ATU-nun REKTORLUĞU
VƏ HƏMKARLAR İTTİFAQI
KOMİTƏSİ
ATU-nun ağız və üz-çənə
cərrahiyyəsi kafedrasının müdiri,
tibb elmləri doktoru, professor Çin-
giz Rəhim oğlu Rəhimov ömrünün
60-cı ilinə qədəm qoyur.
Professor Ç.Rəhimov 1956-cı il
yanvar ayının 6-da Bakı şəhərində
həkim ailəsində anadan olub.
Atası akademik Rəhim Rəhimov
Azərbaycan səhiyyəsinin tanınmış
simalarından, həmçinin dünyanın
bir çox ölkələrində elmi əsərləri ilə
tanınan ziyalılarımızdandır. Anası
Şükufə xanım Elmi Tədqiqat Göz
Xəstəlikləri İnstitutunun aparıcı
mütəxəssislərindən biri olmuşdur.
Professor Çingiz Rəhimov belə bir
ailədə böyüməklə həm tələbəlik
illərində, həm də universitetdən
sonrakı dövrdə praktiki fəaliyyətlə
yanaşı elmə böyük həvəs göstərmişdir.
Elə bu həvəslə də təyinatı üzrə
Naxçıvan şəhərində cərrah stoma-
toloq işləyən Çingiz müəllim elmi
fəaliyyət üçün o dövrdə dünyanın
aparıcı onkoloji elmi mərkəzlərindən
hesab olunan Ümumittifaq Onkoloji
Elmi Mərkəzinin baş-boyun şişləri
ixtisası üzrə aspiranturasına daxil
olmuşdur. Aspiranturanı 1984–cü
ildə müvəffəqiyyətlə bitirərək disser-
tasiya müdafiə etmiş və tibb elmləri
namizədi alimlik dərəcəsini almışdır.
Çingiz müəllim özünə qarşı çox
tələbkar və daim öz üzərində çalıan bir
mütəxəssisdir. Bu məqsədlə də o, elmi
fəaliyyətini davam etdirmiş və 1992-
ci ildə Moskva şəhərində doktorluq
dissertasiyasını müdafiə etmiş və tibb
elmləri doktoru alimlik dərəcəsini
almışdır.
Ölkəmizin müstəqilliyinin ilk
illərində Çingiz müəllim Vətənini,
xalqını sevən bir vətənpərvər kimi
öz elmi-ictimai-pedaqoji fəaliyyətini
müstəqil, doğma Azərbaycanla
bağlamış, ATU-nun ağız və üz-çənə
cərrahiyyəsi kafedrasında professor
olaraq çalışmağa bağlamışdır. Bu illər
ərzində professor Çingiz Rəhimov
Azərbaycan səhiyyəsi, eləcə də ağız
və üz-çənə cərrahiyyəsi üzrə bir çox
yeniliklərə imza atmışdır. Dəfələrlə
dünyanın bir çox ölkələrində
mötəbər konfranslarda Azərbaycanı
layiqincə təmsil etmişdir. Qeyd
edə bilərik ki, Azərbaycan ağız və
üz-çənə cərrahiyyəsinin bugünkü
dinamik inkişafı, beynəlxalq
səviyyəyə uyğun olması məhz Çin-
giz müəllimin böyük əməyi, gənc
kadrların yetişdirilməsində sərf et-
diyi təmənnasız zəhmətin hesabına
olmuşdur. Çingiz müəllimin rəhbərliyi
altında 10 elmlər namizədi dərəcəsi
müdafiə edilmişdir. Hal hazırda da
onun rəhbərliyi ilə kafedrada 5 tibb
üzrə fəlsəfə doktoru və 1 tibb elmlər
doktoru işi yerinə yetirilməkdədir.
Çingiz müəllimi kollektivə, tələbələrə,
yetirmələrinə sevdirən ən əsas
xüsusiyyətlərindən biri də tələbkarlığı
ilə yanaşı sadəliyi, gülərüzlüyü və
yüksək mədəni keyfiyyətlərə malık
olmasıdır. Kollektivə rəhbərlik etdiyi
müddətdə hər kəs Çingiz müəllimi
özünə yaxın məsləhətçi və dost
qəbul etmişdir. Elə bu səbəbdən də
Çingiz müəllim çox nadir hallarda
öz otağında tək olur və əksər vaxt-
larda onu kafedranın əməkdaşları
əhatə edir. Bu da səmimiliyin yüksək
göstəricisidir.
Anadan olmasının 60 illiyi
münasibəti ilə sevimli və hörmətli
Çingiz müəllimimizi səmimi qəlbdən
təbrik edir, ona həmişə gümrah və ca-
van görünməyi, cansağlığı, yeni-yeni
uğurlara imza atmağı arzulayıram.
Dostları ilə paylaş: |