arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
188
8. Bir zaman (Yusifin qardaşları öz aralarında) belə demişdilər: "Biz (bir-birimizə bağlı,
sayca çox, güclü) bir dəstə olduğumuz halda, Yusif və onun (atabir-anabir) qardaşı (Bin
Yamin) atamıza daha əzizdirlər. Həqiqətən, atamız açıq-aşkar səhv edir!"
9. (Aralarında biri dedi: ) "Yusifi öldürün və ya (uzaq) bir yerə atın ki, atanız mehrini
yalnız sizə salsın. Ondan sonra isə (tövbə edib) əməlisaleh bir camaat olarsınız!"
10. Bir başqası (Rubil və ya Şəm’un) belə dedi: "Yusifi öldürməyin, onu bir quyunun
dibinə atın. Əgər belə etsəniz, yol keçənlərdən biri onu götürər".
11. Onlar dedilər: "Ata! Biz Yusifin xeyirxahları olduğumuz halda, sən nə üçün onu bizə
e’tibar etmirsən?
12. Sabah onu bizimlə birlikdə (çölə gəzməyə) göndər, qoy oynayıb əylənsin, gözü-
könlü açılsın. Biz onu mütləq qoruyacağıq!"
13. (Yə’qub) dedi: "Onu aparmağınız məni çox mə’yus edər (ayrılığına dözə bilmərəm).
Qorxuram ki, onu qurd yeyə, siz də xəbər tutmayasınız!"
14. Onlar: "Biz güclü bir dəstə (on bir nəfət) ola-ola (gözümüzün qabağında) qurd onu
yesə, onda biz aciz olarıq ki!" - deyə cavab verdilər.
15. (Qardaşları) onu (Yusifi) götürüb (çölə) apararkən onu quyuya atmaq üçün sözü bir
yerə qoydular. Biz (Yusifə): "Sən (bir vaxt) onlara (qardaşlarına) özlərinin bu işi
barəsində heç gözləmədikləri (səni tanımadıqları) halda xəbər verəcəksən!" - deyə vəhy
etdik.
16. Onlar axşamüstü ağlaya-ağlaya atalarının yanına gəldilər.
17. Və dedilər: "Ata! Biz (at çapmaq, yaxud qaçışıb-ötüşmək və ya ox atmaqda) bir-
birimizlə yarışmaq üçün (səhraya) getmişdik və Yusifi şeylərimizin (libaslarımızın)
yanında qoymuşduq. Bir də xəbər tutduq ki, qurd onu yemişdir. İndi biz doğru
danışsaq da, sən bizə inanmayacaqsan!"
18. Onlar (Yusifin) köynəyinin üstünə yalandan bir qan (ləkəsi yaxıb) gətirmişdilər.
(Yə’qub) dedi: "Xeyr (heç də dediyiniz kimi deyildir), sizin öz nəfsiniz sizi bu işə sövq
etmişdir (çirkin əməlinizi sizə gözəl göstərmişdir). Mənə yalnız gözəl (tükənməz,
dözümlü) səbir gərəkdir. Dediklərinizdən (Yusif barəsində dediklərinizin yalan
olduğunu sübut etməkdən) ötrü ancaq Allahdan kömək diləmək lazımdır!"
|