129
Quranın әdәdlәrlә bağlı riyazi möcüzәsi haqqında bir
neçә mәqama diqqәt yetirmәk zәruridir.
1.
Öncә dә qeyd etdiyimiz kimi bir çox müsәlman
alimlәri Quranın riyazi düzümü haqqında tәdqiqatlar
aparmıĢ vә maraqlı nәticәlәr әldә etmiĢlәr. Tәbii ki, bәzәn
yanlıĢ nәticәlәr dә alınmıĢdır. Müxalif vә müvafiqlәrin
söylәdiklәrinә nәzәr saldıqda görürük ki, Quranın riyazi
möcüzәsi müәyyәn mәnada hamı tәrәfindәn qәbul olunur.
Daha dәqiq desәk xüsusi iqrari Ģәkildә qәbul, ümumi iqrari
Ģәkildә isә rәdd olunur.
2.
Öncә dә qeyd olunduğu kimi Quranda 19 әdәdinin
tәmәl prinsip olması fikri yanlıĢdır. Amma bu hәmin
fikirdә olan müsәlman mütәfәkkirlәrin bәhai vә ya
tәmayülçü olduğunu söylәmәyә әsas veriri. Fikrimizcә
elmi mәsәlәlәrdә bu Ģәkildә davranmaq doğru deyil.
Maraqlı burasıdır ki, RәĢad Xәlifәni yanlıĢ tәfәkkürә malik
tәmayülçü adlandıranlar özlәri bu vә ya digәr Ģәkildә
Quranın riyazi möcüzәsini qәbul edirlәr.
3.
Quranın riyazi düzümü (hәr iki tәrәfin qәbul etdiyi
mәhdud vәziyyәt) heyrәtlәndiricidir. Çünki heç bir tәhsil
görmәyәn, oxumaq, yazmaq bilmәyәn bir Ģәxs 23 il
әrzindә, fәrqli Ģәraitdә -döyüĢ zamanı, sülh vә
әminamanlıq zamanı belә bir kitab tәqdim edilmiĢdir (yәni
adәtәn kitab yazan alimlәr kimi hәr Ģeydәn kәnarda tam
sakit
kitabxana
Ģәraitindә
yazmayıb).
Bu
çox
heyrәtlәndiricidir. Lakin mövcud riyazi düzüm Quranın
ecazkarlığını isbat edirmi?
Burada iki әsaslı irad mövcuddur. Birincisi, bu mәsәlә
kiçik müqәddimә (fәrdi hökm) baxımından natamamdır.
Çünki xüsusi iqrari Ģәkildә qәbul olunur. Ġsbat olunan
mәsәlәlәr Quranın ecazkarlığını sübuta yetirәcәk
qәdәr çox
deyil.