Qacar tayfası
Bu tayfa qədimdə Gəncə və Bərdədə yaĢamıĢdır və bir qismi ġamdan gəlmiĢdir.
Onların böyük əmiri Piri bəydir ki, I ġah Ġsmayılın cülusunun əvvəllərində Osman bəy Mosullu ilə
vuruĢaraq qalib gəldi, Sultan Muradla döyüĢdə Əsilməz bəy Türkmanı məğlub etdi
219
və 918-ci ildə
(19.III.1512—8.III.1513) Nəcm-i Sani ilə birlikdə Qicduvanda öldürüldü.
BaĢqa biri Dəracə Sultandır ki, «QudurmuĢ xan» adı ilə məĢhurdur. Urfədə Sultan Murad ibn Yaqubu
məğlub etdi və qətlə yetirdi və Mardin (yaxınlığındakı) Qoruqtəpədə Qara xan Ustaclu ilə birlikdə Mustafa paĢa
«Bığlı ÇavuĢ»la döyüĢdə həlak oldu.
BaĢqa biri ġahverdi Sultan Ziyadoğludur ki, ġah Təhmasib ona «Müsahib» deyirdi və o, Ģanlı döyüĢlər
etmiĢdi—Gürcüstan padĢahı Ləvasanı öldürmüĢ, Qorgin və Simaonu məğlub etmiĢdi
220
və Bargiridə
221
Süleyman bəy kürdü də öldürmüĢdü.
Bu tayfanın böyük əmirlərindən biri də Budağ xandır ki, ġah Təhmasibin təvaçisi idi. Ġki dəfə Qəndəharı
qoyub Ģahın hüzuruna gəlmiĢdi, ona görə hörmətdən düĢmüĢdü
222
. Amma NiĢaburda özbək Saru Quzğanla
mərdliklə vuruĢmuĢ və elə o vaxtlar vəfat etmiĢdi.
BaĢqa biri Van qalasının hakimi Göckə (Gögçə) Sultandır. Sonra Ġsmayıl Mirzanın lələsi və axırda
NiĢabur valisi oldu. Astrabadda fani dünyadan əbədi aləmə köçdü.
BaĢqa biri ġahverdi Sultan Ziyadoğlunun oğlu Xəlil Sultandır ki, pəhləvan bir adam idi. Bir neçə il
Astrabad hakimi oldu və dəfələrlə Yaxa-Türkman (tayfasını)
223
məğlub etdi. Axırda o vəzifədən çıxarılıb
öldürüldü.
Onun qardaĢı Ġbrahim bəy Arran əmir əl-ümərası idi və Gəncədə fani dünyadan əbədi aləmə köçdü.
ġah Təhmasibin vəfat etdiyi ildə (bu tayfadan: olan) əmirlər:
Yusif Xəlifə Gəncə hakimi idi
224
.
Mirza Əli Sultan orduda idi.
Qubad bəy Xorasanda idi.
Hüseyn bəy ġirvanda idi.
Süleyman bəy paytaxt Qəzvində idi.
Köçürdü: Məhəmməd RəĢid.
1013 (30.V.1604—18.V.1605).
19
ġƏRHLƏR
1
Qur'an nəzərdə tutulur.
2
Burada Məhəmmədin öz peyğəmbərliyini sübut üçün göstərdiyi mö'cüzələrdən birinə iĢarə olunur.
Məhəmmədə inanmayanlardan biri gizlicə yerdən bir ovuc çınqıl götürüb deyir: «Əgər doğrudan da
peyğəmbərsənsə, de görüm, ovcumdakı nədir?» Məhəmməd soruĢur: «Hansını istəyirsən, mən deyim sənin
ovcundakı nədir. Ya sənin ovcundakı desin ki, mən kiməm?» O Ģəxs daha çətin görünən ikinci varianta razılıq
verir. Məhəmməd «Bismillah!» dedikdən sonra həmin Ģəxsin ovcundakı çınqıllar dilə gəlib: «La ilahə illəllah,
Məhəmməd rəsul allah!» deyirlər. Bundan sonra camaatın böyük bir dəstəsi Məhəmmədə iman gətirir.
3
«Xeybərin fatehi» («fateh-e Xeybər») Əlinin ən çox iĢlənən ləqəblərindən biridir.
4
Kövsər—cənnətdəki bulağın adıdır. «Kövsərin saqisi» dedikdə, Əli nəzərdə tutulur.
5
Tərsus—Türkiyənin cənubunda, Aralıq dənizi sahilləri yaxınlığında Ģəhər.
6
Səfəvi dövlətinin banisi I ġah Ġsmayıl (1501 — 1524) nəzərdə tutulur.
7
Ġstər Qaraqoyunlu və Ağqoyunlu, istərsə də ilk Səfəvilər dövründə dövlətin əsas imtiyazlı zümrəsi olan
hərbçi əyanlar böyük və kiçik əmirlər olmaqla iki qrupa bölünürdülər. Müəllif əsasən böyük əmirlərdən bəhs
edir.
8
Əmir əl-üməra («əmirlər əmiri») qoĢunun baĢ komandanı idi.
9
Cihan (Ceyhan) çayı sahilindəki döyüĢ 1507-ci ildə olmuĢdu. Saru Qaplan (əsl adı—Qasım bəy) MərəĢ
və Əlbistan hakimi Əlaüddövlə Zülqədrin oğlu idi. O, Ağqoyunlu Sultan Muradın müttəfiqi idi.
10
Özbək hökmdarı ġeybək xan (Məhəmməd xan ġeybani) 1510-cu ildə Mərv yaxınlığında I ġah
Ġsmayılla döyüĢdə öldürülmüĢ, bununla da Xorasan qızılbaĢların əlinə keçmiĢdi. «Fəth-e Ģah-e dinpənah»
(«dinin pənahı olan Ģahın qələbəsi») ifadəsi əbcəd hesabı ilə həmin hadisənin baĢ verdiyi hicri 916-cı ili
(10.IV.1510-30.III.1511) göstərir.
11
Nəcm-i Sani dedikdə, 1510—1512ci illərdə I ġah Ġsmayılın vəkili olmuĢ Yar Əhməd Xuzani nəzərdə
tutulur. Burada onun 1512-ci ildə özbəklərlə döyüĢdə məğlubiyyətinə iĢarə edilir.
12
Çaldıran döyüĢü 1514-cü il avqustun 23-də I ġah Ġsmayılla osmanlı I Sultan Səlim (1512—1520)
arasında baĢ vermiĢ və qızılbaĢların ağır məğlubiyyəti ilə nəticələnmiĢdi.
13
Sarutərcan Ərzrumdan cənub-qərbdə yerləĢirdi.
14
Taqiyə—osmanlı hərbçilərinin baĢlarına qoyduqları konusĢəkilli papaq.
15
Bu söz orijinalda da türkcə verilmiĢdir.
16
Hüseyn xan ġamlu, mənbələrin yazdığına görə, ġah Təhmasibi (1524—1576) devirmək və lələsi
olduğu Sam Mirzanı (Təhmasibin qardaĢı, məĢhur «Töhfeyi-Sami» təzkirəsinin müəllifi) taxta çıxarmaq
istəyirmiĢ.
17
Astrabad—Ġranın Ģimalında, Xəzər dənizindən 36 km Ģərqdə yerləĢən Ģəhər və vilayət.
18
Firuzguh—Tehrandan Ģərqdə yerləĢən Ģəhər.
19
«Lələ» yetkin yaĢa çatmamıĢ Ģahzadənin hamisi və tərbiyəçisi idi, onun adından bütün iĢləri idarə
edirdi. Sam Mirzə Xorasan hakimi sayılırdı, odur ki, Xorasana vali təyin olunan əmir həm də onun lələsi olurdu.
Bundan əvvəl DurmuĢ xan və Hüseyn xan ġamlu Mirzaya lələlik etmiĢdi.
20
Qəndəhar Əfqanıstanın cənubunda yerləĢir.
21
Zəhirəddin Babur (1483—1530)—Teymurləngin altıncı nəvəsi, Fərqanə hakimi ÖmərĢeyx Mirzanın
oğlu Hindistanda Moğollar dövlətinin banisi və ilk hökmdarı (1526—1530). Qəndəhar Böyük Moğollar
dövlətinə daxil idi. Ağzıvar xan bir neçə ay Ģəhəri mühasirədə saxlamıĢ, sonra Baburun oğlu Kamran Mirza
böyük qüvvə ilə Ģəhər müdafiəçilərinin köməyinə gəlib onu darmadağın etmiĢdi.
22
Übeyd (Übeydulla) xan—ġeybani xanın oğlu və xələfi (1533—1539). Xəzər dənizindən cənub-Ģərqdə
yerləĢən Bistam Ģəhəri yaxınlığındakı döyüĢ 1527-ci ildə baĢ vermiĢ və qızılbaĢlar məğlub olmuĢdular.
23
Ġsfərain—Xorasanda, Bucnurd yaxınlığında yerləĢən Ģəhər.
24
Bəhram Mirza I ġah Ġsmayılın oğlu, Təhmasibin qardaĢı idi.
25
Qum Ģəhəri Tehrandan cənub-qərbdə yerləĢir.
26
II ġah Ġsmayıl 1576-cı il avqustun 22-də taxta çıxmıĢdı.
27
1587-ci ilin yazında özbəklər II Abdulla xanın (1583-1598) baĢçılığı ilə Herata hücum etmiĢ, 9 ay 21
gün Ģəhəri mühasirədə saxlamıĢdılar. Əliqulu xan ġamlu o zaman MəĢhəddə olan MürĢüdqulu xan Ustacluya və
Abbas Mirzaya (gələcək I ġah Abbas) müraciət etmiĢ, lakin heç bir kömək görməmiĢdi.
28
Əbərkuh—Fars vilayətində Ġstəxrlə Yəzd arasında yerləĢən Ģəhər-qala.
29
Adətən, kim eĢikağasıbaĢı vəzifəsinə təyin edilirdisə, Rey və Tehran ona tiyul verilirdi.
30
Qain Ġranın Ģərqində yerləĢir.
31
Farava və MəĢhədvali Ģəhərlərinin yerini müəyyənləĢdirmək mümkün olmadı.
32
Sultan Əbu Səid (1452—1469) Orta Asiyanın Teymuri hökmdarlarından idi. Onun öldürülməsinin
tarixçəsini müəllif sonrakı səhifələrdə nəql edir.
20
33
Ağqoyunlu Uzun Həsən (1453—1478) nəzərdə tutulur.
34
Qaraqoyunlu hökmdarı CahanĢah (1405—1467) nəzərdə tutulur.
35
Qəzvin Ģəhəri Tehrandan Ģimal-qərbdə yerləĢir.
36
Ağqoyunlu Sultan Yaqub 1478—1490-cı illərdə hökmdarlıq etmiĢdir.
37
Ağqoyunlu sülaləsinin hakimiyyəti 1468—1502-ci illəri əhatə edir.
38
Qara Yusifin oğlu Ġskəndərlə (1420—1437) Teymurləngin oğlu ġahruxun (1405—1447) mübarizəsinin
təfsilatı bir qədər sonra verilir.
39
MuĢ düzənliyi Van gölündən qərbdə yerləĢir.
40
Tarom—Ġranda bu cür adlanan iki Ģəhər vardır. Onlardan biri Qəzvin yaxınlığında, digəri isə Fars
vilayətində yerləĢir.
41
Səncəq (Səncaq)—Mehabaddan 24 km Ģərqdə yerləĢən kənd.
42
«Qaravul» döyüĢ baĢlamazdan qabaq düĢmənin vəziyyətini öyrənmək və əsir ələ keçirmək üçün
göndərilən kəĢfiyyat dəstəsinə deyilirdi.
43
CahanĢah Sultan Əbu Səidin müttəfiqi idi.
44
Amid—Diyarbəkr, daha doğrusu, onun mərkəzi nəzərdə tutulur. Qara daĢdan tikildiyi üçün «Qara-
Amid» də deyilir. «Hamid», «Həmid» variantlarına da təsadüf olunur.
45
Həsənəli CahanĢahın oğlu idi. 1469-cu ildə öldürülmüĢdür.
46
Mahmudabad—Kürün sahilində, Salyandan Ģimalda yerləĢirdi.
47
ġirvanĢah Fərrux Yasar (1462—1500) əvvəlcə Əbu Səidin müttəfiqi idi və ona ərzaqla kömək
göstərirdi. Sonra isə Uzun Həsənin tərəfinə keçmiĢdi.
48
Sultan Əbu Səid 1456/57-ci ildə Heratda ġahruxun arvadı GövhərĢad bəyimi edam etdirmiĢdi. Yadigar
Məhəmməd Mirza ġahruxun nəticəsi idi.
49
Dövrün tanınmıĢ Ģairi və alimi Cəlaləddin Dəvani (1426—1502) nəzərdə tutulur.
50
«Məqtəl-e Sultan Əbu Səid» («Sultan Əbu Səidin qətl yeri») ifadəsi əbcəd hesabı ilə 873-cü ili
(22.VII.1468—10.VII.1469) göstərir.
51
Uğurlu Məhəmməd Uzun Həsənin, Əbu Yusif isə CahanĢahın oğlu idi.
52
«ġəh-e dinpərvər-e adil» («ədalətli və dinə hamilik edən Ģah») ifadəsi əbcəd hesabı ilə hicri 882-ci ili
(1477—78) göstərir.
53
Xərrəqan—Həmədandan Ģimalda yerləĢən yaĢayıĢ məntəqəsi.
54
Müəllif Qansuh dedikdə, yəqin ki, 1498—1500-cü illərdə hökmranlıq etmiĢ məmluk sultanı Zahir
Qansuhu nəzərdə tutur. Lakin o, səhv edir. Göstərilən dövrdə Misir hökmdarı ƏĢrəf Seyfəddin Qaitbay (1468—
1496) idi. Misir sultanının davatdarının (davatdar—katib; sultanın xüsusi göstəriĢlərini yerinə yetirən yüksək
rütbəli əmir) adı əslində YaĢbək olmuĢdur. Onun «BaĢ» adlanmasının səbəbi, görünür, bundadır ki, YaĢbək
Misir qoĢununun ali baĢ komandanı («baĢ əl-əsgər») idi.
55
Ruha—Anadolunun cənubunda, Cəzirədən Ģimalda yerləĢən qala-Ģəhər.
56
Savə Tehrandan cənub-qərbdə yerləĢir.
57
Əxiska (Axaltsixe) və Xatun (Atskuri) qalaları Tiflisdən cənub-Ģərqdə yerləĢirdi.
58
Təbrizdəki səkkizbucaq formalı «HəĢt behiĢt» sarayı nəzərdə tutulur.
59
Sultan Yaqub 896-cı il səfər ayının 11-də (1490-cı ilin dekabrın 24-də) vəfat etmiĢdir. Bəzi mənbələrin
məlumatına görə, o, anası tərəfindən zəhərlənib öldürülmüĢdur.
60
Qazi Ġsa Sədr (Səfiəddin Savəci) Sultan Yaqub sarayının baĢ qazısı idi.
61
Van—Van gölündən Ģərqdə yerləĢən qala-Ģəhər.
62
Beyza—ġirazdan Ģimalda yerləĢən kiçik Ģəhər.
63
Firuzabad Ģəhəri və dağları ġirazdan cənubda yerləĢir.
64
Osmanlı hökmdarı I Sultan Səlim 1512—1520-ci illərdə hakimiyyətdə olmuĢdur.
65
Urfə—Ruha qalasının (Ģəhərinin) türkcə adı (55-ci Ģərhə bax!).
66
QorçibaĢı—Ģah qvardiyasını təĢkil edən qorçilərin («qoruyucuların») komandanı.
67
Xandqar (xondqar)—farsdilli mənbələrdə Osmanlı hökmdarları belə adlandırılır.
68
Müəllifin son Ağqoyunlu hökmdarları barədə məlumatı qarıĢıq və naqisdir. Sultan Yaqubdan sonra bu
sülalənin hakimiyyəti aĢağıdakı ardıcıllıqla davam etmiĢdir: Baysunqur Mirza (dekabr, 1490—may, 1492),
Rüstəm (may, 1492—iyul, 1497), Gödək Əhməd (iyul—dekabr, 1497), Məhəmmədi Mirza (1497—1500),
Əlvənd (1497—1504), Sultan Murad (1497—1508).
69
Bunlar müvafiq olaraq, Uzun Həsənin babası, əmisi, atası və qardaĢıdır.
70
Eybə Sultan (əsl adı Ġbrahim bəy) Uzun Həsənin əmisi oğlu Danə Xəlilin oğlu idi.
71
Əzizkəndi Təbriz yaxınlığında yerləĢir.
72
Zülfüqar bəy 1528-ci ildə Bağdadı tutub Osmanlı sultanına itaətini bildirdi. 1529-cu ildə ġah Təhmasib
böyük ordu ilə ora getdi və xeyli mühasirədən sonra Ģəhəri ala bildi.
21
73
ġahəli bəy Pornak Sultan Yaqubun ölümündən sonra Həmədanda Uzun Həsənin nəvəsi (Uğurlu
Məhəmmədin oğlu) Mahmudu sultan elan etmiĢdi. Sufi Xəlil onların hər ikisini öldürmüĢdü.
74
Gərmazərin harada yerləĢdiyini müəyyənləĢdirə bilmədik.
75
Bu hadisə 1501-ci ilin ortalarında I ġah Ġsmayılın ġərur yaxınlığında Əlvəndi məğlub etməsi ərəfəsində
olmuĢdu.
76
Əmir Nəcm—I ġah Ġsmayılın sadiq silahdaĢlarından olmuĢ Nəcməddin Məsud Gilani. Ömrünün
axırlarında ġah Ġsmayılın vəkili idi.
77
Damğan Ģəhəri Ġranın Ģimalında, ġahruddan 70 km qərbdə yerləĢir. Hezarcərib—Mazandaranda, Sari
Ģəhəri yaxınlığında yerləĢən yaĢayıĢ məntəqəsidir.
78
ġəbankarə—Ġranın cənubunda, Fars vilayətinin bir hissəsini təĢkil edən ərazi.
79
Səfəviyyə təriqətinin banisi ġeyx Səfiəddin Ġshaq (1252—1334) nəzərdə tutulur.
80
Qorçi—«qorumaq» felindəndir. ġah qvardiyasının üzvü olan əsgər belə adlanırdı.
81
Məsum bəy Səfəvi II Sultan Səlimin (1566—1574) göstəriĢi ilə Suriya hakimi DərviĢ paĢanın adamları
tərəfindən Məkkə ilə Mədinə arasında səhər namazı qılmaq üçün dayandığı zaman öldürülmüĢdü.
82
Qicduvan (hazırda Qijduvan—Buxaradan Ģimal-Ģərqdə yerləĢir) yaxınlığındakı döyüĢ 1512-ci ildə baĢ
vermiĢdi. Səfəvilərin və Baburun birləĢmiĢ qüvvələri gənc Übeydülla xanın baĢçılıq etdiyi özbəklər tərəfindən
ağır məğlubiyyətə uğradılmıĢdı. Nəcm-i Sani (11-ci Ģərhə bax!). Həmçinin I ġah Ġsmayılın yaxın silahdaĢı və
yeznəsi Bayram bəy Qaramanlu əsir düĢüb öldürülmüĢdü. Bu döyüĢdəki məğlubiyyətlə Teymurilərin
Mavərannəhrdə hökmranlığına son qoyulmuĢdu.
83
Canik—mərkəzi Samsun Ģəhəri olan əyalət.
84
RəĢidəddin Fəzlullaha görə, çəpni tayfası Oğuz xanın oğlu Göy xanın nəslindəndir.
85
Burada Osmanlı hökmdarı I Süleymanın (1520—1566) Ġrana 1548-ci ilin yazında baĢ vermiĢ üçüncü
yürüĢünə iĢarə olunur. Alkas Mirza I ġah Ġsmayılın oğlu idi. ġirvan qəti Ģəkildə Səfəvi dövlətinə
birləĢdirildikdən sonra o, ġirvan bəylərbəyi olmuĢdu. Müstəqil hökmdar olmaq üçün qardaĢı ġah Təhmasibə
qarĢı qiyam qaldırmıĢ, məğlub edildikdən sonra Ġstambula qaçmıĢdı. Alkas Mirza bu səfərdə Sultan Süleymanı
müĢayiət edirdi.
86
Kartli hakimi Luarsab (1534—1558) nəzərdə tutulur.
87
ġahverdi xan Luristan hakimi idi. I ġah Abbasın taxta çıxmasından (1587) az sonra o, qiyam qaldırmıĢ,
Osmanlı ərazisinə qaçmıĢ, axırda tutulub öldürülmüĢdü.
88
Kərəhrud—Qum ilə Ərak arasında yerləĢən yaĢayıĢ məntəqəsi.
89
Ərəbgir—Fərat çayının sağ sahilində, Malatyadan Ģimalda yerləĢən vilayət və Ģəhər. ÇimiĢkəzək Ģəhəri
Xarputdan 35 km cənubda yerləĢir.
90
Xınıs və Qarahisar Ərzrumun cənub-Ģərqində, Tərcan isə Ərzrumun cənub-qərbində yerləĢir.
91
Bəlx Ģəhəri müasir Əfqanıstanın Ģimalında yerləĢir.
92
Div Sultan (əsl adı Əli bəy) Təhmasibin lələsi idi və on yaĢlı Ģahı taxta çıxardıqdan sonra dövlətin
iĢlərini əlində cəmləĢdirmiĢdi. Lakin digər nüfuzlu əmirlər—Köpək Sultan Ustaclu və Çuhə Sultan Təkəlu da
hakimiyyətə can atırdılar. Div Sultan Çuhə Sultanla birləĢib Köpək Sultanı məğlub etmiĢ, sonra isə özü Çuhə
Sultanın təhriki ilə 1527-ci ilin iyul ayında Ģah tərəfindən öldürülmüĢdü. Bundan sonra real hakimiyyət Çuhə
Sultanın əlinə keçmiĢdi.
93
Əmir Sultan məĢhur tarixçi, «Əhsən ət-təvarix» əsərinin müəllifi Həsən bəy Rumlunun babasıdır.
94
Təbil və bayraq («təbl-o-ələm») hakimiyyət rəmzi idi.
95
I Sultan Süleymanın Ġrana ikinci yürüĢü 1535-ci ilin yazında olmuĢdu.
96
Dərcəzin (Dərgəzin) Həmədandan Ģimalda yerləĢirdi.
97
Saucbulaq (Soucbulaq, Souxbulaq)—Urmiya gölünün cənubunda yerləĢən indiki Mehabad Ģəhəri.
PiĢkildərə, Ərəbsəidi və Simnani kəndləri Qəzvin ətrafında yerləĢir.
98
«Əhsən ət-təvarix»ə görə, bu hadisə 942-ci il rəcəb ayının 20-də (13 yanvar 1536-cı il) olmuĢdur.
99
Mustafa paĢa ÇavuĢ (əsl adı Bıyıklı Məhəmməd) Trabzon hakimi idi. Bu döyüĢdən sonra Ərzincan
osmanlıların əlinə keçdi.
100
Vəramin—Tehrandan cənub-Ģərqdə yerləĢən Ģəhər.
101
Çuxursəd—Ġrəvan ətrafında Araz çayı ilə Göyçə gölü arasındakı torpaqlar belə adlanırdı. Səfəvilərin
ərazi-inzibati bölgüsünə görə, Çuxursəd bəylərbəyliyi (mərkəzi Ġrəvan olmaqla) Azərbaycanın dörd əsas
bəylərbəyliklərindən biri idi.
102
Ġskəndər paĢa Ərzrum hakimi idi və tez-tez Çuxursədə hücum edirdi. Yalnız 1552-ci ildə qızılbaĢlar
ġah Təhmasibin oğlu Ġsmayıl Mirzanın sərkərdəliyi ilə onu qəti məğlubiyyətə uğratdılar.
103
Aras xan Rumlu 1578-ci ildə ġamaxı yaxınlığında osmanlıların, Krım tatarlarının və yerli qiyamçıların
birləĢmiĢ qoĢunları ilə qeyri-bərabər döyüĢdə əsir düĢmüĢ və edam edilmiĢdi.
104
TurĢiz Ģəhəri MəĢhəddən cənub-qərbdə yerləĢir.
22
105
Təkə eli dedikdə, Anadolunun cənubunda Alaniyadan qərbdə və Qocaçaydan Ģərqdə yerləĢən torpaqlar
nəzərdə tutulur.
106
Osmanlı sultanı II Bayəzid (1481—1512).
107
Yekan bəy Təkəlu bir müddət I ġah Ġsmayılın qorçubaĢısı olmuĢdur.
108
Kəlhor—Ġrandakı Zohab Ģəhərindən tutmuĢ Ġraqdakı Məndəliyə qədər eyni adlı tayfanın yaĢadığı
böyük ərazi belə adlanırdı.
109
Kəndoman—Ġsfahanla Xunsar arasında yerləĢən kənd.
110
Hüseyn xan ġamlu Herat hakimi idi və bu ərəfədə özbəklərlə döyüĢdə böyük qəhrəmanlıq göstərmiĢdi.
Lakin mühasirədə olduğu zaman Çuhə Sultan Təkəlunun qəsdən kömək göndərmədiyini baĢa düĢüb özbəklərlə
danıĢığa girmiĢ və öz dəstəsi ilə ġiraza çəkilmiĢdi, oradan da Ģahın yanına gəlmiĢdi.
111
Ġmamzadə Səhləli—hazırda Astana adlanan bu qəsəbə Ərak Ģəhərindən 36 km cənubda yerləĢir.
112
Mətndə «Qudur Sultan» getmiĢdir.
113
«Afət-e təkəlu» ifadəsi əbcəd hesabı ilə 937-ci ili (1530-31) göstərir.
114
Üləma bəyin qiyamı 1531-ci ildə olmuĢdu.
115
Üləma bəy Sultan Süleymanın Ġrana birinci (1534-cü il), ikinci (1535-ci il) və üçüncü (1548-ci il)
yürüĢlərində iĢtirak etmiĢdi.
116
ġah Təhmasibin oğlu Sultan Məhəmməd Xudabəndə (hakimiyyət illəri: 1577—1587).
117
Qazi xan Təkəlu 1534-cü ildə Sultan Süleymanın Ġrana birinci hücumu zamanı Ģaha xəyanət edib
osmanlıların tərəfinə keçmiĢdi.
118
Qazi xan 1540-cı ildə Bakıya hücum edib çətinliklə Ģəhəri tutmuĢ, əhalinin bir hissəsini qılıncdan
keçirmiĢdi.
119
Söhbət Sultan Hüseyn Bayqaranın (1469—1506) nəvəsi Məhəmməd Zaman Mirzadan gedir. O, atası
Bədiüzzaman Mirza ilə birlikdə özbəklərdən qaçıb I ġah Ġsmayıla pənah gətirmiĢdi. Lakin Çaldıran döyüĢündən
sonra Astrabadı tutub müstəqillikdən dəm vurmağa baĢlamıĢdı. 1514-cü il noyabrın 4-də baĢ vermiĢ döyüĢdə
qızılbaĢ əmirləri onu məğlub etmiĢdilər və o, Bəlxə qaçmıĢdı.
120
1526-cı ildə Səksəncəkdə (Xalxal yaxınlığında yerləĢir) rumlu və təkəlu tayfalarının birləĢmiĢ
qüvvələri ilə ustaclu tayfası arasında sonuncuların məğlubiyyəti ilə nəticələnən döyüĢ olmuĢdu. Bunun səbəbi
həmin tayfaların baĢçılarının (Div Sultan Rumlu, Çuhə Sultan Təkəlu və Köpək Sultan Ustaclu) vəkillik
mənsəbi uğrunda mübarizəsi idi.
121
Müəllif Ağqoyunlularda olduğu kimi, burada da əvvəlcə Qaraqoyunlu hökmdarları haqqında danıĢır,
sonra isə ayrı-ayrı tayfalardan və onlardan çıxmıĢ əmirlərdən bəhs edir.
122
ƏrciĢ—Van gölünün Ģimalında yerləĢən Ģəhər-qala.
123
Cəlairilər sülaləsinin dördüncü hökmdarı Sultan Əhməd Cəlair (1382—1410).
124
Teymurləng 1405-ci ilin fevralında vəfat etmiĢdi.
125
Teymurləngin nəvəsi nəzərdə tutulur.
126
Teymurləngin oğlu MiranĢah oğlanları Mirza Əbubəkr və Mirza Ömərlə birlikdə Azərbaycanda və
Qərbi Ġranda hakim olmağa çalıĢırdı.
127
«Biz sənə fəth verdik!»—Qur'anın 48-ci «Əl-fəth» surəsinin birinci ayəsi nəzərdə tutulur.
128
Ucan (Uçan)—Təbrizdən cənub-Ģərqdə yerləĢən Ģəhər.
129
Sultan Əhməd Cəlair Pirbudağı oğulluğa götürdüyü üçün o hakimiyyətin qanuni varisi sayılırdı.
Pirbudaq 1418-ci ildə vəfat etmiĢdi.
130
Baba Hacı Hüseyn Həmədani Həmədan hakimi idi və müstəqilliyə can atırdı. 1443-cü ildə ġahruxun
nəvəsi Sultan Məhəmməd tərəfindən məğlub edilmiĢ və öldürülmüĢdü.
131
Əbu Səid (Busat) 1431-ci ildə öldürülmüĢdü.
132
ƏləĢkerd Ģəhəri Türkiyənin Ģimalında, Ərzrumdan qərbdə yerləĢir.
133
Sürməlu dedikdə indiki Ġqdır nəzərdə tutulur.
134
Ġskəndər 1439-cu ildə öldürülmüĢdü.
135
Ġsfahan bəyin oğlunun adı Fulad idi, CahanĢah Bağdadı ondan alıb öz oğlu Məhəmmədi Mirzaya
vermiĢdi.
136
ġahruxun nəvəsi nəzərdə tutulur.
137
1458-ci ildə bağlanmıĢ bu sülh tərəflər arasında hərbi ittifaq nəzərdə tutur, ġərqi Ġranda yerləĢən DəĢti-
Kəvir səhrasını iki məmləkətin sərhəddi müəyyən edirdi.
138
Burada yəqin ki, Maku olmalıdır.
139
Bu cümlə əbcəd hesabı ilə hicri 865-ci ili (17.X.1460—5.X.1461) göstərir.
140
Mardin—Anadolunun cənubunda, Diyarbəkrdən cənub-Ģərqdə yerləĢən Ģəhər.
141
Qaraqoyunlu sülaləsinin hakimiyyəti 1410—1468-ci illəri əhatə edir.
142
Orijinalda bu yerdə səhvən «Ağqoyunlu» getmiĢdir.
23
143
Təvaçi—hərbi vəzifələrdən biri idi. Təvaçilik mənsəbində olan əmir bu və ya digər döyüĢ ərəfəsində
əyalətlərə gəlib qüvvə toplayır, onların fəaliyyətini əlaqələndirir, qoĢunları lazımi yerə müĢayiət edirdi.
144
Səncəq yaxınlığındakı döyüĢ 1468-ci ildə Uzun Həsənlə CahanĢah arasında olmuĢdu.
145
Söhbət 1473-cü ildə Tərcan yaxınlığında Uzun Həsənlə Sultan Məhəmməd Fateh (1451—1481)
arasında baĢ vermiĢ döyüĢdən gedir. Bu döyüĢdə ağqoyunlular ağır məğlubiyyətə uğramıĢdılar.
146
Vorucerd (Borucerd)—Həmədandan cənub-Ģərqdə yerləĢən Ģəhər. Nəhavənd KirmanĢahdan 130 km
Ģərqdə yerləĢir.
147
Bu hadisə 1457-ci ildə baĢ vermiĢdi.
148
Bu Ģəhərin harada yerləĢdiyini müəyyənləĢdirmək mümkün olmadı.
149
Lur-i kuçek—Luristanın Ģimal-qərb hissəsi bu cür adlanırdı.
150
Söhbət Hindistan Moğollar dövlətinin məĢhur sərkərdəsi, Ģair və dövlət xadimi Bayram xandan
(1504—1561) gedir.
151
Baburun oğlu Humayun padĢah Moğollar dövlətinin ikinci hökmdarı idi (hakimiyyət illəri: 1530—
1556).
152
Cəlaləddin Əkbər Ģah 1556—1605-ci illərdə hökmdarlıq etmiĢdir.
153
Bayram xanın oğlunun adı Babarəhim idi. O, həm də Ģair olmuĢ, üç dildə (türk, fars, hind) Ģerlər
yazmıĢdır.
154
Sultan Hüseyn Mirza I ġah Ġsmayılın nəvəsi (Bəhram Mirzanın oğlu) idi. O, Qəndəhar hakimi olmuĢ,
1576-cı ildə vəfat etmiĢdir.
155
Dəkən dedikdə, Hindistan yarımadasının cənubundakı torpaqlar nəzərdə tutulur.
156
ġirvanĢah I Ġbrahim (1382—1417) nəzərdə tutulur. 1412-ci ildə baĢ vermiĢ həmin döyüĢdə ĢirvanĢah
məğlub olub əsir düĢmüĢ, bir müddət Təbrizdə saxlandıqdan sonra Qara Yusifin vassalı olmaq Ģərti ilə azad
edilmiĢdi.
157
Bu döyüĢ 1421-ci il iyulun 28-də Qara Yusifin oğlu Qara Ġskəndərlə ġahrux arasında baĢ vermiĢ,
birincinin məğlubiyyəti ilə nəticələnmiĢdi.
158
I ġah Abbasın hakimiyyəti 1587—1629-cu illəri əhatə edir.
159
1598-ci ildə özbəklər yenidən hücum edib Xorasanı tutmuĢdular. I ġah Abbas Fərhad xanı onlara qarĢı
göndərmiĢ, lakin o, qorxaqlıq göstərib döyüĢ meydanından qaçmıĢdı. Belə olduqda Ģah özü böyük qoĢunla
Xorasana getmiĢ, özbəkləri ağır məğlubiyyətə uğratmıĢdı. Bu qələbədən sonra o, Fərhad xanı bağıĢlamıĢ və
Herat hakimi təyin etmiĢdi. Lakin Fərhad xan bu vəzifədən imtina etmiĢ, nəticədə Ģahın qəzəbinə düçar
olmuĢdu. Heratın hakimliyi Hüseyn xan ġamluya tapĢırılmıĢdı.
160
«Fəth-e heri Ģod» («Herat fəth edildi») əbcəd hesabı ilə 1007-ci ili (1598—99) göstərir.
161
Hüseyn Kiya Çəlavi Firuzguh hakimi idi.
162
Qaraca Ġlyas Bayburtlu 1500-cü ildə I ġah Ġsmayıl Ərzincana gedərkən ona qoĢulmuĢdu.
163
Xaf əyaləti Ģərqi Ġranda—Kuhistanda yerləĢir.
164
Xəlifə Ənsar uzun müddət Qaradağ hakimi, sonra isə ġirvan bəylərbəyi olmuĢ, 1582-ci ildə ölmüĢdü.
165
Əyyubilər sülaləsinin banisi Məlik Nasir Səlahəddin Yusif (1169—1193).
166
Əyyubilər sülaləsi 1171-ci ildən 1250-ci ilə qədər Misir, Yəmən və Suriyada hökmranlıq etmiĢdir.
167
Rum səlcuqilərindən olan Sultan Rüknəddin Məsud 1116—1156-cı illərdə hakimiyyətdə olmuĢdur.
168
Tikrit—Dəclə çayının qərb sahilində, Samirədən Ģimalda yerləĢən Ģəhər-qala.
169
DəməĢq və Hələbdə hökmranlıq etmiĢ Zəngilər sülaləsindən olan Nurəddin Mahmud ibn Ġmadəddin
Zəngi (1164—1174) nəzərdə tutulur.
170
Sonuncu Fatimi xəlifəsi olan əl-Azid 1171-ci il sentyabrın 4-də devrilmiĢdir.
171
Burada məĢhur Yusif əfsanəsinə iĢarə olunur.
172
Burada artıq Əyyubilərdən sonra Misir və Suriyada hökmranlıq etmiĢ məmlüklərdən söhbət gedir.
1516-cı il avqustun 24-də Hələb yaxınlığındakı döyüĢdə I Sultan Səlim sonuncu məmlük sultanı əl-ƏĢrəf
Qansuh əl-Qurini (1501—1516) məğlub etdi. Bunun ardınca o, Suriya və Misiri tutdu və onlar paĢalıq kimi
Osmanlı imperiyasının tərkibinə daxil oldular.
173
Mərvanilər sülaləsinin dördüncü və ən böyük hökmdarı Nəsrüddövlə Əhməd ibn Mərvan (1011—
1061) nəzərdə tutulur.
174
Cəzirə—Dəclə çayının sağ sahilində, Diyarbəkrdən cənub-Ģərqdə yerləĢən Ģəhər.
175
Mərvanilərin torpaqları 1085-ci ildə səlcuq imperiyasına qatılmıĢdır.
176
Bitlis—Van gölündən cənub-qərbdə yerləĢən Ģəhər və əyalət.
177
ġəmsəddin xan məlum tarixçi, «ġərəfnamə» əsərinin müəllifi ġərəf xan Bitlisinin atasıdır. ġəmsəddin
xanın atası Əmir ġərəf uzun müddət (1485—1533) Bitlis hakimi olmuĢdur. Onun ölümündən az sonra
ġəmsəddin xan Ġrana gəlmiĢ, müxtəlif vilayətlərdə yaĢamıĢ və 1576-cı ildə Qəzvində vəfat etmiĢdir.
178
Ərzrum hakimi Ġskəndər paĢanın Xoya hücumu 1552-ci ilin əvvəllərində olmuĢdu.
24
179
Çaldıran döyüĢündən sonra Diyarbəkr osmanlıların əlinə keçmiĢdi. I ġah Ġsmayıl da Qara xanı Ģəhəri
geri almaq üçün göndərmiĢdi. O, Diyarbəkri bir ildən artıq mühasirədə saxlasa da, tuta bilmədi. Trabzon hakimi
Bıyıklı Məhəmməd paĢa (Mustafa paĢa Bığlı ÇavuĢ) baĢda olmaqla osmanlıların hücumundan sonra Qara xan
Mardinə tərəf çəkilmiĢ və orada qəti döyüĢdə məğlub olmuĢdu.
180
Əsl adı Məhəmməd bəy idi.
181
Köpək Sultanın əsl adı Mustafa Sultan idi. ġərur döyüĢü 1527-ci il iyunun 30-da olmuĢdu.
182
Qasım bəy ĢirvanĢahlar nəslindən idi, Ġstambula pənah aparmıĢdı. 1554-cü ildə I Sultan Süleyman
Azərbaycana hücum edərkən, onu ġirvanı tutmağa göndərmiĢdi. ġirvanlıların xeyli hissəsi onun tərəfinə
keçmiĢdi. Lakin Gülüstan qalası yaxınlığındakı döyüĢdə Abdulla xanın baĢçılıq etdiyi qızılbaĢlar Qasım bəyin
qoĢununu darmadağın etmiĢdi.
183
Bu hadisə 1556/57-ci ildə olmuĢdu.
184
Gələcək II ġah Ġsmayıl (1576—1577) nəzərdə tutulur.
185
ġahqulu Sultan Ustaclu 1567/68-ci ildə Türkiyəyə səfir göndərilmiĢdi.
186
Məhəmməd xan Toxmaq uzun illər Çuxursəd hakimi olmuĢ, osmanlılarla çoxlu döyüĢlər etmiĢdi; o
cümlədən, 1578-ci ildə baĢ vermiĢ Çıldır döyüĢünün əsas iĢtirakçılarından olmuĢdu.
187
Cam (Kuhistanın Ģimal-Ģərq hissəsində yerləĢən yaĢayıĢ məntəqəsi) yaxınlığındakı döyüĢ özbəklərlə
qızılbaĢlar arasında olmuĢ ən böyük döyüĢlərdən biri idi. QızılbaĢlara ġah Təhmasib özü baĢçılıq edirdi.
188
Kəsib—türk sözü olan bu kəlmənin mənası «qənimət», «qarət edilmiĢ mal» deməkdir.
189
Təhmasibdən sonra Ģah olmaq uğrunda onun oğlanları Heydər Mirza və Ġsmayıl Mirza arasında gedən
mübarizədə ustaclu tayfası birincini müdafiə edirdi. Buna görə Ġsmayıl taxta çıxdıqdan sonra həm paytaxtda,
həm də vilayətlərdə ustaclu əmirləri sıxıĢdırılmağa baĢladı. Heratda digər tayfaların (əfĢar, Ģamlu və s.)
nümayəndələri qiyam qaldırıb ġahqulu Sultanı öldürdülər və Əliqulu xan ġamlu Herat hakimi oldu.
190
ġah Təhmasib 1576-cı il mayın 14-də vəfat etmiĢdi.
191
Türbət—Xorasanda, MəĢhəddən cənubda yerləĢən Türbəti Heydəri qalası nəzərdə tutulur.
192
Bu hadisə 1586-cı ilin yazında olmuĢdu. Əliqulu xan ġamlu o zaman taxta ən real namizəd olan Abbas
Mirzanın lələsi idi. MürĢüdqulu xan Abbas Mirzanı ələ keçirməklə gələcək hakimiyyəti özü üçün təmin etmiĢ
olurdu. Cunabad yaxınlığında baĢ vermiĢ döyüĢdə ustaclu əsgərləri Abbas Mirzanı tutub MürĢüdqulu xanın
yanına aparmıĢdılar.
193
Bu hadisə 1587-ci ilin axırında özbəklərin Heratı tutub Əliqulu xan ġamlunu öldürməsindən sonra
olmuĢdu. MürĢüdqulu xanı gecə yuxuda ikən öldürmüĢdülər.
194
Əlbistan—Türkiyənin cənubunda, Ceyhan çayının sahilində yerləĢən Ģəhər və vilayət; MərəĢ—
Türkiyə ilə Suriya sərhəddi yaxınlığında yerləĢən Ģəhər və vilayət.
195
Sonuncu Zülqədr hakimi olan Əlaüddövlə bir tərəfdən Səfəvilərin, digər tərəfdən isə osmanlıların
təzyiqi qarĢısında qalmıĢdı. Yalnız Çaldıran döyüĢündən sonra—1515-ci ilin yazında Sultan Səlim onun
torpaqlarını zəbt etdi.
196
Rumeli dedikdə, Türkiyənin Avropa hissəsi nəzərdə tutulur.
197
Möhrdar—Ģahın xüsusi möhürünü qoruyan əmir belə adlanırdı. Onun ən mühüm sənədlərə vurduğu
möhür Ģahın imzası sayılırdı.
198
ġahrux xan Zülqədr 1585/86-cı ildə Təbrizdə osmanlılarla döyüĢdə yaralanıb əsir düĢmüĢdü.
199
Söhbət 1585—1586-cı illərdə baĢ vermiĢ türkman və təkəlu tayfalarının birgə qiyamından gedir.
Qiyam 1585-ci ilin mayında ustaclu və Ģamlu əmirlərinin təhriki ilə Azərbaycan bəylərbəyi Əmir xan
Türkmanın Sultan Məhəmməd Xudabəndənin oğlu Həmzə Mirza tərəfindən həbs edilib öldürülməsindən sonra
baĢlandı. Qiyama KaĢan hakimi Məhəmməd xan Türkman və Həmədan hakimi Vəli xan Təkəlu baĢçılıq edirdi.
Az sonra Fars hakimi Ümmət xan Zülqədr də onlara qoĢuldu. Qiyamçılar Həmzə Mirzanın kiçik qardaĢı
Təhmasib Mirzanı Təbrizdən oğurlayıb Qəzvinə getmiĢ və onu Ģahın vəliəhdi elan etmiĢdilər. Nəhayət, Həmzə
Mirza onların üstünə yeriyib Qəzvin yaxınlığında qiyamçıları məğlub etmiĢdi.
200
Ġstəxr qalası ġirazdan Ģimal-Ģərqdə yerləĢirdi.
201
Bu hadisə 1589/90-cı ildə olmuĢdu.
202
Azərbaycan Atabəylər dövlətinin banisi ġəmsəddin Eldənizin (1136—1175) oğlu Nüsrətəddin Əbu
Cəfər Məhəmməd Cahan Pəhləvan (1175—1186) nəzərdə tutulur.
203
Kuhkiluye—Fars vilayətinin Ģimal-qərb hissəsi belə adlanırdı.
204
Sevindik bəy ƏfĢar 23 il qorçibaĢı olmuĢ, 1561/62-ci ildə vəfat etmiĢdi.
205
Fərah—müasir Əfqanıstanda, Heratdan cənubda yerləĢən Ģəhər.
206
Son dərəcə böyük nüfuza malik olan Qulu Sultan ƏfĢar Həmzə Mirza ilə ciddi ixtilaf nəticəsində və
ölüm təhlükəsi qarĢısında 1585/86-cı ildə Təbrizdə osmanlıların tərəfinə keçmiĢdi.
207
Xacə Ġxtiyarəddin Əbdülqadir Kermanın ən iri mülkədarlarından olmuĢdur. Ağa Kəmali Kerman
bəylərbəyinin vəziri idi.
25
208
Əmir Qiyasəddin dövrün ən nüfuzlu ruhanilərindən idi. Uzun müddət sədr vəzifəsini icra etmiĢdi.
Yəzd onun tiyulu idi.
209
Əhəristan—Yəzddən 3 km cənubda yerləĢən kənd.
210
Ġsfizar Ģəhəri Heratdan cənubda, Ğur vilayəti isə Heratdan Ģərqdə yerləĢir.
211
Bu hadisə 1589/90-cı ildə olmuĢdu.
212
Tun—ġərqi Ġranda, Xorasanın cənub-qərb hissəsində yerləĢir. Cunabad (Cunabad, Qunabad)—Tundan
Ģimal-Ģərqdə, Kuhistanda yerləĢən Ģəhərdir.
213
Təbəs—Ġranın Ģərqində yerləĢən Ģəhər.
214
Axtarma—axtarıĢ yolu ilə əldə edilən qənimət deməkdir.
215
Kazerun—Fars vilayətində yerləĢən iri Ģəhər.
216
ġuĢtər—Ġranın cənub-qərbində, Əhvazdan Ģimalda yerləĢən Ģəhər.
217
Səmiran—hazırda Həmədan ətrafında yerləĢən kənddir.
218
DehdəĢt—Behbehan Ģəhərindən 41 km Ģimal-Ģərqdə yerləĢən kənd.
219
«Tozqoparan» ləqəbi ilə məĢhur olan Piri bəy Qacar I ġah Ġsmayılın yaxın silahdaĢlarından idi. O,
1501-ci ildə Əlvənd Ağqoyunlunun əmiri Osman bəy Mosullunu, 1503-cü ildə isə Sultan Murad Ağqoyunlu ilə
döyüĢdə onun tərəfində vuruĢan Qum hakimi Əsilməz bəyi məğlub etmiĢdi.
220
ġahverdi Sultan Ziyadoğlu Qarabağ bəylərbəyi idi. Ləvasan—Kartli hökmdarı Luarsab (1534—1558);
Simaon—onun oğlu Simon (1558—1560). Qorkin dedikdə, yəqin ki, Tiflis hakimi Georgi Dadiani (1548—
1582) nəzərdə tutulur.
221
Bargiri—Türkiyənin Ģərqində, Vandan 77 km Ģimal-Ģərqdə yerləĢən Ģəhər.
222
1537-ci ildə ġah Təhmasib Qəndəharı almıĢ və Budaq xanı ora hakim təyin etmiĢdi. Lakin o biri ildə
Baburun oğlu Kamran Mirza Qəndəharı tutmuĢdu. Bundan sonra Qəndəhar əldən-ələ keçirdi.
223
NaĢir yazır ki, «yaxa», görünür, «tayfa», «el», «qəbilə» mənasındadır. Bəzi müəlliflər «yaxa» sözünü
türkmən tayfasının xüsusi adı kimi götürürlər. Bizcə, Astrabad ətrafında yaĢayan bu tayfanın adı bütöv Ģəkildə
«Yaxa-Türkman» kimi oxunmalıdır.
224
ġah Ġsmayıl taxta çıxdıqdan sonra Qarabağın əmir əl-ümərası və Gəncə hakimi Yusif Xəlifə
öldürülmüĢ, yerinə Ġmamqulu xan Qacar təyin edilmiĢdi.
26
NəĢriyyatın baĢ direktoru ġ. Cəfərov.
BuraxılıĢa məsul V. QardaĢlı.
Elmi redaktoru Z. Bünyadov
Rəssamı Ə. DadaĢov.
Texniki redaktoru E. Tağıyeva.
Çapa imzalanmıĢ 22.07.93. Kağız formatı 84X108
1
/
32
ġərti çap vərəqi 2,52. Uçot-nəĢr vərəqi 2,5. Tirajı 15.000. SifariĢ 1083.
«Azərbaycan» nəĢriyyatı.
370146, Bakı, Mətbuat prospekti, 529-cu məhəllə.
Dostları ilə paylaş: |