böyük rolu olmuşdur.
Şəhərin Seyidlər məhəlləsində yerləşən, müxtəlif dərman və
preparatlar saxlamaqdan ötrü anbar kimi istifadə edilən
müqəddəs məscidimizdən bəlkə
də indiki nəslin
nümayəndələrinin xəbəri yoxdur, yaxud da binanın vaxtı ilə
Allah evi olmasını heç ağıllarına belə gətirmirlər. Çünki
məscidin fəaliyyəti 1929-30-cu illərdən dayandırılmışdır.
Hündür və əzəmətli görünən məscidin minarəsi sökülmüşdür.
Çöl divarında, mehrabın üstündə ərəb dilində olan kitabə
məscidin kim tərəfindən tikilməsi ilə əlaqədar yuxarıda
söylədiyimiz fikri təsdiq edir: «Bu məscidin binası qoyulub
Hacı Tağı Kərbəlayi Hüseyn bəy oğlu tərəfindən, rəbiəl-axır
ayında, hicri 1326 ildə» (Miladi 1908-ci il, aprel ayında-red).
Şilli məhəlləsinin məscidi kimi tanınan tikili bu günə qədər
qalsa da, baxımsızlıq üzündən köhnəlmişdir. Çox keyfiyyətlə və
incə zövqlə tikilən məscidə zaman və təbiət nə qədər əl çəksə də,
gözəlliyi və orijinallığı ilə başqa tikililərdən seçilir. Məscidin
fəaliyyəti 1929-cu ildə dayandırılmış və onun bir hissəsi sökülüb
yerində küçə salınmışdır. Binanın divarlarında yazı və müəyyən
bir qeyd aşkar edə bilmədik. Lakin məhəllənin ixtiyar qocaları
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
53
onun tikilməsini də Hacı Tağının adı ilə bağlayırlar. Təxminən
1911-12-ci illərdə tikilməsi güman edilən məscidin sağ
tərəfindəki şəbistan hissəsində mədrəsə olmuşdur. Burada
Kərbəlayi Molla Hüseyn, Molla Abısəməd, Molla
Əbdülhəsən, Molla Əziz kimi savadlı mollalar dərs demişlər.
Şəhər kolxoz bazarında yerləşən məscid də öz orijinallığı ilə
seçilir. Məscid keçən əsrin ikinci yarısı və bizim əsrin
əvvəllərində Salyanın varlı tacirlərindən biri olan Hacı Səməd
tərəfindən tikilmişdir. Binanın 24 metrdən ibarət olan minarəsi
sökülmüşdür. Hazırda minarənin təxminən 12 metrə çatan qalığı
durur. Binanın divarlarında kitabəyə rast gəlməsək də, yaşlılar
məscidin Birinci Dünya müharibəsi başlanan vaxt, yəni 1914-cü
ildə açıldığını bildirirlər. Təxminən 400 nəfərə qədər adam üçün
nəzərdə tutulmuş məscid həm də mədrəsə olmuşdur. Burada dini
təhsili olan və xalq arasında «ruhani» adı ilə tanınan Molla
Məmməd dərs demişdir.
Sahib Həsənov, tarixçi
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
54
«SARI SEYDAN» OCAĞI
Sаlyаnın müqəddəs ocaq və pirləri arasında «Sarı Seydan»
ocağı da mühüm yer tutur.
«Sarı Seydan» ocağının tarixi barəsində 2 ehtimal var:
1721-ci ildə rusların Azərbaycana basqını zamanı İrandan
seyidlər müsəlman bacı-qardaşlarının köməyinə gəlmiş, (Sali
Seydan, yəni seyidlər ili) düşmən basılmış, lakin onların rəhbəri,
seyid Saləddin döyüşdə qəhrəmancasına şəhid olmuş və o Xalac
kəndində dəfn edilmişdir.
İkinci ehtimal isə aşağıdakından ibarətdir: M.S.Ordubadinin
«Qılınc və qələm» romanında belə bir epizod var: şəhid olmuş
bir ərəb mücahidini-imamın yaxınlarından birini Şeyx Nizami
Gəncəvi Salyanın Xalac kəndi ətrafında dəfn edir. O şəhid,
qərib, islam uğrunda şəhid olmuş cəngavərin adı Sarı Seydan
imiş.
Elə o vaxtlardan da xalq bu qəribin, imamımızın
əshabələrindən olan Sarı Seydanın qəbrini ziyarətgaha çevirmiş,
insanlar bu müqəddəs ocağa, Allahın dərgahına üz tutaraq, öz
niyyət və diləklərinin qəbul edilməsi üçün dualar etmişlər.
Bu gün «Sarı Seydan» ocağına iman gətirən yüzlərlə xəstə,
dilək, niyyət sahibləri Allah dərgahına üz tutanda xalqımızın
qeyrətli oğullarının da ölənlərinə rəhmət, özlərinə can sağlığı
diləyirlər. Minlərlə insanın dua etdiyi, alqış elədiyi o nurlu
insanlar bu müqəddəs yeri abadlaşdırmış, ocağın üstünü
götürmüş, ziyarətə gələnlər üçün hər cür şərait yaratmışlar.
Namaz qılmaq, dəstəmaz almaq, qurban kəsmək üçün ayrıca
otaqlar tikilmiş, bura ziyarətə gələnlərin dincəlməsi üçün
rahatlıq yaradılmışdır.
Adının çəkilməsini istəməyən o xoşbəxt insanlara qibtə də
edirsən... Böyük savab qazanmış o qeyrətli insanlara biz də üz
tuturuq. Allah ölənlərinizə min rəhmət eləsin, sizi xatadan-
bəladan, mərdiməzardan uzaq eləsin.
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
55
«Sarı Seydan» ocağı sınanılmış ocaqlarmızdandır. El-oba
bura həmişə ailəsi ilə birlikdə ziyarətə gəlir. Allah onları və
bütün iman sahiblərini darda qoymasın, «Sarı Seydan» ocağı
onların yolunu daha da nurlu etsin.
ZАKİR İBRАHİMOV
Qırxçıraq kənd sakini
Mən hər il bu ocağa gəlirəm. Oğlum Türkiyədə təhsil alırdı.
«Sarı Seydan» ocağına niyyət etmişdim ki, oğlum sağ-salamat
qurtarıb, Vətənə qayıtsın, qurban kəsim. Niyyətim qəbul olub.
Allah bütün niyyət sahiblərinin аrzusunu ürəyində qoymasın.
«Sarı Seydan» köməklərinə çatsın.
«Sarı Seydan» ocağına axund, gənc islamşünas, ağır seyid
nəslindən olan Əlisəf Abbasov nəzarət edir, burada dini ayin və
adətlərə tam riayət edilməsinə çalışır.
Gənc olmasına baxmayaraq, onun başı çox bəlalar
çəkmişdir. Seyid Əlisəf torpaqlarımızın azadlığı uğrunda
döyüşlərdə iştirak edib. Şuşada - 1988-ci ildə Kövhər ağa
məscidinin açılışı zamanı o vaxtkı bərbad məscidin minbərinə
qalxmış, azan vermişdir.
Sonralar o Salyanın görkəmli din xadimləri Аxund Hacı
Salmanın, Axund Əlqəmənin yanında islamın sirlərini
öyrənmiş, kamillik zirvəsinə çatmışdır.
Onu da qeyd edək ki, Əlisəfin anası seyid Kübra bel-kürək
seyidlərindən olan seyid Mirsadiq oğlu seyid Rza ağanın
törəməsidir.
Əlisəfin bir qızı var: Mirkübra.
Bu gün seyid Əlisəf öz ustadlarının, müəllimlərinin yolunu
layiqincə davam etdirir. «Sarı Seydan» ocağına gələnlərin
hamısı ondan razılıq edir.
«Yumşaq rəftarda xeyir, yaxşılıq və bərəkət vardır,
mülayim rəftar etməyən xeyirdən məhrum olur. Həmişə
xeyir söz söyləyin, şər sözlərdən uzaq olun». (Qurani-
Kərimdən bir аyə).
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
56
Dəfələrlə bölgəmizdə olarkən xeyriyyəçilərimizin məscidlər
tikdirdiyinin şahidi olmuşuq. Lakin Salyanda, Ərəb Bəbirxanlı
kəndindəki məscidin xuddamı Hаcı Ağahüseyn kişi başqalarından
seçilir.
O, el arasında öz zəhmətsevərliyi, vətənpərvərliyi, səxavəti,
ədaləti ilə tanınmış insandır. İmkansızlara, yetim-yesirə əl tutmağı
özünə müqəddəs borc hesab edir.
Hаcı Ağahüseyn Səfərov hələ o qanlı-qadalı günlərdə, 20
Yanvarda Bakıda təcavüzə məruz qalmış oğul və qızlarımıza ilk
yardım aparan, şəhidlərimizin matəm mərasimini təşkil edənlərdən
biridir.
Onu da xatırladaq ki, bu məscidin yenidən tikilib ərsəyə
gəlməsində Ağahüseyn kişi çox əziyyətlər çəkib.
Söhbət təkcə mənəvi əzab-əziyyətlərdən getmir. O qeyd edir ki,
məscidin tikilməsində Salyanın, Neftçalanın, ətraf yerlərin qeyrətli
oğullarının, xüsusən B.Leysanov, Q.Həsənov, Ş.Salmanov,
S.Salmanov, Ş.Qədirov, G.Salmanov və o cümlədən digər
oğullarımızın böyük zəhməti olub. Amma yenə də əsas yük
Ağahüseyn kişinin boynuna, onun balalarının, kənd sakinlərinin
çiyninə düşüb, məscidin inşasını 1989-cu ildə başlyıb, 2000-ci ildə
başa çatdırıb.
2003-cü il sentyabr ayının 24-də Həzrəti Məhəmmədə (s)
Peyğəmbərlik verildiyi gün məscidin dövlət qeydiyyatına alınması
mərasimi keçirildi.
Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin keçmiş başçısı
Yusif Ələkbərov, şöbə müdiri Şəmsəddin müəllim, Dini
Qurumlarla iş üzrə Dövlət Komitəsinin məsul işçisi, islamşünas
alim Mustafa İbrahimov, Komitənin Salyan üzrə nümayəndəsi,
fəlsəfə elmləri namizədi Tərlan Quliyev, Əli Bayramlı şəhər
məscidinin axundu Məşədi Əvəz, rayon sakinlərindən Seyid
Mirnadir ağa, Məşədi Fəridə, Əvəz müəllim və başqaları çıxış
edib məscidlə bağlı ürək sözlərini dedilər.
Tədbirin sonunda Dini Qurumlarlа iş üzrə Dövlət
Komitəsindən göndərdirlmiş müqəddəs «Quran» kitabları və
müəllifi olduğu kitablar görüş iştirakçılarına hədiyyə edildi.
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
57
Hər gün bu müqəddəs məscidə onlarla adam pənah gətirir.
Xəstəsi olan, nəzir deyən məscidə ziyarətə gəlir, niyyətləri qəbul
edildiyi üçün Allaha dua edirlər.
Biz orada olarkən Neftçaladan Surma xalanın sudurğa
keçirən oğlunun sağalması üçün bu məscidə nəzir dediyinə,
niyyəti qəbul olduğuna görə iməkləyə-iməkləyə məscidə
gəldiyinin, sevindiyindən ağladığının şahidi olduq.
İllərlə övlad üçün tamarzı olan, Biləsuvar rayon sakini
Gültəkinin yuxusuna bu məscid girir. Axtara-axtara bu məscidi
tapır. Ziyarətə gəlib niyyətinə çatır.
Onu da xatırlayaq ki, bu məscid üç dəfə tikilmişdir. Birinci
tikilişi xatırlayanlar dünyasını dəyişmişdir. Amma ikinci dəfə
məscidi Səməd bəy tikdirmişdir. O, dövrünün varlı-karlı
kişilərindən biri olub. Bu məscidi də Аğа Mirbağır ağa ilə
məsləhətləşdikdən sonra tikdirib.
Səməd bəy Həccə getmək istəyir, odur ki, Аğа Mirbağır
ağanın yanına məsləhətə gedir. Ziyarətinin məscidin
tikdirilməsində görən Аğа Mirbağır ağa onun gətirdiyi 5 kq
qızılı üç yerə bölür və bir hissəsini Səməd bəyin özünə verir, bir
hissəsini kasıb-kusublara, əlsiz-ayaqsızlara xərcləməsini və bir
hissəsini də məscidin tikdirilməsinə sərf edilməsini məsləhət
görür.
Səməd bəy də ağanın məsləhətinə qulaq asır. O, Ərəb
Bəbirxanlı kəndindəki müqəddəs yerdə məscid tikdirir, məscidin
daşının üstünə də öz adını yazdırır: (hicri-qəməri tarixi ilə
1332, miladi tarixi ilə 1911-1912-ci illər. Kərbəlayi Səməd
Kərbəlayi Cəbrayıl oğlu).
Deyirlər ki, bu yerdə X əsrdə İslamın Azərbaycanda
yayılması zamanı şəhid olmuş iki nəfər mücahid, imamlarımızın
yaxınları dəfn edilib. Elə o vaxtdan da bu yer yaxın-uzaq ellərin
iman yeri olub.
Hаcı Ağahüseyn hələ 1918-1919-cu illərin erməni rus
qüvvələrinin Ərəb Bəbirxanlıya qədər gəlib çıxmasını
atasının söylədiklərindən xatırlayır:
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
58
- Ermənilər üç gəmi ilə Bakıdan Bankəyə gəlib çıxır, Diro
dağında dinc əhalini qırırlar. Silahsız camaat naəlac qalır, arvad-
uşağı kənddən Salyana köçürməyə başlayır. Bankədən Salyana
qədər camaat didərgin düşür. Bu zaman Seyid Mirbağır ağa,
Mirəşrəf ağa, Mirhəşim ağa və başqa hörmətli din xadimləri
türklərə xəbər göndərir. Əli silah tutanlar ağaların çağırışına
yığılır.
Türk komandirlər - Ənvər paşa, Nuru paşa, İsmayıl paşa,
Ramazan paşanın başçılığı ilə türk əsgərləri köməyə gəlirlər.
Kurqaraqaşlının cənub tərəfində mövqe tuturlar. Onların bir
topları da olub. Paşalar ağaların yanına gələrək qüvvələrinin,
silahlarının az olduğunu bildirirlər. Ağalar da deyir ki, biz də
varıq, hələ ki, ölməmişik. Camaata müraciət edirlər. Ağaların
başına onlarla silahlı adam yığılır. Camaat Ərəb Bəbirxanlıdan
bir az aralıda pusquda durur. Gözləməyə başlayırlar. Nuru paşa
tapşırır ki, mənim işarəm olmadan bir nəfər də atəş açmasın.
Bu vaxt ermənilər xəbər göndərirlər ki, Salyana girəndən
sonra Mirbağır ağanı gəminin dаr ağacından asacağıq. Ağa da
onlara cavab göndərir ki, sizin kimilərin heç dırnağı da bu
torpağa dəyməyəcək...
Ermənilər yavaş-yavaş irəliləməyə başlayırlar. 30-40 metr
qalmış Nuru paşa işarə edir və ermənilərin hamısını darmadağın
edirlər. Məşədi Nağı İsmayıl oğlu, Nəzir Ağayar oğlu,
Ağababa Hüseyn oğlu, Həşim Ələsgər oğlu, Məşədi
Məhəmməd oğlu şəhid olmuş, Əli Kərbəlayi Hüseyn oğlu,
Məcid İslam oğlu, Abbas Aslan oğlu xüsusi qəhrəmanlıq
göstərmişlər. 2004-cü ildə Hаcı Ağahüseyn öz şəxsi vəsaiti
hesabına məscidin həyətində onların xatirəsinə abidə kompleksi
ucaltmışdır.
Həmin döyüşdə türklər Mirbağır ağaya fəs və üçatılan tüfəng
bağışlamışlar. Həmin döyüşdə Hаcı Ağahüseynin atası Əli
Səfərov da iştirak edib.
30-cu illərdə həmin məscidi sökmək istəyirlər. Sökmək
istəyənlərdən 2 nəfəri yuxarıdan yıxılaraq qol-qıçlarını
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
59
sındırırlar. Sonradan məscidi sökməyə traktor göndərirlər.
Traktor məscidin divarlarının bir metrində sönür. Buna
inanmayan rayon rəhbəri gəlib özü şahid olur və çıxıb gedir,
məscidə toxunmamağı tapşırır.
Sonralar məscidi anbar edirlər. Arаdan xeyli keçmiş məscidi
yenə də sökmək istəyəndə qapının üstündəki şəklin qeybdən
həkk olunmasına inanmayanlar, şəklin rəsmini bıçaqla
qaşıyanda dəhşətli hadisə, möcüzə baş verir. Şəkildəki
yaralanmış insanın yara yerindən həqiqi qan axmağa başlayır.
Bununla da daha heç bir şeyə toxunmurlar və məscid bərbad
hala düşənə qədər toxunulmaz qalır. Bunu o vaxtın fəal
kommunistlərindən olan Ərəstun Manafov ölümündən əvvəl, bu
yaxınlarda açıb danışdı. Bunu Qardaşbəyli kənd sakini, el
ağbirçəyi, dünyanın hər üzünü görmüş, bir çox hadisələrin
şahidi olmuş Mina xala da təsdiq etdi.
Kərbəlayi Ağahüseyn:
- Keçmişdə Salyan rayonu «Darülmöminin diyarı» kimi çox
yüksək bir ad qazanmışdı. Amma təəssüf ki, Sovet hakimiyyəti
illərində bu ad qismən kölgədə qalsa da, Allaha çox şükür ki,
rayonun nurlu ağsaqqalları, o cümlədən Hacı Salman, Hacı
Əlqəmə, Hacı Oqtay, seyid Mirnadir ağa kimi nüfuzlu din
xadimlərimizin sayəsində yenə də öz əvvəlki şöhrətini bərpa edə
bilmişdir.
İnanırıq ki, qədirbilən xalqımız Kərbəlayi Ağahüseyn kimi
xeyirxah əməl sahiblərinin xidmətlərini heç vaxt unutmayacaq,
həmişə onunla fəxr edəcəkdir.
«KASIBLAR AĞASI»
«Darülmöminin diyarı» olan Salyan torpağı nəcib el
ağsaqqalları, nurlu seyidləri ilə tanınır.
Onlardan biri də Seyid Mirhəşim ağadır.
Seyid Mirhəşim ağa 1870-ci ildə Salyan şəhərində, seyidlər
məhəlləsində ruhani ailəsində anadan olmuşdur. Hələ kiçik
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
60
yaşlarından atasından ərəb və fars dillərini öyrənmiş, müqəddəs
kitabımız «Qurani-kərim»i əzbərdən mənimsəmişdir. Onun
hafizəsinin belə qüvvətli olması hаmını heyrətə gətirmişdi.
Nəhayət, 1898-ci ildə onu ali ruhani təhsili almaq üçün Nəcəfül-
Əşrəf şəhərinə göndərirlər.
Mirhəşim ağa Nəcəfdə 15 il təhsil aldıqdan sonra ali dini
rütbə alır, həmin şəhərdə də ailə qurur. O, bir müddət Nəcəfdə
yaşadıqdan sonra ailəsi və 2 uşağını götürüb doğma vətəninə,
Salyan şəhərinə gəlir. Çox keçmir ki, övladının biri rəhmətə
gedir. Həyat yoldaşı o biri uşağı götürüb öz məmləkətlərinə
getmək istəyir. Bunu görən Mirhəşim ağa öz ailəsini götürüb
Nəcəf şəhərinə qayıdır. Orada bir neçə il qaldıqdan sonra həyat
yoldaşı da dünyasını dəyişir. Mirhəşim ağa daha orada qalmaq
qərarından daşınaraq oğlunu götürüb Salyana qayıtmaq istəyir.
Dostlarına məktub yazıb bildirir ki, həyat yoldaşım vəfat edib,
indi daha Salyana qayıdıram. Bundan agah olan dostları ağa
üçün ev tikmək qərarına gəlirlər. Amma dostlarından biri öz
ikimərtəbəli evini ağaya bağışlayır. Hazırda həmin evdə ağanın
övladları yaşayırlar.
Mirhəşim ağa Salyanda hörmətli el ağsaqqallarından sayılan
Məhəmməd Rza kişinin qızı Maytab xanımla evlənir. Maytab
xanımdan ağanın 4 oğlu, 2 qızı olur. Böyük oğlu 24 yaşında,
1948-ci ildə avtomobil qəzasında həlak olur. Onun digər
oğlanları seyid Abdulla və dördüncü övladı seyid Mirdaməd
ağa da vəfat etmişdir.
Mirhəşim ağa dövrünün alimi sayılırdı. O, ruhanilik edib,
ruzi qazanar, ailəsini dolandırardı. Ağa verilən nəzirlərin çox
cüzi hissəsini götürər, qalanını öz sahibinə qaytararmış.
Fağır seyid olduğuna görə, onu xalq arasında «Kasıblar
ağası» adlandırırmışlar.
Ağanın ikinci övladı Mirsəfurə Cəlilabad rayonunda ailə
həyatı qurmuş, hal-hazırda orada yaşayır. Üçüncü övladı seyid
Mövsüm ali təhsilli baytar həkimidir.
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
61
Ağanın dördüncü övladı seyid Mirdaməd (1934-1999) - uzun
illər fəhlə, sonralar plastik kütlə emalı zavodunda ambardar işləmişdir.
Mirdaməd ağanın 1 oğlu, 3 qızı var: Mirşahin, Mirmaytab, Yaqut,
Rəxşəndə.
Nəvəsi Mirabdulla babasının yolunu davam etdirir. Quranı (özü
də babasına məxsus, hicri tarixi ilə 1351-ci ildə çap edilmiş Quranı)
tam başa vurub.
Ağa öz qızına anası Maytabın adını qoymuşdur. Hazırda Salyan
rayonunda Vaqif Hüseynovun ömür-gün yoldaşıdır. Vaqif müəllim
həm ağsaqqal, həm də xeyriyyəçi bir adamdır. O, Kürqaraqşlı
kəndindəki məscidi Mirhəşim ağanın adına inşa etdirib. Allah ondan
razı olsun.
Ağanın beşinci övladı Mirsəfiyyə tibb bacısı, sonbeşiyi seyid
Hüseyn Salyan rayonu 5 saylı SMD-də mühasib işləyir.
Seyid Mirhəşim ağa çox mülayim, sadə və insanların qəlbini
oxşayan bir adam olub. Xalqının xeyir-şərində təmənnasız iştirak
edərdi. Dünyasını dəyişənlərin kəfən-dəfnini ağa təmənnasız özü
yerinə yetirərdi.
1941-ci ilin dekabrında seyid Mirhəşim ağa xəstələnir və bir neçə
gündən sonra rəhmətə gedir. Məzarı Salyan rayon qəbristanlığında
müqəddəs ziyarətgah kimi anılır. Buraya hər gün ziyarətə onlarla
adam gəlir.
MİRHƏŞİM АĞАNIN NƏVƏSİ
MİRŞАHIN MİRDАMƏD OĞLU
-Babam Mirhəşim ağa elimizin, obamızın ağsaqqalı,
rayonumuzun ən hörmətli adamı idi. Camaatın pənah bilib sığındığı
müqəddəs şəxsiyyət kimi hamının qəlbində bu gün də yaşayır. Onun
adı hər evdə, hər ailədə and yeri, inanc məfhumu deməkdir. Təbiətən
çox sakit, nurlu və mehriban bir adam olub. Danışırlar ki, adam
onunla söhbət etməkdən doymurmuş. Bu nurlu insanın hər kəlamı
məzmunlu imiş. Bütün ağalar hamımızın əzizi və müqəddəsidir.
Allah-təaladan babama rəhmət, xalqıma əmin-amanlıq diləyirəm.
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
62
VАQİF HÜSEYNOV
Sаlyаn şəhər sаkini, xeyriyyəçi.
Tarix həmişə dühalar yetirib. Onlar öz elmləri,
qabiliyyətləri, kəşfləri ilə qaranlıqları işıqlandırmış, insanlara
düz yol göstərmişlər.
Salyan diyarında da belə insanlar çox olmuşdur. Mirhəşim
аğа, Molla Məhəmməd Səlyani, Molla Abdulhəsən, Molla
Allahyar Cəngənli, Molla Əziz, Mirzə Həşimxan, Şeyx Səməd
Rəbbani, Şeyx Rüstəm, Əbu Ərəbqardaşbəyli, Hacı Həkim
Səməd Arbatani, Pirəbbə, Molla Ağabba, Molla Mirtərlan ağa,
Mirəşrəf ağa və onlarca görkəmli din xadimlərimizin xidməti
sayəsində Salyan rayonu müsəlman dünyasında «Darülmöminlər
diyarı» kimi tanınır. Bu müqəddəs insanların hər birinin həyatı
bu günkü gənclərimizə örnəkdir.
Onların həyatlarının öyrənilməsi, təbliği dinimizə,
islamımıza böyük köməkdir.
Allah dünyadan köçən islam əhlinə rəhmət eləsin.
HАCI CАVАD ƏLİYEV
- Mənim valideynlərim son dərəcə dindar olmuşlar. Mən də
o ruhda tərbiyə almışam. Özüm də namaz əhliyəm. Şəriətimiz
buyurur ki, böyüyü tanıyan Allah-təalanı tanıyar. O kəslər ki,
düz yolda, Allah yolundadırlar, halala haram qatmırlar, onların
ruzisi başlarından töküləcək. Bölgəmizin müqəddəs insanları
Аğа Mirheydər ağa, Mirhəşim ağa, Mirəşrəf ağa və başqaları
hələ 70-80 il bundan əvvəl haqq dünyasına qovuşsalar da, onlar
onların
əməlləri camaatın xatirəsindən silinməmiş,
unudulmamışdır. Mən deyərdim ki, bundan böyük xoşbəxtlik
yoxdur. Allah o nurlu seyidlərimizə rəhmət eləsin.
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
63
AĞA MİRHEYDƏR AĞA
Möminlər diyarı Salyanın görkəmli din xadimlərindən,
alimlərindən biri də Ağa Mirheydər ağadır. O, kasıb seyid
olub. Salyanda ilk dini mədrəsəni də o açıb. Bu bölgənin əksər
din xadimləri onun mədrəsəsində təhsil alıblar.
Ağa Mirheydər ağanın 2 övladı olub: Rübabə və seyid
Mirkərim.
Seyid Mirkərim ağa Əli Bayramlıda yaşayıb və orada da
rəhmətə gedib.
Seyid Mirheydər ağanın Salyanın qədim qəbristanlığındakı
müqəddəs məzarının üstünü Kərbəlayi Seyran Əbil oğlu
götürtdürmüş, ziyarətgaha gedən yolu hörmətli Əliağa
Hüseynov çəkdirmiş, qəbiristanlığın girəcəyindəki çardağı isə
Akif Məmmədyarov düzəltdirmişdir.
Bu gün Salyan camaatının böyük ziyarətgahlarından sayılan
Аğa Mirheydər ağanın ocağına soy kökü imam Hüseyn
əleyhissəlama bağlanan Hаcı seyid Mirəfsər ağa rəhbərlik edir.
Hаcı seyid Mirəfsər ağa 1995-ci ildə Kərbəla ziyarətində
olub. Oğlu seyid Rövşən də atasının yolunu davam etdirir,
ziyarətgaha gələnlərə dua edir.
Allah köməkləri olsun. Amin!
SEYİD MİRƏŞRƏF AĞA
Salyan rayonunun daha bir siması seyid Mirəşrəf ağa
Mirəhməd oğlunun soy-kökü ikinci imamımız İmam Həsənin
nəslinə çatır. O, 1870-ci ildə Salyan şəhərində anadan olmuşdur.
Ağazadə Mirəşrəf Mirəhməd oğlu o vaxt Nəcəfdə təhsil
alarkən ərəb qızı Minarə xanımla ailə həyatı qurmuşdur.
Mirəşrəfin bir qardaşı da Ağa seyid Məhəmməd ağadır. Onu
da xatırladaq ki, seyid Mirəşrəf ağanın qardaşı dövrünün
tanınmış ziyalısı olmuşdur. Seyid Məhəmməd ağa hətta Salyan
qubernatorluğunda mühüm vəzifədə işləmişdir.
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
64
Ağa seyid Məhəmməd ağa 1917-ci ildə rəhmətə gedib. Şəhər
qəbiristanlığında dəfn edilib. Qızı Mirzəhra, nəvəsi
Dostları ilə paylaş: |