Qloballaşma istiqaməti götürən müasir dünyada hər bir ölkənin davamlı iqtisadi inkişafının



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə20/59
tarix28.01.2023
ölçüsü1,9 Mb.
#81337
1   ...   16   17   18   19   20   21   22   23   ...   59
Təlim prosesində İKT-dən istifadə (Mühazirələr)

Elektron poçt (E-mail ünvan) 
 
Elektron poçt (E-mail ünvan) internet şəbəkəyə qoşulmuş istifadəçilər arasında məsafədən 
əlaqələrin yaradılması üçün ən populyar elektron xidmət növüdür. Elektron poçt virtual təhsil 
iştirakçılarına mətn, qrafik, multimedia tipli audio/video tipli məlumatların çatdırılması üçün 
mükəmməl mübadilə vasitəsidir. Elektron poçt xidmətindən istifadə edən tədris iştirakçılarının iş 
yeri əsasən aşağıda göstərilən İKT avadanlığı ilə təmin olunması məqsədəuyğundur: 

Kompüter dəsti, Modem, Printer, Ckaner, Proyektor və müvafiq proqram təminatı. 
Elektron poçt xidmətindən istifadə edən tədris iştirakçısının vaxt baxımından asılılığı olmur. 
Yəni Elektron poçt istifadəçisi ona göndərilmiş informasiyanın məzmununa istədiyi vaxt baxa 
bilər. Bundan sonra istifadəçinin informasiyanı yadda saxlamaq, başqa birisinə ötürmək və ya 
silmək imkanları olacaqdır. Elektron poçt xidmətinin bu xüsussiyyətləri tədris prosesinin 
asinxron təşkili üçün gözəl imkanlar açır. Elektron poçt xidmətindən istifadə zamanı, 
istifadəçilər arasında məsafə rol oynamır. Materialların ötürülməsinin sürəti və keyfiyyətlə 


çatdırılması daha çox materialın həcmindən və internet şəbəkənin sürətindən aslı olur. Elektron 
poçt xidməti internet şəbəkənin dəstəkləndiyi müxtəlif üsullarla – peyk antennaları, kabellər, 
radio-rele stansiyaları və s. bu tipli yayım vasitələrinin köməyi ilə həyata keçirilə bilər. Elektron 
poçt xidmətinin didaktik xüsusiyyətlərinə aşağıdakılar aid edilə bilər: 

Bilavasitə kompüterin özündə hazırlanmış və ya fayl şəklində kompüterin yaddaşında 
saxlanılan informasiyanın mübadilə imkanları; 
Elektron poçt vasitəsilə qəbul olunmuş informasiyanını kompüterin yaddaşına yazılması, 
onun üzərində redaktə işlərinin aparılması imkanları və həmən informasiyanın digər E-
ünvanlara göndərilməsi imkanlarının olması; 

Daxil olan informasiyanın kompüterin monitorunda birbaşa canlandırılması imkanlarının 
olması; 
Elektron poçt xidməti didaktika baxımından virtual tədris qruplarının yaradılmasına və bu qrup 
üzvləri ilə asinxron informasiya mübadiləsinin aparılmasına geniş imkanlar açır. 
Elektron poçt vasitəsilə iri həçmli faylları, məlumatlar bazasını, elektron sənədləri ötürmək və 
qəbul etmək mümkündür. Kompüterdə işləmək üçün bir neçə sadə komandanı bilən hər kəs 
internetin bu ən populyar xidmətindən istifadə edə bilər. Həm öyrədənlər, həm də öyrənənlər 
üçün Elektron poçt xidməti dərslərə daha yaxşı hazırlaşmağa, bu məqsədlə digər tədris 
iştirakçıları ilə müzakirələr aparmağa və qərarlar verməyə, verilmiş qərarların icrasını nəzarətdə 
saxlamağa, eyni zamanda FTP serverlərdə saxlanılan informasiyanın axtarılıb tapılmasına yaxşı 
şərait yaradır. Elektron poçt xidmətininin köməyi ilə uzaq məsafədə yerləşən mühazirəçilərin 
mühazirə mətnlərini əldə etmək, bu mühazirələrdə canlı olaraq iştirak etmək, seminar və 
məğqələ dərslərinə qatılmaq və s. olar.

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin