Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə185/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   181   182   183   184   185   186   187   188   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

193 



53. Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs 

(insana) pis işlər görməyi (şəfvətə uymağı) əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, 

rəhm edəndir!"  

54. Padşah dedi: "(Yusifi) yanıma gətirin, onu özümə ən yaxın (adam) edəcəyəm!" Sonra 

(padşah) onunla söhbət etdikdə: "Sən bu gün (bu gündən) yanımızda mövqe sahibisən, 

e’tibarlı bir şəxssən!" - dedi.  

55. (Yusif) dedi: "Məni bu yerin (Misirin) xəzinələrinə mə’mur tə’yin et (Misir 

xəzinələrini mənə tapşır), çünki mən (özümə e’tibar edilən mal-dövləti) qoruyanam, 

(işləri idarə etməyi) bilənəm!"  

56. Beləliklə, Yusifi o yerdə (Misir torpağında) mövqe (ixtiyar) sahibi etdik. O, (Misirdə) 

istədiyini edirdi (istədiyi yerdə mənzil sala bilirdi). Biz istədiyimizə mərhəmətimizi 

nəsib edər, yaxşı işlər görənlərin mükafatını zay etmərik.  

57. İman gətirib (Allahdan qorxanlar) pis əməllərdən çəkinənlər üçün axirət mükafatı, 

əlbəttə, daha xeyirlidir.  

58. (Misirə ərzaq üçün yollanan) Yusifin qardaşları gəlib onun hüzuruna daxil oldular. 

Onlar (Yusifi) tanımadıqları halda, (Yusif) onları dərhal tanıdı.  

59. (Yusif) onların (ərzaq) yüklərini hazırlayıb dedi: "Atabir qardaşınızı yanıma gətirin. 

Məgər mənim ölçüdə düz və qonaqpərvərlərin ən yaxşısı olduğumu görmürsünüz?!  

60. Əgər onu yanıma gətirməsəniz, məndən bir qab (keyl) belə ərzaq gözləməyin və 

mənə də yaxınlaşmayın!"  

61. (Yusifin qardaşları) dedilər: "Ondan ötrü atasını yola gətirməyə çalışarıq və sözsüz 

ki, (bunu) edərik".  

62. (Yusif) xidmətçilərinə dedi: "Onların (ərzaq əvəzinə verdikləri) mallarını da 

(xəlvətcə) yüklərinin içinə qoyun. Bəlkə, ailələrinə döndükdə onu (mallarının geri 

qaytarıldığını) başa düşsünlər və ola bilsin ki, (yenidən ərzaq almaq üçün bir daha 

yanımıza) qayıtsınlar!"  

63. (Yusifin) qardaşları atalarının yanına döndükdə dedilər: "Ata! Bizə ərzaq (taxıl 

ölçülüb) verilməsi qadağan edildi. (Əgər Bin Yamini bizimlə Misirə göndərməsən, bizə 

daha heç bir şey verilməyəcək). Yenidən ərzaq (taxıl ölçüb) almaq üçün qardaşımızı 

bizimlə birlikdə (Misirə) göndər. Biz, əlbəttə, onu qoruyacağıq!"  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin