Quran son sәmavi müjdәdir. Hansı ki, sonuncu Peyğәmbәrә (s), yәni һәzrәt Mәһәmmәdә (s) göndәrilәrәk



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə145/205
tarix28.12.2016
ölçüsü2,57 Mb.
#3725
1   ...   141   142   143   144   145   146   147   148   ...   205
ALKOQOL PSĠXOZLARI 
(Xronik alkoqolizm nәticәsindә baĢ verәn psixi 
xәstәliklәr qrupu) 
1. Alkoqol delirisi (Kәskin alkoqol psixozlarının әn çox 
tәsadüf olunan forması). 
Alkoqol  delirisi,  adәtәn  3  –  7  gün  davam  edir. 
Xәstәlikdәn  2  –  3  gün  әvvәl  ümumi  narahatlıq  baĢlayır, 
xәstә  sәbәbsiz  vahimәlәnir,  yuxusu  pozulur,  daha  sonra 
hallüsinasiya müĢahidә edilir (gözünә bәdheybәt  adamlar, 
qorxunc heyvanlar, hәĢәrat vә s. görünür). Alkoqol delirisi, 
bәzәn ürәk fәaliyyәtinin pozulmasından ölümlә nәticәlәnir.  
2. Alkoqol hallüsinozu (alkoqol qarabasması).  
Alkoqol  hallüsinozu  da  kәskin  vә  xronik  olur.  Әn  çox 
eĢitmә  hallüsinasiyasına  tәsadüf  edilir.  Bu  zaman  xәstәyә 
elә gәlir ki, üstünә qıĢqırırlar, hәrәkәtlәrini pislәyirlәr, onu 
hәdәlәyirlәr,  lәkәlәmәk,  yaxud  nahaq  yerә  cәzalandırmaq 
istәyirlәr. Xәstәnin ağlı özündә olsa da onda hallüsinasiya 
qalır.  
3. Qısqanclıq sayıqlaması. 
Qısqanclıq sayıqlaması xronik alkoqol psixozlarının  әn 
xarakterik formasıdır. Bu zaman xәstәdә әsassız qısqanclıq 
hissi baĢ qaldırır, onu heç vәchlә bu fikirdәn daĢındırmaq 
olmur.  O,  hәtta  Ģübhәlәndiyi  adamın,  elәcә  dә  yaxın 
tanıĢlarının hәyatına qәsd edә bilәr.  
4. Korsakov psixozu. 
Korsakov  psixozu  alkoqol  psixozlarının  beynin 
alkoqolla  zәhәrlәnmәsi  nәticәsindә  baĢ  verәn  xüsusi 
formasıdır.  Sәciyyәvi  әlamәtlәri:  xәstәnin  yaddaĢı  vә 
oriyentasiyası  kәskin  pozulur,  gün  әrzindә  baĢ  verәn 
hadisәlәri, hәtta yeyib-yemәdiyini xatırlaya bilmir vә s.  
5.  Dipsomaniya  (yun.  dipsa  –  hәvәs  +  mania  – 
ağılsızlıq). 


215 
 
Dipsomaniya  alkoqolizm  nәticәsindә  baĢ  verәn  xüsusi 
xәstәlik  formasıdır.  Belә  hallarda  xәstә  yalnız  xәstәlik 
tutması  zamanı  sәrxoĢluq  edir.  Tutmalar  arasındakı 
müddәtdә isә spirtli içkiyә hәvәsi olmur, hәtta ondan ikrah 
edir.  Tipik  hallarda,  xәstә  bәdbinlikdәn  Ģikayәtlәnәrәk 
içmәyә  baĢlayır.  Sonralar  isә  içkiyә  aludәlik  xәstәnin 
onsuz  da  pozulmuĢ  iradәsinә  hakim  kәsilir.  O,  iĢ 
qabiliyyәtini itirir, hәrәkәtlәrinә nәzarәt edә bilmir.  
Qeyd:  Bundan  baĢqa  spirtli  içkilәrin  istifadәsindәn 
törәnәn  bir  çox xәstәliklәr  dә  var  ki,  ixtisas  üzrә  yazılmıĢ 
kitablarda  öz  әksini  tapmıĢdır.  Bu  xәstәliklәri  aĢağıdakı 
Ģәkildә sıralamaq olar: 
Әsәb xәstәliklәri. 
Hәzm xәstәliklәri (buraya ağız-boğaz selikli qiĢalarının 
zәdәlәnmәsi,  qida  borusu  iltihabı,  ağır  qanqusma,  qida 
borusu  xәrçәngi,  kәskin  mәdә  iltihabı,  xronik  mәdә 
iltihabı, mәdә xәrçәngi, mәdә yarası, mәdәaltı vәzi iltihabı, 
qaraciyәr xәstәliklәri vә s. daxildir). 
Ürәk xәstәliklәri (ürәk әzәlәlәrinin zәifliyi vә s.) 
Yoluxucu xәstәliklәr. 
Qan  çatıĢmazlığı  (qanda  dәmir,  B
12
  vitamini  vә  s. 
azalır). 
Xәrçәng xәstәliklәri. 
 
YEKUN 
1.
 
Spirtli  içkilәrә  qadağa  qoyulması  Quranın  elmi 
möcüzәlәrindәn  biridir.  Bu  hökm  açıqlandıqda  bәĢәriyyәt 
çox  böyük  iĢtahla  bu  növ  içkilәri  içir  vә  onun  gigiyenik 
fәsadlarından xәbәrsiz idi. 


216 
 
2.
 
Bәzi 
yazıçılara 
görә 
Quranın 
ecazkarlıq 
nümunәlәrindәn biri cahillik dönәminin әrәb cәmiyyәtindә 
apardığı qısamüddәtli dәyiĢiklikdir
1

 
ġәrabın  mәrhәlәli  Ģәkildә  qadağan  olunması  bunun  әn 
bariz nümunәsidir. 
3.
 
ġәrabın  haram  vә  murdar  olunmasının  sәbәblәri 
qeyd olunanlarla bitmir. 
Sonda  qeyd  olunan  xәstәliklәr  haqqında  iki  mәqamı 
nәzәrdәn  qaçırmaq  lazım  deyil.  Birincisi,  bu  xәstәliklәr 
ümumi 
xarakter  daĢımır.  Yәni  bütün  alkoqoliklәr  bu 
xәstәliklәrә  yoluxmur.  Çünki  insanların  orqanizminin 
dayanıqlılığı  müxtәlifdir.  Ġkincisi,  sonda  qeyd  olunan 
xәstәliklәrin  bir  çox  amillәri  mövcuddur  ki,  onlardan 
yalnız biri spirtli içkilәrdir. Yәni heç Ģәrab içmәyәnlәr belә 
bu xәstәliklәrә yoluxa bilәrlәr. 
 
 

Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin