İstifadəçi tərəfindən praktiki işlər üçün verilənlər bazasını idarəetmə sisteminin seçilməsi bir sıra
amillərlə bağlıdır:
- mövcud texniki və baza proqram təminati, onların konfiqurasiyası, əməli və disk yaddaşı;
- istifadəçi əlavələrinin işlənib hazırlanmasına tələbat;
- verilənlər modelinin növü;
- predmet sahəsinin xüsusiyyətləri;
- informasiya məntiqi modelinin quruluşu;
- verilənlər bazasını idarəetmə sistemində zəruri funksional vasitələrin olması;
- istifadəçinin ixtisas səviyyəsi və verilənlər bazasının idarəetmə sistemində verilənlər bazası ilə
istifadəçi arasında dialoq vasitələrinin olması.
Verilənlər bazasımn idarəetmə sistemi tətbiqi proqramlar paketi
şəklində göndərilən proqram
məhsullarından ibarət olmaqla kompyuterə quraşdırılır. Verilənlər bazasının idarəetmə sistemi
kompyuterə quraşdırıldıqdan sonra verilənlər bazasının yaradılması həyata keçirilir. Qeyd etmək lazımdır
ki, fərdi kompyuterlər üçün müasir verilənlər bazasının idarəetmə sistemi yüksək üstünlüyə malikdir. Bu
imkan
verir ki, sistemin istifadəçi üçün işlənib hazırlanmasının ilkin mərhələsində verilənlər bazasının
ayrı-ayrı hissələrinin yaradılmasma başlanılsın. Məlumatlar bazasının bu cür işlənib hazırlanması tədricən
onun genişləndirilməsinə və modifikasiyasına əlverişli şərait yaradır. Beləliklə, istifadəçi tərəfindən işin
texnologiyasının mənimsənilməsi sürətlənir, verilənlər bazasının idarəetmə sisteminin imkanlarının
öyrənilməsi və mərhələlərlə tətbiqi asanlaşır.
Dostları ilə paylaş: