Qloballaşma istiqaməti götürən müasir dünyada hər bir ölkənin davamlı iqtisadi inkişafının



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə26/59
tarix28.01.2023
ölçüsü1,9 Mb.
#81337
1   ...   22   23   24   25   26   27   28   29   ...   59
Təlim prosesində İKT-dən istifadə (Mühazirələr)

 
Kompyuter Ģəbəkələri 
Kompyuter şəbəkəsi kompyuter və bu tip sistemlər (printer və s.) arasında müəyyən protokolların 
köməyi ilə informasiya mübadiləsinə imkan verən bir sistemdir. Kompyuterlər bir-biri ilə 
telekommunikasiya vasitələri (kabellər, şəbəkə adapterləri, modemlər və s.) ilə birləşirlər. Protokol 
kompyuter şəbəkəsində informasiya mübadiləsinin aparılma qaydalarını müəyyənləşdirir. Bu qaydalar 
alqoritmləşdirilir, proqramlaşdırılır və şəbəkə qurularkən kompyuterlərə instalizasiya edilir. 
Kompyuterlərin şəbəkə şəklində birləşdirilməsinin bir neçə əsas səbəbi vardır: 
- İstifadəçilər arasında informasiya mübadiləsinin sürətləndirilməsi; 
- İş yerini tərk etmədən məlumatların (e-mail və s.) qəbulu və ötürülməsi; 
- Lazımi informasiyanın dünyanın istənilən nöqtəsindən ani alınmasının mümkünlüyü; 
-Müxtəlif proqram təminatı altında işləyən müxtəlif firmaların istehsalı olan kompyuterlər arasında 
informasiya mübadiləsinin mümkünlüyü. 
Kompyuter şəbəkələri ümumi olaraq aşağıdakı kimi təsnifat edilə bilər: 


1. Lokal şəbəkələr ( LAN-Lokal Area Network); 
2. Qlobal şəbəkələr (WAN- Wide Area Network). 
Hər bir kompyuterin hansı şəbəkədə işləməsindən asılı olmayaraq, həmin kompyuterdə qoyulmuş 
proqram təminatının funksiyasını iki qrupa bölmək olar: kompyuterin öz resurslarını idarə edən 
(əməliyyat sistemi) və digər kompyuterlərlə mübadiləni idarə edən. 
Şəbəkə resurslarını şəbəkə proqram təminatı idarə edir ki, bu da şəbəkə proqramı şəklində ayrıca 
paket ya da şəbəkə əməliyyat sistemi şəklində həyata keçirilir.
Şəbəkə proqram təminatının işləməsini qaydaya salmaq və istənilən kompyuter sistemlərinin 
qarşılıqlı əlaqəsini təşkil etmək məqsədilə Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat açıq sistemlərin 
qarşılıqlı əlaqəsini təmin edən Etalon model təklif etmişdir. 1983-cü ildə Beynalxalq standartlaşma 
institutu tərəfindən şəbəkələrin qarşılıqlı əlaqələrinin əsası olan model yaradıldı. Bu model OSI (Open 
System Interconnection) (Qarşılıqlı Əlaqəli Açıq Sistem) adlandırılaraq müasir kompyuter şəbəkələrinin 
əsasını təşkil edir. 
OSI modeli açıq sistemlərin qarşılıqlı əlaqələrinə xidmət edərək, sistemin müxtəlif əlaqə 
səviyyələrini təyin edir, onlara standart adlar verərək hər bir səviyyədə hansı funksiyanı yerinə 
yetirməsini göstərir. 
OSI modelində hər bir qarşılıqlı əlaqə vasitələri 7 səviyyəyə bölünür:
fiziki səviyyə;
kanal səviyyəsi;
şəbəkə səviyyəsi;
nəqliyyat səviyyəsi;
seans səviyyəsi;
təqdimetmə səviyyəsi;
tətbiqi səviyyə. 


Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin