Qloballaşma istiqaməti götürən müasir dünyada hər bir ölkənin davamlı iqtisadi inkişafının


 ĠKT ehtiyacları üçün pedaqoji, inzibati və texniki kadrların



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə5/59
tarix28.01.2023
ölçüsü1,9 Mb.
#81337
1   2   3   4   5   6   7   8   9   ...   59
Təlim prosesində İKT-dən istifadə (Mühazirələr)

 
2.3. ĠKT ehtiyacları üçün pedaqoji, inzibati və texniki kadrların
hazırlanması və təkmilləĢdirilməsi 
 
İKT 
yönümlü 
innovasiyaların 
təhsil 
prosesinə 
inteqrasiyası, 
tədris
prosesinin 
informasiyalaşdırılması bütün təhsil işçilərindən yeni keyfiyyətlərin mənimsənilməsini tələb 
edir. Kadrların İKT üzrə hazırlığının təkmilləşdirilməsi məqsədilə aşağıdakı tədbirlərin ardıcıl 
həyata keçirilməsi vacibdir: 
Təhsil müəssisələri üçün pedaqoji və inzibati kadrların hazırlanması qarşıya qoyulan bir-neçə 
qlobal vəzifənin – təhsilin informasiyalaşdırılması, onun informasiya cəmiyyətinin tələblərinə 
uyğunlaşdırılması, dünya təhsil sisteminə inteqrasiya olunması kimi vəzifələrin öhdəsindən gələ 
biləcək kadrlarla təmin olunmasını vacib edir. Bu məqsədlə həyata keşirilməsi nəzərdə tutulan 
tədbirlər üçün xüsusi sistem yaradılmalı və o, inqilabi xarakter daşımamalıdır. İlkin mərhələdə 
təhsil prosesi iştirakçılarının İKT sahəsində bilik və bacarıqlarının inkişafına nail olunmalıdır. 


Müxtəlif kateqoriyalı təhsil işçilərinin (məktəbəqədər tərbiyə müəssisələrindən tutmuş, ibtidai 
sinif, fənn müəllimləri, müəssisə rəhbərliyi) İKT savadının artırılması üçün müvafiq 
proqramlarlar hazırlanmalı və onların yerinə yetirilməsinə xüsusi fikir verilməlidir. Qarşıya 
qoyulan vəzifə təkcə İKT avadanlıqlarının mənimsənilməsi ilə bitməməlidir. Müasir öyrədən 
İKT-ni bilməklə yanaşı onun tədrisə tətbiqi imkanlarını və metodlarını da mənimsəməlidir. 
Təhsil sistemi işçilərinin İKT sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün
idarəetmə və metodiki təminat sisteminin yaradılması. Müxtəlif kateqoriyalı təhsil işçilərinin 
(ibtidai sinif müəllimləri, fənn müəllimləri, məktəb rəhbərliyi) İKT savadının artırılması üçün 
müvafiq proqramların hazırlanması. Fənn müəllimlərinin təkmilləşdirilməsi yalnız İKT 
avadanlığından istifadə edilməsinin öyrədilməsi ilə məhdudlaşmamalı, mövcud resursların tədris
prosesinə inteqrasiyası üçün praktiki vərdişlərin də aşılanmasına diqqət yetirilməlidir. Bu zaman 
İKT üzrə lazımi hazırlıq səviyyəsinə malik informatika müəllimlərinin öz məktəblərində digər 
fənn müəllimləri üçün müvafiq kompüter savadlılığı kursları keçirməsinin təşkili yaxşı 
nəticələrin əldə olunmasına kömək edə bilər. Öz işində İKT-dən istifadə edən fənn
müəllimlərinin və informatika müəllimlərinin əməyinin yetərincə qiymətləndirilməsinə, onların 
fəaliyyətinin stimullaşdırılmasına ciddi fikir verilməlidir. Bunlardan əlavə, aşağıda göstərilən 
tədbirlərin də həyata keçirilməsi İKT-nin təhsilə tətbiqi sahəsində müəyyən nailiyyətlərin əldə 
olunmasına yaxşı zəmin yarada bilər: 

fənn müəllimləri arasında müxtəlif müsabiqə və yarışların keçirilərək nəticələrin 
stimullaşdırma və motivasiya tədbirlərində nəzərə alınması; 

informatika müəllimlərinin təkmilləşdirilməsi üçün daha çevik proqramların hazır-
lanması;

təkmilləşdirmə prosesini sürətləndirmək üçün təcrübə mərkəzlərinin və rəhbərlərinin, 
eləcə də müvafiq proqramların hazırlanması; 

regionlarda təhsil işçilərinin İKT biliklərinə və bacarıqlarına yiyələnmələri və 
təkmilləşdirilməsi üçün müvafiq qurumların – informasiya-metodiki mərkəzlərinin yara-
dılması;

təhsil işçilərinin İKT sahəsində təkmilləşdirilməsi prosesində müntəzəmliyin və 
sistemliliyin təmin olunması; 

ali, orta ixtisas və texniki peşə təhsili sistemində təhsilin informasiyalaşdırılması ilə 
bağlı yeni ixtisasların daxil edilməsi.

və s. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin