165
olduqda tәbii ki, heç bir nәzәriyyәni qәti olaraq Qurana aid
etmәk olmaz.
Qeydlәr:
1. Quranın hәr hansısa bir nәzәriyyәni isbat vә ya rәdd
etmәsi bir zәrurәt deyil. Çünki Quran hidayәt kitabıdır vә
onun elmi mәsәlәlәrә toxunması da hidayәt mәqsәdi
daĢıyır.
2. Tәkamül nәzәriyyәsini qәbul vә ya inkar etmәkdә
dinә etiqad heç bir rol oynamır. Yәni Tәkamül
nәzәriyyәsini qәbul etmәyib dinә etiqad bәslәmәk
mümkün olduğu kimi, eyni nәzәriyyәni qәbul edәrәk dinә
etiqad bәslәmәk dә mümkündür. Bәzi etiqadlı tәbiblәr bu
yolu getmiĢlәr
1
.
3. Tәkamül nәzәriyyәsini qәbul etmәk vә onu Quran
ayәlәrinә tәtbiq etmәk heç dә Quranın elmi möcüzәsi
deyil. Çünki bir tәrәfdәn istinad olunan ayәlәr haqqında
fәrqli ehtimallar, müxtәlif Ģәrhlәr mövcuddur, digәr
tәrәfdәn isә növlәrin (üzvi alәmin) mәrhәlәli tәkamülünün
(birhüceyrәlidәn insana qәdәr) ayәlәrә tәtbiqi dәqiq deyil
(Nur surәsinin 45-ci ayәsi haqqında danıĢarkәn bunun
Ģahidi olduq).
Dostları ilə paylaş: