Qloballaşma istiqaməti götürən müasir dünyada hər bir ölkənin davamlı iqtisadi inkişafının



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə29/59
tarix28.01.2023
ölçüsü1,9 Mb.
#81337
1   ...   25   26   27   28   29   30   31   32   ...   59
Təlim prosesində İKT-dən istifadə (Mühazirələr)

Ayrılmış kanallar. Ayrılmış əlaqə xəttlərindən iki üsulla istifadə etmək olar.
Birincisi, arendaya götürülmüş ayrılmış xətlər müəyyən ərazidə paylanmış aralıq paket 
kommutatorlarının birləşdirilməsinə xidmət edir, məsələn, Frame Relay şəbəkəsində olduğu kimi. 
İkincisi, ayrılmış xətlərlə ancaq lokal şəbəkələrin və ya başqa növ abonentlərin, məsələn, tranzit 
paket kommutarları qurmadan qlobal şəbəkə texnologiyası ilə işləyən meynfreymlərin birləşdiilməsidir, 
ayrılmış kanallar abonentlərin daimi kommutasiyası üçün hansı tip kommutasiya qurğusundan- 
FDM(Frequency Divizion Multiplexing-tezliyə görə sıxma) və ya TDM(Time Divizion Multiplexing- 
vaxta görə sıxma)-dən istifadə edilməsindən asılı olaraq analoq və rəqəm tipinə bölünür. 
Rəqəm tipli ayrılmış xətlərdə fiziki səviyyənin protokolu G.703 standartı ilə təyin olunub. 
Analoq və rəqəm tipli ayrılmış kanalların kanal səviyyəsində HDLG(High-level Data Link 
Control –kanal səviyyəsində verilənlərin ötürülməsinin idarə edilməsi protokolu) ailəsindən olan 
PPP(Point to Point Protokol) protokolundan istifadə edilir. 
Ayrılmış analoq tipli kanallar istifadəçiyə 4-naqilli və ya 2-naqilli çıxışlarla təqdim olunur. 4-
naqilli kanallarda dupleks əlaqənin təşkili daha sadə üsulla yerinə yetirilir. 
Verilənlərin saniyədə bir neçə qiqabit analoq xətləri vasitəsilə ötürülməsi üçün siqnalların analoq 
modulyasiyası metodu əsasında işləyən modemlərdən istifadə olunur. 
Kanalların kommutasiyası ilə işləyən qlobal şəbəkələr. Korperativ şəbəkədə qlobal əlaqələrin 
qurulması üçün 2 növ xətlərdən – ənənəvi analoq tipli telefon şəbəkələri və İSDN xidmətlərini yerinə 
yetirən rəqəm tipli şəbəkələrdən istifadə etmək mümkündür. Kanalların kommutasiyası şəbəkələrinin 
üstünlüyü onların geniş yayılmasıdır, bu da əsasən analoq telefon xətləri üçün xarakterikdir. Son zamanlar 
İSDN şəbəkələrindən bir çox ölkələrdə korporativ istifadəçilərin də istifadə etməsi mümkün olmuşdur. 
Analoq telefon şəbəkələrinin çatışmamazlığı tərkibindəki kanalın aşağı keyfiyyətli olmasıdır. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin