İKT-nin təhsilin müxtəlif sahələrində tətbiqinin nəzəri-metodoloji və tətbiqi aspektlərinin
hazırlanması aşağıdakıları nəzərdə tutur:
Kompüter siniflərinin, proqram təminatının, şəbəkələrin və idarəetmə sistemlərinin ən
optimal konfiqurasiyalarının hazırlanması;
İKT-nin təhsildə tətbiqinin yeni, daha effektiv variantlarının hazırlanması;
Müxtəlif informasiya sistemlərinin, məsafədən təhsil və multimedia vasitələrinin tətbiqi
ilə bağlı meydana çıxan yeni nəzəri məsələlərin öyrənilməsi;
Kadrların yenidən hazırlanması sahəsində İKT nəzəriyyəsinin və yeni şəraitdə istifadə
metodologiyasının hazırlanması;
Təhsilin müxtəlif sahələrində yerli və qlobal şəbəkələrin effektiv tətbiqinin elmi
əsaslarının hazırlanması;
Təhsildə İKT-nin tətbiqinin gedişi ilə bağlı elmi-praktik konfransların keçirilməsi;
Təhsil sisteminin informasiyalaşdırılması problemləri ilə məşğul olan elmi-tədqiqat
mərkəzinin yaradılması;
Təhsil sisteminin informasiyalaşdırılması üzrə elmi-pedaqoji jurnalın təsis edilməsi;
Təhsil sisteminin informasiyalaşdırılması üzrə xarici elmi-pedaqoji və metodiki
ədəbiyyatın tərcümə və çap olunması.
2.9. Təhsilin informasiyalaĢdırılması sahəsində hüquqi normativ bazanın yaradılması
Mövcud təhsil qanunvericiliyinin təhsildə İKT-nin tətbiqi ilə bağlı tədris və təhsil
prosesinin bütün sahələrində yaranan münasibətlərin tənzimlənməsinə uyğunlaşdırılması;
İKT-nin tətbiqi ilə bağlı təhsil standartlarının təkmilləşdirilməsi, müxtəlif fənlərin
tədrisində İKT-nin tətbiqinə yönəlmiş müddəaların öz əksini tapması;
Məktəblərə verilən avadanlığın və proqram texniki-təminatın standartlarının hazırlanması;
İKT avadanlığından və İnternetdən məktəbdə istifadə üzrə sanitar-gigiyenik qaydaların
və normaların hazırlanması;
Təhsilin informasiyalaşdırılmasının tədqiq edilməsi üçün Monitorinq Sisteminin və onun
elmi-metodiki təminatının hazırlanması;
Məktəblərə verilən kompüter siniflərinə və proqram təminatına qoyulan tələblərin
hazırlanması.
Dostları ilə paylaş: