və köçəri onun səxavətindən firavan yaĢayırlar. 


18 

 

Bu  tayfanın  böyük  əmirlərindən  biri  Astrabad  valisi  Ġskəndər  xandır.  Bistamda  öz  əcəli  ilə  öldü  və 



vəsiyyətinə görə MəĢhədin bir fərsəxliyində yerləĢən Toroqda dəfn olundu. 

Bu  tayfanın  əmirlərindən  biri  də  Ġskəndər  xanın  qardaĢı  Bədr  xandır  ki,  qardaĢının  ölümündən  sonra 

Astrabad hakimliyi  ona  verildi.  I  ġah  Abbas  onu  qorçibaĢı təyin  etdi  və  Bistam  çəmənliyində  yenə  o  həzrətin 

göstəriĢi ilə ġahqulu Sultan Piyada Türkmanla birlikdə qətlə yetirildi. 

BaĢqa  biri  Əmiraslan  Sultan  ƏrəĢlu-ƏfĢardır.  Onun  oğlu  Təhmasibqulu  xan  Azərbaycanda  ġah  Sultan 

Məhəmmədin qorçibaĢısı idi və I ġah Abbas zamanında Həmədan hakimi olmaq Ģərəfinə layiq görüldü. 

BaĢqa biri ġuĢtər

216


 hakimi ġahverdi xandır. O, cilovdarbaĢı Murad bəy ġamlu tərəfindən öldürüldü. 

BaĢqa  biri  Fərah  hakimi  Yekan  Sultan,  (daha  sonra)  Hüseyn  Sultan  və  Xosrov  Sultandır  ki,  Heratda 

ġahqulu Sultan Yekanı öldürdü. 

BaĢqa biri Kuhkiluye hakimi Həsən xandır. I ġah Abbas onu Ələmut qalasında həbs etdi və orada öz əcəli 

ilə öldü. 

BaĢqa  birisi  Ġskəndər  xan  Səmiran

217

  və  Kuhkiluyenin  bir  hissəsinin  hakimi  idi  və  ġah  Qələndər 



DehdəĢtdə

218


 onun tərəfindən öldürülmüĢdü. 

 

 



 

 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin