2.6.
Təhsil müəssisələrinin
geniĢzolaqlı Ġnternet bağlantısı ilə təmin olunması
Tədris müəssisələrinin genişzolaqli İnternet/İntranet bağlantısının təşkili;
Hər bir müəssisənin elektron məlumat bazasının – təhsil portalının hazırlanması və bütün
struktur bölmələrin fəaliyyətinin portalda işıqlandırılması;
elektron tədris vəsaitlərinin şəbəkə variantlarının yaradılması və açıq istifadə üçün
yerləşdirilməsi;
və s.
2.7. Təhsilin informasiyalaĢdırılmasında informasiya təhlükəsizliyinin təmin olunması
İKT-nin sürətli inkişafı yeni imkanlar açmaqla yanaşı, həm də bir sıra problemlər yaradır. Təhsil
sistemində bu, daha çox öyrənənlərin informasiya təhlükəsizliyinin təmin olunması ilə bağlıdır.
Yeni informasiya mənbələrinə daxil olan istifadəçilər daha çox aşağıdakı
təsirlərə məruz
qalırlar:
Psixiki-bioloji – uşaqlara mənfi psixoloji və fiziki təsir göstərən;
Mədəni – uşaqların milli və mədəni özgürlüyünə təhdid yaradan;
Sosial-iqtisadi – keyfiyyətli təhsil almaq imkanının bərabərsizliyini artıran.
Ziyanlı məzmuna malik müxtəlif informasiyadan nəzarətsiz və başqasının
intellektual
mülkiyyətindən icazəsiz istifadənin (plagiatlıq) ziyanlı təsirləri nəzərə alınmalıdır.
Bütün bu təsirlərin aradan qaldırılması üçün aşağıdakılar gerçəkləşdirilməlidir:
İnformasiya təhlükəsizliyi məsələləri bütün elmi-texniki
proqramlarda və təhsilin
informasiyalaşdırılma layihələrində və proqramlarında nəzərə alınmalıdır;
İnformasiya təhlükəsizliyinin bütün istiqamətləri üzrə (təşkilati,
normativ və texniki-
texnoloji ) zəruri sənədlər hazırlanmalıdır;
İKT-dən istifadə ilə bağlı təhlükəsizlik
məsələləri müəllimlərə, məktəblilərə,
valideynlərə, təhsil sisteminin rəhbərlərinə və ictimaiyyətə çatdırılmalıdır;
Uşaqlarda müəllif hüququna və özgəsinin intellektual
mülkiyyətinə hörmət hissi
aşılanmalıdır;
İnformasiya texnologiyalarının uşaqlara təsirləri ilə bağlı
mövcud xarici təcrübə
öyrənilməli və müvafiq tədqiqatlar aparılmalıdır.
Dostları ilə paylaş: