Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə183/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   179   180   181   182   183   184   185   186   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

191 



36. Onunla birlikdə iki cavan oğlan da (padşahı zəhərləməyə cəhd göstərməkdə ittiham 

edilmiş şah sarayının saqisi və aşpazı) zindana atıldı. (Gənclər Yusifin çox gözəl yuxu 

yozduğunu bildikdən sonra) onlardan biri (şərab paylayan) dedi: "Mən (yuxuda) 

gördüm ki, şərab (üçün üzüm) sıxıram". Digəri (aşpaz) isə belə dedi: "Mən gördüm ki, 

başımın üstündə çörək aparıram, quşlar da ondan yeyir. Gəl bu yuxunu bizə yoz. Biz, 

həqiqətən, sənin yaxşı adamlardan olduğunu görürük!"  

37. (Yusif) belə cavab verdi: "Yeyəcəyiniz təam gəlməmişdən əvvəl mən onun mə’nasını 

(gördüyünüz yuxuların dünyada nə ilə nəticələnəcəyini və ya yeməklərin nədən ibarət 

olacağını) sizə xəbər verərəm. Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir. Mən Allaha 

inanmayan və axirəti də inkar eləyən bir tayfanın dinini tərk etdim!  

38. Mən ata-babalarım İbrahim, İshaq və Yə’qubun dininə tabe oldum. Bizə heç bir şeyi 

Allaha şərik qoşmaq yaraşmaz. Bu (tövhid) Allahın bizə və (bütün) insanlara bəxş 

etdiyi ne’mətdir, lakin insanların əksəriyyəti (Ona) şükür etməz!  

39. Ey mənim iki zindan yoldaşım! (Sizə nə bir xeyir, nə də bir zərər verə bilən) ayrı-

ayrı tanrılar daha yaxşıdır (ibadət olunmağa daha layiqdir), yoxsa bir olan, (hər şeyə) 

qadir (qalib) olan Allah?!  

40. (Allahdan) qeyri ibadət etdikləriniz sizin və atalarınızın (özündən uydurub) 

qoyduğunuz (Allaha heç bir aidiyyəti olmayan) adlardan (bütlərdən) başqa bir şey 

deyildir. Allah isə onlara (ibadət edilməsinə dair) heç bir dəlil nazil etməmişdir. Hökm 

ancaq Allahındır. O sizə yalnız Onun Özünə ibadət etmənizi buyurmuşdur. Doğru 

(həqiqi) din budur, lakin insanların çoxu (bu həqiqəti) bilməz!  

41. Ey iki zindan yoldaşım! (Yuxularınızın mə’nasına gəldikdə) sizin biriniz yenə 

ağasına şərab içirdəcək, digəriniz isə e’dam olunacaq, quşlar da onun başından 

(dimdikləyib) yeyəcəklər. Haqqında soruşduğunuz iş belə həll edilmişdir!" (Birinizin 

həbsdən azad edilməsi, o birinizin asılması barəsində fərman verilmişdir!)  

42. (Yusif) bu iki nəfərdən nicat tapacağını yəqin etdiyi kimsəyə (şərabpaylayana) dedi: 

"Ağanın yanında məni də yada sal!" Lakin Şeytan ona ağasının yanında (Yusifi) yada 

salmağı unutdurdu və buna görə də o (Yusif) bir neçə (yeddi və ya on iki) il zindanda 

qaldı.  

43. (Bir gün) padşah (Misir padşahı) belə dedi: "Mən (yuxuda) yeddi arıq inəyin yeddi 

kök inəyi yediyini, həmçinin yeddi yaşıl və yeddi quru sünbül (quru sünbüllərin yaşıl 

sünbüllərin üstünə qalxıb bellərinə sarıldığını) gördüm. Ey ə’yanlar! Əgər yuxu yoza 

bilirsinizsə, mənim bu yuxumu yozun!"  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin