Qrup: 221 Fakültə



Yüklə 183,55 Kb.
səhifə1/2
tarix27.04.2023
ölçüsü183,55 Kb.
#103552
  1   2
Analitik qruplaşdırmanın təşkili və aparılması




Qrup: 221
Fakültə: Biznes və Menecment
Tələbə: Nuray Fərzəliyeva
Müəllim: Dos.Cavadov Ramiz
Topic: Analitik qruplaşdırmanın təşkili və aparılması


Plan

  • Statistika məlumatlarının qruplaşdırılması haqqında anlayış

  • Statistika qruplaşdırmasının növləri

  • Analitik qruplaşdırma

  • Nəticə

  • Ədəbiyyat



Statistika məlumatlarının qruplaşdırılması haqqında anlayış
Statistika materiallarının yekunlaşdırılmasında (sözün geniş mənasında) qruplaşdırma mühüm yer tutur. Statistika məlumatının sadəcə yekunlaşdırılması ilə kifayətlənmək olmaz.
Sosial-iqtisadi hadisələri dərk ediləcək şəklə salmaq üçün onları keyfiyyətcə yekcins qruplara ayırmaq lazımdır. Sosial-iqtisadi hadisə vahidlərinin mühüm əlamətlər üzrə yekcins qruplara ayrılmasına statistikada qruplaşdırma deyilir.
Qruplaşdırma kütləvi statistika məlumatının işlənilməsinin və təhlilinin elmi əsasını təşkil edir. Məlumdur ki, sosial-iqtisadi hadisələr, əsasən, keyfiyyətcə müxtəlif olan bir çox vahidlərdən ibarətdir. Həmin vahidləri müəyyən əlamətlər üzrə yekcins qruplara ayırmadan sosial-iqtisadi hadisələri dərk etmək çətindir, bəzi halda isə mümkün deyildir. Məsələn, əhalinin siyahıyaalınmasında əhali haqqında bir çox əlamətlər üzrə məlumat toplanır, əhalinin ümumi sayını sadəcə olaraq müəyyən etsək, bu əhalini hərtərəfli xarakterizə etmək üçün heç də kifayət etməz. Əhalini hərtərəfli xarakterizə etmək üçün onun ümumi sayını müəyyən etməklə bərabər, cinsi, ictimai qrupları, yaş qrupları, məşğuliyyəti, təhsili, şəhər və kənd əhalisi haqqında məlumat əldə etmək lazımdır. Bütün bunlar haqqında məlumat əhalinin həmin əlamətlər üzrə qruplaşdırılması nəticəsində əldə edilir.
Sosial-iqtisadi hadisələrin öyrənilməsində qruplaşdırmanın rolu çoxdan məlumdur. Hələ XIX əsrdə məşhur rus statistiki D.P.Juravski qruplaşdırma üsuluna böyük əhəmiyyət vermişdir. O, qruplaşdırmanın, yaxud vahidlərin kateqoriyalar üzrə hesaba alınmasını statistikanın əsas vəzifəsi hesab edirdi.
Rus statistikasının inkişafında böyük rolu olmuş E.Y.Yanson statistikanı sosial qruplar haqqında elm adlandırırdı. Qruplaşdırma statistika elminin əsas məsələsidir. Ona görə qruplaşdırma haqqında təkcə statistiklər deyil, həmçinin iqtisadçılar öz fikirlərini deməlidirlər. Elmi qruplaşdırma haqqında statistiklərlə bərabər, bütün iqtisadçılar danışmalıdır.
Bazar münasibətləri şəraitində statistika materiallarının qruplaşdırılmasının əhəmiyyəti daha da artmışdır. Ancaq qruplaşdırma metodunu geniş miqyasda tətbiq etmək nəticəsində sosial-iqtisadi hadisələrin tərkibində, quruluşunda baş vermiş və baş verə biləcək dəyişilikləri müəyyən etmək mümkündür.

Yüklə 183,55 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin