Distant təhsil formasında tələbələrin birgə işi təşkil olunur: konferensiyalar,
seminar və
müzakirələr, birgə proektlərə qədər.
Bu formada vaxt və imkan xərcləri azalır.
Distant təhsil forması ixtiyari tələbəyə, yaşadığı yerdən aslı
olmayaraq istədiyi tədris
müəssisəsində, istədiyi müəllimdən tədris almaq imkanı verir.
Bununla da təhsil alan ilə tədris keçən arasındakı intensiv əlaqənin imkanları, dərs
materiallarının individuallığı və tədrisin tempi bu cür tədris formasını təhsil sistemində yeni
keyfiyyətli mərhələyə gətirir.
Distant təhsil forması digərləri kimi tədris prosesində tahsil alanın
hərtərəfli praktik
təminatına imkan vermir. Bundan başqa distant təhsil formasında əyani təhsil formasındakı kimi
tadris alanın ixtisası üzrə praktika və labaratoriya işlərinin aparılması üçün imkanlar olmur. Heç
bir tədris materialı praktik tədrisi əvəz edə bilməz, əsasən də hesablamalar ilə bağlı olan
ixtisaslarda. Buradan da distant təhsil üçün müəyyən məhdudiyyətlər qarşıya çıxır:
O seçilmiş
ixtisas üzrə təhsil alanlar üçün proffesional sferada effektivdir.
Distant təhsilin daha inkşaf etmiş forması virtual universitetlərdir. Virtual universitet heç
bir tədris müəssisəsindən aslı olmayan sərbəst tədris müəssisəsidir. Virtual universitet öz tədris
xidmətlərini distant üsulla təklif edirlər. Bu cür tədsir mərkəzlərinin digər əyani formalardan
fərqi, onların tədris proqramları və kurslarının vəsaitlərinin olmaması, həmçinin tədris binasının,
yataqxanaların, otaqların, akt zallarının olmamasıdır. Bu cür
tədris müəssisələri kimi
aşağıdakıları göstərmək olar: Kanadiya Açıq
Universiteti, Hollandiya Açıq Universiteti, Fern
Universitet (Germaniya), Britaniya Açıq Universiteti.
Dostları ilə paylaş: