Quran son sәmavi müjdәdir. Hansı ki, sonuncu Peyğәmbәrә (s), yәni һәzrәt Mәһәmmәdә (s) göndәrilәrәk



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə141/205
tarix28.12.2016
ölçüsü2,57 Mb.
#3725
1   ...   137   138   139   140   141   142   143   144   ...   205
7. SPĠRTLĠ ĠÇKĠLƏRĠN QADAĞAN 
OLUNMASI (
رمخ
). 
―شوخ‖  [xəmr]  nәdir?  ―شوخ‖  [xəmr]  örtmәk  mәnasını 
ifadә edir. Bir termin kimi isә keflәndirici içkilәrә deyilir. 
                                                 
1
 ―Tәfsiri-nümunә‖, c.1 , sәh. 2. 


207 
 
Bu heç dә tәsadüfi deyil. Çünki spirtli içkilәr insan ağlının 
üstünü örtür vә yaxĢını pisdәn ayırmağa imkan vermir. 
QURANIN ALKOQOLĠZMƏ QARġI 
MƏRHƏLƏLĠ MÜBARĠZƏSĠ 
Allah-taala  Quranda  Ģәrab  mәsәlәsinә  dörd  mәrhәlәdә 
toxunmuĢdur. 
Birinci mәrhәlәdә buyurur:  
“Siz  xurma  ağaclarının  meyvəsindən  və  üzümlərdən 
şərab və gözəl ruzi (kişmiş, mövüc, bəhməz, quru xurma və 
s.) düzəldirsiniz”
1
.
 
Bu  mәrhәlәdә  üzüm  vә  xurmadan  halal  vә  düzgün 
istifadәdәn söhbәt  açılır vә  faydalı istifadә  yolu  göstәrilir. 
Bu tәrbiyә üslunun ilk mәrhәlәsidir.  
Ġkinci mәrhәlә:  
“Səndən  içki  və  qumar  haqqında  sual  edənlərə  söylə: 
"Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət 
(dünya mənfəəti) vardır”
2
.
 
 
Bu  mәrhәlәdә  bir  neçә  mәsәlәyә  diqqәt  yetirmәk 
lazımdır. 
Birinci:  Quran  Ģәrabın  haram  olduğunu  bildirmәk 
istәyәrkәn ötәri Ģәkildә onun günah olduğunu önә çәkir. 
Ġkinci: Quranın tәrbiyә üsulu çox maraqlıdır. Çünki iki 
çirkin әmәlә qarĢı mübarizәni sәrt Ģәkildә baĢlamır. 
Üçüncü mәrhәlә:  
“Ey  iman  gətirənlər!  Sərxoş  ikən  nə  dediyinizi 
anlamayana qədər  və  cunub  (murdar) olduğunuz zaman  - 
                                                 
1
 Nәhl, 67. 
2
 Bәqәrә, 219. 


208 
 
yol  ötən  müsafirlər  müstəsnadır  -  qüsl  edənədək  namaza 
(və ya namaz qılınan yerə) yaxınlaşmayın”
1
.
 
Bu  ayә  haqqında  tәfsirçilәr  arasında  bir  neçә  baxıĢ 
mövcuddur. 
1.  Ayәdәn  mәqsәd  budur  ki,  müsәlmanlar  Ģәrab 
içdikdәn  sonra  keflәĢdikdә  (sәrxoĢ  vәziyyәtdә)  namaza 
yaxın durmasınlar. Bunun iki faydası var: 
a) Allahla münacat etmәk nә dediyini baĢa düĢmәkdәn, 
dәrk  etmәkdәn  asılıdır.  Kefli  ikәn  Allahın  qarĢısında 
dayanmaq hәm әdәbsizlik, hәm dә faydasızdır. 
b)  BeĢ  namazın  vaxtlarının  bir-birinә  yaxın  olması 
spirtli  içki  içmәyә  mane  olurdu.  Bu  bir  növ  alkoqolizmlә 
mübarizә idi
2

 
2. Bәzi  Ģiә  vә  әhli-sünnә  tәfsirçilәrinә  görә  mәlum ayә 
yuxu  ilә  bağlıdır.  Yәni  yuxulu  ikәn  namaza  yaxın 
durmayın. Bu bir çox rәvayәtlәrdә dә öz әksini tapmıĢdır
3
.
  
Digәr tәfsirçilәr isә bu baxıĢı rәdd edir vә bildirirlәr ki, 
ayәdә  mәqsәd  ümumiyyәtlә  tam  oyaq  olmaqdır.  ―Nә 
dediyinizi  bilәsiniz  deyә‖  ifadәsindәn  aydın  olur  ki, 
insanın tam oyaq olmadan (istәr yuxudan, istәrsә dә spirtli 
içkilәrin tәsirindәn) namaz qılması doğru deyil
4
.
  
3.
 
Ayәdә ―ٍْلص‖ [səlat] sözündәn mәqsәd namaz qılınan 
mәkan,  yәni  mәsciddir.  Buna  dәlil  ― لیجس یشثبػلاا‖  
ibarәsidir. Demәli, ayә  kefli  halda mәscidә  yaxın  getmәyi 
qadağan edir
5

 
Dördüncü mәrhәlә:  
                                                 
1
 Nisa, 42. 
2
 ―Tәfsiri-nümunә‖, c. 3, sәh. 395-396. 
3
 ―Nur әs-siqlәyn‖, c. 1, sәh. 483. 
4
 ―Tәfsiri-nümunә‖, c, 3. sәh. 50. 
5
 ―Mәcmә әl-bәyan‖, c. 2, sәh. 50. 


209 
 
“Ey iman gətirənlər! Şərab da, qumar da, bütlər də, fal 
oxları  da  Şeytan  əməlindən  olan  murdar  bir  şeydir. 
Bunlardan  çəkinin  ki,  bəlkə,  nicat  tapasınız!  Şübhəsiz  ki, 
Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və 
namaz  qılmaqdan  ayırmaq  istər.  Artıq  bu  işə  son 
qoyacaqsınızmı?”
1
  
Ayәdә bir neçә mәqamın üzәrindә dayanmaq lazımdır. 
Birincisi:    Ayә  Ģәrabın  hökmünü  qәti  olaraq 
açıqlamıĢdır.  Lakin  bu  öncәki  üç  mәrhәlәdә  yaranmıĢ 
hazırlıqdan  sonra  idi.  Belә  ki,  ayә  nazil  olduqdan  sonra 
(cahillik  dövrünün  Ģәrab  içәnlәrindәn  olan)  Ömәr  ibn 
Xәttabın cavabı  بٌیِزًا ....  بٌیِزًا
  
―artıq içmәyәcәyik‖ sözlәri 
oldu
2

 
Bu ayә nazil olduqda әlindә Ģәrab camı olanlar, camları 
sındırdılar. Camlar küçәlәrә töküldü. Cәmiyyәt yekdilliklә 
Ģәriәt  hökmünә  boyun  әydi.  Bu,  Quranın  heyrәtlәndirici 
tәrbiyә üsulunun tәsiri idi.  
Ġkinci: Bu ayәdә Ģәraba qadağa qoyulmaqla yanaĢı onun 
fәsadları da açıqlanmıĢdır. 

Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin