47
digər birgə məsələlərin həllinə kömək etmək üçün birliklər yarada bilərlər. Dövlət
qeydiyyatından keçmiş kredit birliyi Azərbaycan Respublikası Mərkəzi Bankının
İdarə Heyəti tərəfindən 28 fevral 1998-ci il tarixdə təsdiq olunmuş «Bank olmayan
kredit təşkilatlarının bank fəaliyyətinin lisenziyalaşdırılması və tənzimi haqqında»
müvəqqəti qaydalara uyğun olaraq Mərkəzi Bankdan lisenziya almalıdır.
Kredit birliyinin rəhbəri qeydiyyat üçün aşağıda
sadalanan zəruri sənədlərin
hazırlanmasını, toplanmasını və rəsmiləşdirilməsini həyata keçirir:
dövlət qeydiyyatı haqqında ərizə;
yaradılan kooperativin müvafiq hüquqi ünvana malik olmasını təsdiq edən
zəmanət məktubu (
bu məktub qeyri-yaşayış binasını icarəyə vermək
hüququna malik olan hüquqi şəxs tərəfindən təqdim edilə bilər);
dövlət rüsumunun ödənilməsi barədə qəbz;
kooperativin yaradılması, onun nizamnaməsinin
təsdiq edilməsi və idarə
heyətinin tərkibi haqqında üzvlərin ümumi təsis yığıncağının iştirakçıları
olan üzvlər tərəfindən onların soyadları, adları, atasının adı, doğum tarixi,
qeydiyyat ünvanı və pasport məlumatları göstərilməklə imzalanmış
protokolu;
kooperativin nizamnaməsi.
Kredit ittifaqları öz fəaliyyətini həyata keçirmək üçün müəyyən resurslara
malik olmalıdır. Kənd kredit kooperativlərinin əmlakının
formalaşma mənbələri
həm xüsusi mənbələr, həm də borc vəsaitləri ola bilər.
Aşağıda kredit ittifaqlarının maliyyə resurslarının formalaşması mənbələrini əks
edrən şəkil verilmişdir: