Ulduzvari topologiyalı lokal şəbəkələr Ulduzvari topologiyalı lokal şəbəkələr mərkəzi qovşaq üzərində qurulur. Hər bir kompyuter
mərkəzi qovşaq ilə ayrıca xətlə birləşdirilir. Kompyuterlər arasında informasiya mübadiləsi mərkəzi
qovşaq vasitəsi ilə həyata keçirilir.
Mərkəzi qovşaq kimi xab, kommutator və ya xüsusi server kompyuteri istifadə oluna bilər.
Ulduzvari topologiyalı lokal şəbəkələrin əsas üstün cəhətləri kompyuterlərarası mübadilənin sadə
olmasıdır. Bu şəbəkələrin çatışmayan cəhəti isə şəbəkənin etibarlılığının mərkəzi qovşağın
etibarlılığından çox asılı olmasıdır. Ulduzvari topologiyalı lokal şəbəkəyə nümunə olaraq Ethernet 10
BASE-4, 100 BASE-4 şəbəkələrini göstərmək olar. Burada 10 və100 - şəbəkənin sürətini (Mbit/san)
göstərir.
Praktikada digər topologiyalardan da (ağacvari, qarışıq) istifadə oluna bilər.
Bu və ya digər topologiyanın seçilməsi kompyuter şəbəkəsinin tətbiq sahəsindən, kompyuterlərin coğrafi
yerləşməsindən və bütövlükdə şəbəkənin ölçülərindən və s. asılıdır. Bundan əlavə, lokal şəbəkənin
topologiyasını seçərkən, qiymət, etibarlılıq və s. kimi vacib göstəricilərə də diqqət edilməlidir.
Lokal şəbəkələrdə istifadə olunan kabellər Lokal şəbəkələrdə aşağıdakı tip kabellər istifadə olunur:
Koaksial kabellər. Əsasən iki tip koaksial kabel istifadə olunur.
-
İncə koaksial kabel;
-
Qalın koaksial kabel.
Qlobal Ģəbəkələr . Ərazi kompyuter şəbəkələri də adlandırıla bilən qlobal şəbəkələr (Wide Area Networks, WAN) böyük
ərazilərdə - oblast, region, dövlətlər, bütün Yer kürəsində yayılmış çoxlu sayda abonentlərə xidmət etmək
üçün yaradılıb. Əlaqə kanallarının uzunluğunun böyük olmasına görə qlobal şəbəkələrin qurulması böyük
xərclər tələb edir, buraya kabellərin və onların çəkilmə işlərinin qiyməti, kommutasiya avadanlıqlarının
və kanalın lazımi keçirmə zolağını təmin edən aralıq gücləndirici qurğuların xərcləri, həmçinin böyük
ərazilərdə yayılmış şəbəkə qurğularının işçi vəziyyətdə saxlanması və istismarı xərcləri də daxildir.
Qlobal şəbəkələr adətən böyük telekommunikasiya şirkətləri tərəfindən abonentlərə pullu xidmət
etmək üçün yaradılır.
Qlobal şəbəkələrin qiymətinin baha olmasını nəzərə alaraq istənilən tip verilənləri: kompyuter
verilənlərini, telefon danışıqları, fakslar, teleqramlar, televiziya görüntüləri, teletekst (iki terminal
arasında verilənlərin ötürülməsi), videotekst (şəbəkədə saxlanılan verilənlərin öz terminalına götürmək)
və s. verilənləri ötürə bilən vahid qlobal şəbəkənin yaradılma tendensiyası meydana gəlmişdir. ISDN-
telekommunikasiya xidmətinin inteqrasiyası üçün ilk texnoloqiya 70-ci illərin əvəllərindən inkişaf etməyə
başlayıb. Hansı komponentlərin arendaya götürülməsindən asılı olaraq korporativ şəbəkələrdə aşağıdakı
əlaqə növlərindən istifadə olunur:
-ayrılmış kanallar;
-kanalların kommutasiyası;
-paketlərin kommutasiyası.