başlığına ötürür. Qrafiki printerlərdə məlumat simvollar şəklində deyil, ayrı-ayrı nöqtələr
şəklində çıxışa ötürülür.
Müasir çap qurğuları əsasən laser texnologiyası üzərində qurulan printerlərdir. Bu
printerlərin keyfiyyət göstəriciləri daha yüksək olur.
Bundan əlavə şırnaqlı printerlər də geniş yayılmışlar. Bu printerlər əsasən rəngli
təsvirlərin kagız üzərinə köçürülməsi üçün daha əlverişlidirlər.
-
Skaner: Fərdi kompüterin xarici qurğusu olub kağız üzərində olan mətn, şəkil və digər
bu tipli məlumatları kompüterə daxil etmək üçündür
;
-
Mikrofon: Səsin elektrik siqnallarına çevrilməsini təmin edən giriş qurgusudur.
Mikrofonun köməyi ilə audio məlumat kompütə daxil edilir.
-
Veb kamera: video informasiyanı kompüterə daxil edən giriş qurgusudur.
-
Multimedia qurğuları: Kompüterdə mətnin, səsin, şəkilin və dinamik dəyişən
görüntülərin birgə emal edilməsini təmin edən qurğulardır. Bu qurğular özündə
mikrofonu, veb kameranı, səs kolonkasını və səs kartını birləşdirir. Səs kartından audio-
video informasiyanı ikili rəqəm koduna çevirmək və əksinə əməliyyatı yerinə yetirmək
məqsədilə istifadə olunur. Bu qurğulardan ilə komputer şəbəkələrində və avtonom olaraq
audio-video konfransların təşkili üçün istifadə olunur.
-
Modem (modulyator, demodulyator): Məlumatları əlaqə kanallarının (telefon xətləri,
radio kanalları və s.) köməyi ilə ötürmək və qəbul etmək üçün istifadə olunan qurğudur.
Konstruktiv olaraq modemlər 2 formada olur: Daxili və xarici. Daxili modemlər
kompüterin ana platası üzərində qurulur. Xarici modemlər isə ardıcıl COM və ya USB
portlarla system blokuna goşulur. Modem qurğusunun köməyi ilə kompüterlər
Beynəlxalq komputer şəbəkəsinə - İNTERNETə qoşulur.
-
Dostları ilə paylaş: