- verilənlərın məhsuldarlığı;
- verilənlərın tamlıgı və s.
Verilənlər bazasının idarəetmə sistemi elə qurulmalıdır ki, verilənlərdən
məhsuldar istifadə
edilsin. Verilənlərın məntiqi təşkili proqram vasitələrinin köməyi ilə müxtəlif məlumat modellərini
müəyyən edir.
Verilənlər modeli bir - birilə qarşılıqlı əlaqədə olan verilənlərin strukturları
və bu strukturlar
üzərində aparılan əməliyyatların məcmusundan ibarətdir. Modelin növü və onda istifadə edilən
verilənlərın quruluş tipi verilənlərın təşkili və işlənməsi konsepsiyasını əks etdirir. Qeyd etmək lazımdır
ki, eyni bir informasiyanın yerləşdirilməsi üçün verilənlərin müxtəlif modellərindən istifadə edilir.
Onların seçilməsi mövcud texniki və proqram təminatından asılı olub, həll
edilən məsələlərin mürək-
kəblik dərəcəsi və emal edilən informasiyanın həcmi ilə müəyyən edilir.
Kompyuterdə verilənlərın saxlanması və idarə edilməsi modelləri arasında daha mürəkkəb modellər
şəbəkə və iyerarxik modelləridir. Verilənlərın şəbəkə və iyerarxik modeli verilənlər bazasımn idarəetmə
sistemində verilənlər bazasının məntiqi təşkilinin müvafiq üsulu olmaqla, bir-biri ilə qarşılıqlı əlaqədə
olan obyektiərin məcmusundan ibarətdir
Dostları ilə paylaş: