50
Borclar verilmə müddətinə görə qısamüddətli və ortamüddətli ola bilər.
Qısamüddətli borclar ən çoxu bir il müddətinə, bir qayda olaraq payçıların
dövriyyə vəsaitlərini artırmaq üçün verilir. Ortamüddətli borclar 1 ildən 3 ilə qədər
müddətə verilir. Bu cür borclar verilməsinin məqsədi - investisiyaları
maliyyələşdirməkdir.
Növbəti borc yalnız əvvəlki borc qaytarıldıqdan sonra verilir. Borc verilməsi
prinsiplərinə riayət edilməsi kredit birliyinin uğurlu fəaliyyətinin rəhnidir. Əks
halda kooperativin fəaliyyəti iflic vəziyyətinə düşür və onun özünün mövcud
olması sual altında qalır.
Hesabat dövrünün sonunda kredit birliyi müəyyən maliyyə nəticəsi əldə edir.
Maliyyə nəticəsinin göstərilməsi üçün «mənfəət» terminindən istifadə edilməsi
kifayət qədər şərti xarakter daşıyır, çünki bu kredit birliyinin qeyri-kommersiya
təşkilatı olması və mənfəətsiz əsasda fəaliyyət göstərməsindən ibarət mahiyyətə
ziddir. Bununla belə, ittifaq öz fəaliyyətini həyata keçirmə prosesində onun
gəlirləri xərclərindən çox ola bilər, bu isə öz iqtisadi mahiyyətinə görə mənfəət
deməkdir. Mənfəətin bölünməsi qaydası maliyyə ili başa çatandan sonra müəyyən
müddətdə ittifaq üzvlərinin ümumi yığıncağında təsdiq edilir.
Kreditvermə kredit ittifaqlarının və kommersiya bankının əsas funksiyasıdır.
Kredit birlikləri və kommersiya bankları arasında oxşar cəhətlər əsasən, birgə
kooperativ mülkiyyətə əsaslanmasında və idarəetmənin seçkili prinsiplərlə qurul-
masında ifadə olunur. Onların fəaliyyət mexanizmində və məqsədlərində
əhəmiyyətli fərqlər vardır.
Araşdırmalar göstərir ki, kredit kooperativlərinin fəaliyyətinin nəzərdən
keçirdiyimiz təşkilati-iqtisadi prinsipləri və borc verilməsi mexanizminin
təkmilləşdirilməsi üçün əhəmiyyətli imkanlar vardır.(1;194-208)
Dostları ilə paylaş: