Qış semestr imtahan larına start verilib 20 yanvar faciƏSİ tariXİMİZİn qürur səHİFƏSİDİR



Yüklə 10,61 Mb.
Pdf görüntüsü
səhifə14/24
tarix02.01.2022
ölçüsü10,61 Mb.
#1927
1   ...   10   11   12   13   14   15   16   17   ...   24
“Tibb qəzeti”nin 25 yaşı 

tamam olur 

Bu günlərdə, görkəmli Azərbay-

can pediatrı, tibb elmləri doktoru

professor Nəsibə Ağa İsmayıl qızı 

Hüseynovanın 90-illik yubileyidir. 

1948-ci ildə Moskva şəhərinin 

N. İ. Piroqov adına Tibb İnstitutunu 

bitirmişdir. Həmin ildən Azərbaycan 

Dövlət Tibb İnstitutunun uşaq 

xəstəliklərinin propedevtikası 

kafedrasının kliniki ordinatoru 

vəzifəsində çalışmışdır. 1950-1951-

ci illərdə Laçın şəhərindəki qadın 

və uşaq məsləhətxanasının müdiri, 

1951-1954-cü illərdə SSRİ-in Tibb 

Elmləri Akademiyasının Pedi-

atriya İnstitutunda aspirant olmuş, 

namizədlik dissertasiyasını müdafiə 

etmişdir.

1955-1959-cu illərdə Ana 

və Uşaqların Mühafizəsi Elmi-

Tədqiqat İnstitutunda baş elmi işçi

şöbə müdiri işləmişdir. 1959-cu 

ildən ATİ-nun hospital pediatriya 

kafedrasının dosentidir.

1959-1961-ci illərdə SSRİ dövləti 

tərəfindən İraqa ezam olunmuş və 

orada müharibə şəraitində səhiyyə 

müşaviri işləmişdir. Bu şərəfli 

həkim işinə görə N. Hüseynova İraq 

höküməti və Azərbaycan SSR-nın 

Səhiyyə Nazirliyi tərəfindən dəfələrlə 

Fəxri fərmanla təltif olunmuşdur. 

N.Hüseynova 1969-cu ildən 

doktorluq dissertasiyasını müda-

fiə edərək hospital pediatriya 

kafedrasının professor vəzifəsinə 

keçmişdir. 1970-1992-ci illərdə 

ATİ-nun müalicə-profilaktika 

fakültəsinin uşaq xəstəlikləri 

kafedrasının müdiri olmuşdur

1992-ci ildən hal-hazıradək həmin 

kafedranın professor vəzifəsində 

çalışır. 

1971-1976-cı illərdə Bakı şəhə-

rində baş pediator, 1970-1991-ci 

illərdə Səhiyyə Nazirliyinin IV Baş 

İdarəsinin baş pediatoru olmuşdur. 

1976-cı ildən hal-hazıra qədər 

Azərbaycan Respublikası Səhiyyə 

Nazirliyinin baş uşaq qastroenter-

oloqudur. 

1982-ci ildə professor 

N.Hüsey nova 17 saylı uşaq şəhər 

poliklinikasının bazasında res pub-

lika uşaq qastroenteroloji mər-

kəzinin yaradıcısı olmuş və uzun 

illər bu mərkəzdə elmi rəhbər kimi 

işləyərək, Azərbaycanın bütün regi-

onlarından mədə-bağırsaq problem-

li uşaqlara yardım etmişdir. 

Professor Nəsibə Hüseyno-

va əsasən, uşaqların qidalanması 

problemlərinə dair tədqiqatlar 

aparmışdır, elmi rəhbər kimi 6 tibb 

elmləri namizədi hazırlamışdır, 300-

dən artıq elmi məqalənin və meto-

diki tövsiyələrin müəllifidir, 2013-

cü ildə “Uşaq qastroenterologiya” 

dərsliyi, 2014-cü ildə isə “Pediatri-

yada dietoterapiya” dərs vəsaitini 

buraxmışdır.

Professor Nəsibə Hüseyno-

va 1984-cü ildə “Səhiyyə əlaçısı” 

nişanı ilə, 1986-cı ildə “Əmək 

Veteranı” medalı, 1990-cı ildə isə 

Azərbaycanın Əməkdar Həkimi 

fəxri adı ilə təltif olunmuşdur.

20 sentyabr 2010-cu il tarixində 

Azərbaycanda tibb təhsilinin və el-

minin inkişafındakı xidmətlərinə 

görə Azərbaycan Respublikası Pre-

zidenti İlham Əliyevin Sərəncamı ilə 

“Tərəqqi” medalı ilə təltif edilmişdir.

Azərbaycan Tibb Univer-

sitetinin rəhbərliyi professor Nəsibə 

Hüseynovanı 90 illik yubileyi 

münasibətilə səmimi qəlbdən təbrik 

edir, ona uzun ömür, can sağlığı və 

uzun müddətli aktiv həyat arzulayır.

 


Yüklə 10,61 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin