Alqoritmik dillər aşağıdakı qruplara ayrılırlar:
-məntiqi məsələlərin həlli üçün;
-elmi-texniki və iqtisadi məsələlərin proqramlaşdırılması üçün;
-texnoloji proseslərin idarə olunması və modelləşdirilməsi məsələlərinin proqramlaşdırılması üçün.
Proqramlaşdırma dilində yazılan proqram yerinə yetirilmədən əvvəl
translyator adlanan proqramlar
kompleksinin köməyi ilə maşın dilinə çevrilirlər.
Translyatorlar iki üsulla təşkil oluna bilərlər: interpretasiya və kompilyasiya yolu ilə. Məhz buna
görə də translyatoru uyğun olaraq interpretator və ya kompilyator adlandırırlar.
İnterpretator proqramın operatorlarını bir-bir təhlil edir və onu bütövlükdə yaddaşa yükləyir. Bu
səbəbdən də proqramın işləmə vaxtı uzanır.
Kompilyator bütün proqramı oxuduqdan sonra maşın koduna çevirərək səhvlər haqqında
məlumatları istifadəçiyə çatdırır. Beləliklə, kompilyator operatorların təhlili və maşın koduna çevrilməsi
prosesini bir dəfəlik aparır. Buna görə də kompyuterin işləmə sürəti artır və proqramın icrası prosesdən
asılı olmur, proqramın əməli yaddaşa yüklənməsinə ehtiyac duyulmur və yaddaşdan digər məqsədlər üçün
istifadə edilməsinə şərait yaranır.
Dostları ilə paylaş: