Müəyyən
predmet sahəsini əks etdirən, bir-biri ilə məntiqi qarşılıqlı əlaqədə olan,
normalaşdırılmış munasibətlərin məcmusu relyasiya verilənlər bazasını formalaşdırır. Relyasiya verilənlər
bazasının məntiqi təşkilinin təsviri onun quruluşunu müəyyən etməlidir.
Burada cədvəlin tərkibinin
müəyyən edilməsi və hər bir nisbətin quruluşunun təsvirinin verlməsi nəzərdə tutulur.
Müasir idarəetmənin ən vacib problemlərindən biri informasiya axınlarının səmərəli quruluşunun
yaradılması onların idarəetmə sistemində qərarların qəbul edildiyi səviyyələrə uyğun təşkil olunmasından
ibarətdir. Bu proseslərin yerinə yetirilməsində verilənlər bazasının idarəetmə sistemi mühüm rol oynayır.
Dostları ilə paylaş: