Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
196
82. Olduğumuz şəhərdən (Misir əhalisindən) də, birlikdə gəldiyimiz karvandan da
soruş. Biz, həqiqətən, doğru danışanlarıq!"
83. (Qardaşlar Yə’qubun yanına qayıdıb əhvalatı atalarına danışdıqdan sonra) o dedi:
"Xeyr, sizin öz nəfsiniz sizi bu işə sövq etdi (pis əməlinizi sizə yaxşı göstərdi). (Bir dəvə
yükü artıq ərzaq almaq xatirinə qardaşınızı bada verdiniz. Əvvələn, Bin Yamin heç vaxt
oğurluq etməz. İkincisi, oğurluq edənin tutulub kölə edilməsi bizim şəriətimizdədir.
Misir hökmdarı bizim şəriətimizi haradan bilir? Bunu siz ona demisiniz). (Mənə) yalnız
gözəl (tükənməz, dözümlü) səbr (gərəkdir). Ola bilsin ki, Allah onların (oğlanlarımın)
hamısını mənə yetirsin! O, həqiqətən, (hər şeyi) biləndir, hikmət sahibidir!"
84. (Bu sözlərdən sonra Yə’qub) onlardan (oğlanlarından) üz döndərdi. (Bin Yaminin
başına gələn bu iş onun yadına sevimli oğlu Yusifin müsibətini saldı) və: "(Heyf sənə)
yazıq Yusif!" - dedi. Dərd-qəmdən (həmişə ağlamaqdan Yə’qubun) gözlərinə ağ gəldi.
O, (bütün dərdini) içində çəkirdi (oğlanlarına bildirmirdi).
85. (Oğlanları Yə’quba) dedilər: "Allaha and olsun ki, sən Yusif deyə-deyə xəstələnib
əldən düşəcək, ya da öləcəksən!"
86. (Yə’qub) belə cavab verdi: "Mən dərd-sərimi yalnız Allaha ərz edirəm və Allahdan
(gələn vəhy ilə) sizin bilmədiklərinizi (Yusifin vaxtilə gördüyü yuxunun çin çıxacağını,
sizin və mənim ona tə’zim edəcəyimizi) bilirəm!
87. Oğullarım! Gedin Yusifdən və qardaşından (Bin Yamındən) bir xəbər bilin. Allahın
mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini
üzər!"
88. (Yə’qubun oğulları Misirə gəlib Yusifin) hüzuruna daxil olanda dedilər: "Ey vəzir!
Bizə və ailəmizə müsibət (quraqlıq, qıtlıq, aclıq) üz vermişdir. Bir az dəyərsiz malla
(sənin yanına) gəlmişik. (Buna baxmayaraq, yenə də onun müqabilində) bizim üçün
ölçünü düz elə (bolluca ərzaq ehsan et) və bizə sədəqə ver. Həqiqətən, Allah sədəqə
verənləri mükafatlandırar!"
89. (Yusif) onlardan: "Siz cahil olduğunuz zaman Yusifə və qardaşına nələr etdiklərinizi
bilirsinizmi?" - deyə soruşdu.
90. Onlar: "Yoxsa sən Yusifin özüsən?!" - dedilər. O da: "Mən Yusifəm, bu da
qardaşımdır. Allah bizə lütf etdi. Kim Allahdan qorxub pis əməllərdən çəkinsə və səbr
etsə, (bilsin ki) Allah yaxşı işlər görənlərin mükafatını əsla zay etməz!" - deyə cavab
verdi.
|