Təhsildə istifadə olunan ĠKT avadanlığının
didaktik xüsusiyyətləri və funksiyaları.
IKT-nin sürətli inkişafı, onun cəmiyyətin bütün fəaliyyət sahələrinə və proseslərə güclü
müdaxiləsini təmin edir. Buna görə də yeni şəraitdə cəmiyyətin hərtərəfli və dinamik inkişafının
təmin olunması üçün ən yaxşı vasitə kimi İKT çıxış edir. Aydındır ki, ölkələrin
rəqabətədavamliqtisadiyyatlarının təminatı, həmin ölkələrin təhsil sistemlərinin işindən birbaşa
aslıdır. Odur ki, təhsil sistemində də işlərin səmərəli təşkili üçün buraya yeni texnologiyaların,
innovasiyaların tətbiqinə geniş yer ayrılmalıdır. Bu baxımdan İKT avadanlığının təhsilə tətbiqi
mühüm rol oynayır və bu yöndə aşağıda göstərilən perspektivləri açır:
1. Audio-video dərsliklərdən geniş istifadə etməklə multimedia tədris materiallarının uzaq
məsafələrə ötürülməsi və qəbul edilməsi imkanları;
2. Təhsilin bütün mərhələləri üçün kompüter texnologiyalarına əsaslanan kəsilməz və
fasiləsiz tədris mühitinin formalaşdırılması;
3. Öyrənənin şəxsi yaradıcılıq imkanlarına müvafiq təlim metodikasının, onun növünün
seçilməsində sərbəstliyin artması;
4. Təhsil sisteminin İKT-yə əsaslanan elmi-metodiki bazasının yaradılması;
5. Açiq təhsil sisteminin reallaşdırılması üçün imkanların artması.
Göstərilənlərin həyata keçirilməsi məqsədi ilə təhsil sistemində telekommunikasiya sisteminin
imkanlarından da geniş istifadə olunur.
ĠNTERNET ġƏBƏKƏNIN
ƏSAS DIDAKTIK XÜSUSIYYƏTLƏRI VƏ FUNKSIYALARI
Qlobal internet şəbəkəsinin imkanlarından tədrisdə istifadə olunması yeni texnologiyaların
tədrisə tətbiqi baxımından böyük imkanlar açır və bu imkanlar internet şəbəkənin əsasən aşağıda
göstərilən baza didaktik xüsusiyyətlərini təşkil edir:
-
Məlumatların uzaq məsafələrə yüksək sürətlə ötürülməsi imkanları;
-
İnteraktivliyi təmin edən telekomunikasiya sistemlərinin çoxtərəfli mübadilə imkanları
(məsafədən aktiv/interaktiv);
-
Multimedia proqramları və hipermətnlərlə işləmə imkanlarının geniş olması;
-
Mürəkkəb strukturlu informasiya mənbələrindən istifadə etmək imkanlarının geniş
olması.
İnternet şəbəkədə bu və ya digər didaktik imkanların reallaşdırılması məqsədilə yaradılmış
xidmətlərlə tanış olaq:
Dostları ilə paylaş: