Quliyeva elnarə ariF qızı “Biznesdə korporativ idarəetmənin təkmilləşdirilməsi məsələləri”



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə15/29
tarix30.11.2022
ölçüsü0,75 Mb.
#71331
1   ...   11   12   13   14   15   16   17   18   ...   29
quliyeva elnara

 
 
 
 


51 
2.3. “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətində korporativ 
idarəetmənin müasir vəziyyəti 
 Kapital Bankın korporativ idarəetmə sistemi beynəlxalq standartlara və 
Azərbaycan Respublikasının müvafiq qanunvericilik normalarına əsaslanır. 
Bankda korporativ idarəetmənin başlıca prinsipləri Kapital Bankın 
Korporativ İdarəetmə Kodeksində öz əksini tapmışdır. Bank dövlət orqanları, 
səhmdarlar, əməkdaşlar, partnyorlar və müştərilərlə münasibətləri dəstəkləyir.
Korporativ idarəetmə Bank menecerləri ilə səhmdarlar arasındakı qarşılıqlı 
münasibətlərin daha da təkmilləşdirilməsinə xidmət göstərir. Bu da, öz 
növbəsində, Bankın bütün istiqamətlər üzrə fəaliyyətinin səmərəliliyinin 
artırılmasını təmin edir. Bankda korporativ idarəetmənin əhəmiyyətli rolunun 
artırılması ilə yanaşı, korporativ mədəniyyətin və korporativ etikanın inkişafına 
da xüsusi diqqət yetirilir.
Etik normalara sadiqlik və əsas dəyərlərə inam Kapital Bankda korporativ 
mədəniyyətin formalaşmasına və qorunmasına xidmət göstərir. 
Kapital Bankda korporativ idarəetmə və korporativ mədəniyyət haqqında 
daha ətraflı məlumatlar aşağıda göstərilmişdir. 
“Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti korporativ idarəetmənin 
səmərəliliyi baxımından Bankın sabit inkişafını,onun maliyyə bazarında uğurlu 
işini,səhmdarlar 
və 
investorların 
maraqlarının 
təmin 
və 
müdafiə 
olunmasını,həmçinin cəmiyyət qarşısında məsuliyyətini nəzərə alaraq Korporativ 
İdarəetmə Məcəlləsini qəbul etmişdir. 
Korporativ İdarəetmə dedikdə səhmdarların ümumi yığıncağı və Müşahidə 
Şurası tərəfindən bankın fəaliyyətinə ümumi rəhbərlik başa düşülür ki,bu da onlar 
ilə Bankın icraedici orqanları,əməkdaşları,kreditorları,əmanətçiləri,müştəriləri, 
biznes tərəfdaşları,bank nəzarət və hökümət orqanları arasında kompleks 
münasibətlərin prinsiplərini özündə birləşdirir.Korporativ idarəetmə: 
-Bankın 
strateji 
məqsədlərinin 
və 
səmərəli 
idarəetmə 
prinsipinin 
müəyyənləşdirilməsi; 


52 
-Strateji məqsədlərə çatmaq üçün bankın əməkdaşları və onun idarəetmə 
orqanlarının bütün lazımi addımların atılmasını təmin edən stimulun yaradılmasını; 
-Səhmdarlar,Bankın idarəetmə orqanları və digər maraqlı şəxslər arasında 
maraqların balansının yaradılmasını; 
-Qüvvədə olan qanun və qaydaların,Bankın Nizamnaməsinin,korporativ etika və 
daxili sənədlərdən irəli gələn tələblərin yerinə ytirilməsini özündə birləşdirir. 
Korporativ İdarəetmə məcəlləsinin rolunu və əhəmiyyətini qəbul edərək Bankın 
bütün idarəetmə orqanları və əməkdaşları,özlərinin səhmdarlar və Bank qarşısında 
məsuliyyətini dərk edərək fəaliyyətlərində bu məcəlləni əldə rəhbər tuturlar. 
Korporativ idarəetmə prinsiplərinin həyata keçirilməsi Bankın səmərəli fəaliyyət 
göstərməsini,onun maliyyə sabitliyini və mənfəətliliyini təmin edir. 
Bankın korporativ idarəetmə prinsipləri aşağıdakıları özündə birləşdirir: 
-Səhmdarların və müştərilərin maraqlarının və hüquqlarının təmin olunması 
prinsipi; 
-Səmərəli idarəçilik prinsipi; 
-İdarəetmə və nəzarət orqanları arasında səlahiyyətlərin səmərəli bölüşdürülməsi 
prinsipi; 
-Bankın maliyyə-təsərrüfat fəaliyyətinə səmərəli nəzarətin təşkil edilməsi prinsipi; 
-İnformasiya şəffaflığının təmin edilməsi prinsipi; 
-Etik norma və qanunlara riayət edilməsi prinsipi; 
-İşçi heyəti ilə səmərəli işin təşkili və ədalətli mükafatlandırma prinsipi; 
-Maraqlı tərəflərlə əməkdaşlığın inkişaf etdirilməsi və sosial məsuliyyət prinsipi. 
Bank ardıcıl olaraq bu prinsipləri işində tətbiq edir,onlardan irəli gələn 
tələblərə tam cavab vermək üçün bütün struktur bölmələrində işin səmərəliliyinin 
artırılmasına ciddi fikir verir.Bunun nəticəsi olaraq idarəetmənin səmərəliliyi 
artmış,bu isə öz növbəsində özünü yaxşı maliyyə nəticələrinin əldə edilməsində 
göstərmişdir.İşin səmərəliliyinin artırılması,ümumiyyətlə ictimaiyyət tərəfindən 
bank sisteminə olan inamı artırır.Belə ki,respublika əhəmiyyətli bank olaraq 


53 
Kapital Bankın səmərəli fəaliyyəti əhali tərəfindən etibarın güclənməsi baxımından 
bütün bank sistemi üçün əlverişli şərait yaradır. 
Bankın təşkilati strukturu onun işinin səmərəliliyinin təmin edilməsinin ən 
vacib şərtlərindən biridir.Bankın ali idarəetmə orqanı səhmdarların ümumi 
yığıncağıdır.Səhmdarların ümumi yığıncağı bankın bütün fəaliyyətinin əsas 
prinsiplərini müəyyənləşdirməklə bərabər onun idarəetmə orqanlarını da aşağıdakı 
formada müəyyənləşdirir: 
Müşahidə Şurası 
Audit 
Komitəsi İdarə 
Heyəti
Komitələr 
Baş ofisin departamentləri 
Filiallar və şöbələr 
Kapital Bankın korporativ etik qaydaları yüksək peşəkarlığın təmin olunmasının 
əsasını qoyur.Bu etik qaydalarda Bankla səhmdarlar,əməkdaşlar,əmanətçilər, 
kreditorlar və müştərilərlə münasibətlərin əsas prinsip və davranış qaydaları 
müəyyənləşdirilmişdir.Bankın korporativ etik qaydalarının əsas məqsədi onun 
maliyyə 
nəticələrinin 
yaxşılaşması,idarəetmənin 
səmərəliliyinin 
daha 
da 
yüksəldilməsidir. 
Bank işinin keyfiyytinin və səmərəsinin artırılması istiqamətində yeni,müasir 
idarəçilik metodlarından bacarıqla istifadə edir.Filiallar arasında korporativ etika 
gözlənilməklə sağlam rəqabət təşkil olunmuş,işçilərin mütəmadi olaraq peşə 
hazırlığının artırılmsı üçün kompleks tədbirlər görülmüş və görülməkdədir.Bankın 
onlarla əməkdaşı hər il həm Bankın özünün təşkil etdiyi treninqlərdə iştirak edir, 
həm də yerli və beynəlxalq səviyyədə ixtisasartırma kurslarına,müxtəlif 
konfranslara 
göndərilir.Bankda 
maddi 
mükafatlandırma 
ilə 
yanaşı,digər 
həvəsləndirici metodlardan da istifadə edilir. 


54 
Korporativ idarəetmə prinsipləri Kapital Bankın növbəti illər üzrə qarşıya 
qoyduğu məqsəd və vəzifələrdən irəli gəlir.Bu prinsiplərin təmin olunması Bankın 
öz fəaliyyətində keyfiyyətcə yeni bir mərhələyə qədəm qoymasına yardım 
göstərir.Yeni,yüksək hədəflərə nail olmaq üçün Bank təşkilati strukturunun daha 
da optimallaşdırılması üzrə işləri davam etdirəcək,strateji məsələlərin həlli üçün 
daha uyğun strukturun formalaşdırılmasına nail olacaqdır. 
ETİK DAVRANIŞ QAYDALARI 
Bu normalar Bankda işçilərin davranış qaydalarını tənzimləyir. Bankın 
imicinin - nüfuzunun formalaşmasına xidmət etməklə, işçilər üçün mənəvi, etik 
və hüquqi dəyərləri müəyyən edir. 
Etik davranış qaydaları ilk növbədə Bankda işçilərin davranışına nəzarəti 
təmin edir, onu peşə daxilində bir çox ixtisaslara tətbiq etməyə imkan verir və 
təsvir edilən normalara əməl edilməsi üçün effektiv vasitələri təklif edir. 
Mənəvi dəyərlərə -işçinin işdə və işdənkənar davranışı, ictimai fəaliyyəti 
daxildir. 
Etik dəyərlərə - Bankın imicinin qorunması, Bankın əmlakına münasibət və s. 
daxildir. 
Hüquqi dəyərlərə- qanunvericiliyə münasibət, bankdaxili prosedurlara əməl 
edilməsi, məxfi və xidməti istifadə üçün məlumatların qorunması və s. daxildir. 
İşgüzar etiket - İşgüzar- professional (peşəkar) mühitdə davranış və ünsiyyətdir.
İşgüzar etiket ətrafdakı insanlara hörmət və nəzakət, xeyirxahlıq və diqqət əsasında 
qurulur. Bankda hər bir işçi işgüzar münasibətlərdə subordinasiya qaydalarına 
ciddi əməl etməlidir.
MÜŞTƏRİLƏRƏ MÜNASİBƏT 
Bankda xidməti həyata keçirən hər bir işçi Bankın mənafeyini müdafiə edərək 
müştəri ilə ünsiyyətdə olarkən aşağıdakılara əməl etməlidir:
 
Peşəkar səviyyədə xidmət 
 
Düzgün, ədalətli və qərəzsiz münasibət 
 
Öhdəliklərin vaxtında yerinə yetirilməsi 


55 
 
Müştərilər haqqında məlumatların məxfiliyinə hörmət 
 
Müştərilərə qayğı 
 
Məhsul və xidmətlərin keyfiyyətinin daima təkmilləşdirilməsi və münasib 
qiymətlərin tətbiqi 
 
Məhsul və xidmətlərin düzgün və qərəzsiz reklam edilməsi 
Müştərinin fikirlərinə, hisslərinə və təsəvvürünə anlayışlı yanaşmalı. 
Onun şəxsiyyətini müsbət qəbul etməli- müştərinin çatışmamazlıqlarından asılı 
olmayaraq onu şəxsiyyət kimi görməli və ona hörmətlə yanaşmalıdır. 
Müştəri ilə qarşılıqlı əlaqədə razılaşma əldə etmək-bir-birini anlamağa 
cəhd göstərmək və qarşılıqlı münasibətlərin əməkdaşlıq formasında inkişaf 
etdirilməsinə çalışmalı. 
Tanımadığınız adama diqqətlə baxmayın. Bu nəzakətsizlik və hətta təhqir kimi 
qiymətləndirilir.
RƏQİBLƏRƏ MÜNASİBƏT 
Rəqiblərə hörmətlə yanaşmalı və qeyri-sağlam rəqabətdən qaçmalı 
KONFİDENSİALLIQ ŞƏRTLƏRİ 
Bu Məcəllə Bankın fəaliyyətinin bütün sahələrini əhatə etdiyi üçün əməkdaşlar 
aşağıdakı məlumatların mütləq konfidensiallığını (məxfiliyini) təmin etməlidir: 
 
Bankın şəxsi xarakterli məlumatları 
 
Bank sirri ilə bağlı qaydalar 
 
Bankın müştəriləri haqqında məlumatlar 
 
Bankın personalı haqqında məlumatlar 
 
Vəzifə mövqeyinə görə Bankın işçisinə məlum olan və ölkənin milli 
təhlükəsizliyi ilə bağlı məlumatlar və .s
 
2013-cü ildə emissiya edilmiş səhmlər haqqında məlumat: 
Səhmlərin emissiyası haqqında qərarın qəbul edildiyi tarix və onu qəbul edən 
orqan: 


56 
Səhmdarların növbəti ümumi yığıncağının qərarı (10 iyun 2013-cü il tarixli 01 №-
li protokol). 
Səhmlərin növü və forması: 
Adi, adlı sənədli səhmlər. 
Səhmlərin miqdarı: 
3.000.000 (üç milyon) ədəd. 
Hər bir səhmin nominal dəyəri: 
10 (оn) manat. 
Səhm buraxılışının ümumi məbləği (nominal dəyərlə): 
30.000.000 (otuz milyon) manat. 
Sonuncu emissiyadan sonra: 
Nizamnamə kapitalı - 80.000.000 manat
Cədvəl № 3. 
Kapital Bank ASC-nin 01 iyul 2013-cü il tarixə əsas maliyyə göstəriciləri 
mln.manatla 

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin