Qloballaşma istiqaməti götürən müasir dünyada hər bir ölkənin davamlı iqtisadi inkişafının



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə21/59
tarix28.01.2023
ölçüsü1,9 Mb.
#81337
1   ...   17   18   19   20   21   22   23   24   ...   59
Təlim prosesində İKT-dən istifadə (Mühazirələr)

 
Elektron konferensiyalar 
Çox vaxt kompüter konferensiyaları adlandırılan elektron konferensiyalar internet şəbəkəsinin 
məsafədən aslı olmayaraq müxtəlif iştirakçıların vahid mövzu ətrafında müzakirələr aparmasına, 
qərarlar qəbul etməsinə və qəbul olunmuş qərarların icrasına birgə nəzarət etməsinə imkan verən 
xidmətlərindəndir. Elektron konferensiya xidmətinin ən əsas xüsusiyyəti iştirakçıların eyni 
vaxtda kompüter arxasında (onlayn rejimdə) olmasının vacibliyidir. Konferensiya 
iştirakçılarının iş yerinin aparat təminatı elektron poçt istifadəçilərinin iş yerinin aparat təminatı 
ilə əsasən üst-üstə düşür. Lakin proyektorların tətbiqi elektron konferensiaların daha səmərəli 
təşkilinə gözəl imkanlar açır. Elektron konferensiyaların ən daha bir vacib xüsusiyyəti kimi 
iştirakçıların istifadə olunan proqram təminatından aslı olmalarıdır. Yəni, bütün konferensiya 
iştirakçıları onlayn rejimdə olmaqla bərabər seans zamanı eyni proqram vasitələrindən istifadə 
etməlidirlər.
Elektron konferensiya rejimini dəstəkləyən ən populyar proqramlardan biri kimi Skayp (Skype) 
proqramını göstərmək olar. Bu proqram çox sadə və geniş istifadəçi kutləsi tərəfindən tez 
mənimsənilə bilən çoxdilli interfeysə malikdir və istifadəçilər arasında multimedia tipli 
əlaqələrin qurulması üçün çox mükəmməl imkanlar açır. 
Elektron konferensiyaların işində iştirak edənlər vaxt baxımından bir-birindən asılı olurlar ki, bu 
da onun təhsilə tətbiqini yalnız sinxron təhsil formasında təşkil etməyə kömək edir. Yəni, 
iştirakçıların 1-i üçün nəzərdə tutulan audio, video və yazılı məlumat bütün iştirakçılar tərəfindən 
eyni vaxtda qəbul olunur və cavablandırılır. İnternetin bu xidməti virtual tədris qruplarının 
yaradılmasına və onların qabaqcadan bəlli olan dərs cədvəli əsasında mühazirələrdə, seminar və 
təcrübə məşqələlərində iştrakının təmin olunmasına yaxşı şərait yaradır. Elektron konferensiya 
iştirakçılarının elektron ünvanlarının olması, yəni elektron poçt xidmətinin imkanlarından tam 
istifadə etmək bacarıqlarının olması da vacib şərtlərdəndir.
Elektron konferensiyaların lokal kompüter şəbəkəsində təşkili üçün şəbəkənin FTP serverlə (File 
transport protocol-Faylların mübadilə protokolları) təchiz olunması vacibdir. Belə server bütün 


konfrans iştirakçıları üçün nəzərdə tutulan məlumatları özündə saxlayır və iştirakçıların həmin 
məlumatlardan yararlanması üçün geniş imkanlar açır. Elektron poçt rejimindən fərqli olaraq 
elektron konferensiya iştirakçıları üçün nəzərdə tutulan məlumatlar bütün konfrans iştirakçıları 
üçün açıq olur.
Elektron konferensiya iştirakçılarının mətn, qrafik, audio və video və s. məlumatlarla, eyni 
zamanda bu məlumatlardan yararlanmaq üçün nəzərdə tutulan təlimatların istifadəçiyə (virtual 
qrup iştirakçılarına) çatdırılması imkanları bu növ xidmətlərin didaktik xüsusiyyətlərini özündə 
əks etdirir. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin