3. Öyrənənlərlə əlaqələrin qurulması və əlaqələrin dəstəklənməsi məsələləri: Ənənəvi təhsil
formasında olduğu kimi distant təhsil forması da özünəməxsus müxtəlif təlim metodları
ilə zəngindir. Bu metodların əsas məqsədi və qarşıya qoyduqları vəzifələrdən ən başlıcası
(demək olar ki, həm də ortada olan ən böyük problem) öyrənənlərin biri-biri ilə və
öyrədənlərin bu virtual qrup üzvləri ilə qarşılıqlı əlaqələrinin sıx təşkilinə yönəlmişdir.
Bu istiqamətdə müəyyən işlərin görülməsinə və vasitələrin işlənməsinə baxmayaraq (çat,
elektron, audio və video konferensiya və digər) hələ də müəyyən işlərin görülməsinə
ehtiyac vardır (məsələn, öyrənənin psixoloji durumuna əsaslanma və s).
Distant təhsilin xarakterik xüsusiyyətlərinə həmçinin çeviklik, modulluluq, iqtisadi səmərəlilik,
müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, təlimin xüsusiləşdirilmiş vasitə və
texnologiyalarından istifadə və s. məsələlər aiddir.
Distant təhsildə informasiyalar öyrənənlərə çap materialları, elektron materiallar, elektron
dərslik, televerilişlər və s. formalarda təqdim edilir. Bu tədris informasiyalarının kitablar, disklər,
audio-video kasetlər kimi daşıyıcıları vardır. Distant təhsildə tədris metodik kompleksdən,
kompyuter, televizor, audio-video maqnitofon, multimedia texnikası və s. kimi təlim
vasitələrindən istifadə olunur.
Təhsilin Distant forması müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və yeni
ixtisas almaq arzusunu həyata keçirə bilməyən potensial şəxslərə real təhsil imkanları yaradır.
Distant təhsil ənənəvi təhsil formalarına nisbətən öyrənənlərin müstəqilliyini, fəallığını,
şüurluğunu, yaradıcılığını optimal inkişaf etdirir.
Dostları ilə paylaş: