Qrup: 131f fənn



Yüklə 384,54 Kb.
səhifə6/7
tarix29.11.2022
ölçüsü384,54 Kb.
#71239
1   2   3   4   5   6   7
Sərbəst İş Nigar -Cəmiyyətin maddi həyatı və onu təşkil edən struktur elementləri

İncəsənət. İncəsənət ictimai şüur forması olub, həm də dünyanın mənəvi-praktiki dərk olunmasının xüsusi tipidir.
İctimai şüur formalarının hər biri ətraf aləmi özünəməxsus üsullarla, (elm - anlayışlar, kateqoriyalar vasitəsilə, hüquq - qanunlarla, əxlaq - davranış normaları ilə və s.) əks etdirir. İncəsənət isə insan şüurunda gerçəkliyin bədii surətlər vasitəsi ilə inikası formasıdır.
Dini şüur. Öz mənşəyinə görə ən qədim şüur formalarından biri olan din cəmiyyətin lap ibtidai pillələrində meydana gəlmişdir. Dinin mahiyyətini və meydana gəlmə səbəblərini cəmiyyətin və təbiətin qarşılıqlı əlaqəsini analiz etmədən açmaq olmaz.

İbtidai insanların təbiət qüvvələri qarşısındakı acizliyi, onlara tə'sir etmək imkanının məhdudluğu dini şüurun meydana gəlməsi üçün əsas şərtlərdən olmuşdur.
Dini şüur, dini etiqadlara əsaslanır. Dini etiqad öz əsas aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunur: dini təsəvvürlər; dini hisslər; ayin və mərasimlər. Din öz göstərişlərini Allahın adı ilə əbədiləşdirən ideoloji vasitəyə çevrilir. Fəlsəfə, əxlaq, incəsənət, hüquq da bu ideoloji təsir dairəsindən kənarda qalmır.
Fəlsəfi şüur. Fəlsəfi şüur da başqa şüur formaları kimi ictimai münasibətlərlə əlaqədardır. Bu əlaqə vasitəli xarakter daşıdığı üçün adətən o, hər hansı münasibətlər sisteminə bilavasitə aid edilmir. Fəlsəfi şüurun ictimai münasibətlərlə əlaqəsi dini və estetik şüurun əlaqəsi kimidir. Əxlaq, siyasi və hüquqi şüur bilavasitə insanlar arasındakı münasibətlərin nəticəsi olduğu halda, fəlsəfi şüur onlardan fərqli olaraq, gerçəkliklə və insanlar arasında mövcud münasibətlərlə genetik, funksional surətdə əlaqədardır. Fəlsəfə digər ictimai şüur formalarının təşəkkül tapmasının və inkişafının mexanizmini izah edir.
Nəticə:
İctimai şüur uzun bir tarixi inkişaf prosesinin məhsuludur. Belə ki, ictimai şüurun inkişafında bütün ictimai-siyasi hadisələr – sosial sarsıntılar, milli mübarizə motivləri öz izini qoyur. Bunun ən bariz nümunəsi erməni qəsbkarlarının torpaqlarımızı işğal etməsi nəticəsində təbiətə vurulan ziyanlar, milli və ekoloji şüurun inkişaf etdirilməsini tələb edir. Burada milli mənlik şüurunun inkişafı böyük rol oynayır. Milli mənlik milli şüurun bir komponentidir. Milli mənliyin əsasını insanın – hər bir fərdin mənsub olduğu millət və ya xalqın onu əhatə edən sosial həyatın bütün sahələrinə bəslədiyi subyektiv əqidəsi təşkil edir. Milli mənliyə vətəni sevmək, doğma yurda məhəbbət bəsləmək, təbii sərvətləri qorumaq və s. ilə bağlı olan sosial keyfiyyətlər daxildir. Milli mənlik şüuru sayəsində millət xalq və etnik qrup maddi və mənəvi sərvətlərinin tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətlərini bütün dolğunluğu ilə dərk edir, bunlarla bağlı bu və ya digər hadisəyə öz münasibətini bildirir. Milli mənlik şüuru vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşında olmalıdır. Milli mənlik şüuru ictimai şüurdan kənarda mövcud ola bilməz. O, şüurun daxilində yüksək səviyyədə çıxış edir. Mənlik şüuru insanın özünün fikir və hisslərinin, mənafe və məqsədlərinin öyrənilməsinə yönəlir. Bu halda insanın daxili aləmi şüurun obyekti kimi çıxış edir. Mənlik şüuru hər bir şəxsin daxili xarakterini, insanlara, cəmiyyətə olan münasibətini bildirir. Sosial şəratidən asılı olaraq mənlik şüuru dəyişir, insanın öz hərəkət və davranışını sərbəst surətdə seçir, başqaları qarşısında məsuliyyət daşıdığını dərk edir. Mənlik şüuru olan insan özünü təhlil və özünümühakimə qabiliyyətinə malik olur. Beləliklə, qeyd etmək lazımdır ki, milli şüur, milli hisslər, milli mənlik şüuru ekoloji şüurun yaranmasına, millətin özünü dərk etməsi prosesinə təsir edir və cəmiyyətdə öz mövqeyinin möhkəmlənməsinə kömək edir.

Yüklə 384,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin