UNİX əməliyyatlar sistemi:
UNİX əməliyyatlar sisteminin (ƏS) üstünlüklərindən biri ondan ibarətdir ki, bu sistem sayı çox
olmayan intuitiv aydın anlayışlara əsaslanır. Əvvəldən UNIX ƏS interaktiv sistemi kimi nəzərdə
tutulmuşdur. Başqa sözlə, UNİX terminal iş üçün təyin olunmuşdur. Sistemə daxil olan istifadəçi fayl
sistemi ilə işləməyə başlayır. Fayl sistemi ağacvari quruluşa malikdir. Ağacın kökündə qurğu və ya əsas
(kök) kataloq durur. Sonrakı şaxələnmə alt kataloqlar və fayllar üzrə aparılır. İstifadəçi adətən, fayl və
kataloqları silə, yenilərini əlavə edə və dəyişdirə bilər.
Windows əməliyyatlar sistemi:
MS-DOS-da idarəetmə sisteminin sadəliyi, əmrlər interfeysinin narahatlığı, disketlərdə olan fayl
və kataloqların proqramları işə salan ləvazimatlarla idarə olunması və s. bəzi proqramçıları onlara lazım
olan ləvazimatları (qrafik interfeysi yaratmaq, menyu, sorğu və pəncərə yaratmaq, müxtəlif displey və
printerləri əlaqələndirmək, proqram tərtib edən köməkçi proqramlar və s.) tərtib etməyə, ya da müxtəlif
proqramlar kitabxanasından istifadə etməyə məcbur edirdi. Digər tərəfdən müxtəlif proqramlara
müraciət etməyin özü və müxtəlif proqramların istifadəçi tərəfindən eyni vaxtda istifadə olunması çox
çətinlik yaradır.
Buna görə də çoxpəncərəli qrafik interfeysə malik örtük proqramları yaradılırdı. İlkin olaraq belə
interfeysli ilk əməliyyat sistemini Macintosh tipli kompyuterlər üçün Apple Computer firması hazırladı.
Sonra 1992-ci ildə Microsoft firması kütləvi istifadə olunan IBM PC tipli kompyuterlərdə istifadə olunan
MS-DOS əməliyyat sistemləri üçün qrafik Windows 3.0 örtük proqramuıı yaratdı. Tezliklə firma fərdi
istifadə üçün Windows 3.1, lokal şəbəkədə istifadə üçün Windows 3.11 for Workgroup proqramlarını
hazırladı.
Microsoft firmasının 1995-ci ilin avqust ayında istehsal etdiyi yeni variantı Windows 95
adlandıracağını elan etməsi kompyuter istifadəçiləri üçün bir sürprizə çevrildi, elan edilən sürpriz
bununla tamamlanmırdı. Çünki firma Windows 95-i kompyuter bazarına çıxararkən sistemin
gözlənildiyindən də artıq yeniliyə sahib olduğunun və müstəqil bir əməliyyat sistemi kimi işlədiyinin
şahidi oldu.
1998-ci ildə Microsoft firması tərəfindən yeni Windows 98 əməliyyat sistemi yaradıldı. Sonrakı
illərdə firma öz imkanlarının genişlənməsindən istifadə edərək Windows-un yeni variantlarım (Windows
NT-2000, Windows XP) kompyuter istifadəçilərinə təqdim edir.
Windows-un hər növünün bir neçə varianti - Amerika, Panavropa və bəzi dövlətlərin öz lokal
variantları vardır:
- Amerika variantlan ingilis dilli interfeysə malikdir və ABŞ-da işləmək üçün nəzərdə tutulub.
Başqa dilli proqramlarla işləmək imkanı yoxdur;
- Panavropa variantı ingilis dilli interfeysə malik olmaqla yanaşı, tərkibinə Avropa dillərində
işləmək üçün proqram vasitələri daxildir;
- Bəzi dövlətlər üçün Microsoft firması əməliyyat sisteminin lokal variantını təklif edir. Bu
proqramların əmrlər dili və qrafik interfeysi həmin dövlətin dilindədir.
Windows əməliyyat sistemlərini əsasan iki qrupa bölmək olar:
- Fərdi kompyuterdə istifadə üçün (Windows-un 3.1, 95, 98, 2000 və Millenium variantı);
- Lokal və qlobal şəbəkədə istifadə üçün (Windows 3.11, Windows NT Server and Workstation,
Windows 2000 Professional).
|