Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
192
44. Onlar: "(Bu gördüklərin) qarmaqarışıq yuxulardır. Biz (belə) yuxuların yozumunu
bilmirik!" - deyə cavab verdilər.
45. (Zindandakı) iki (cavan) oğlandan (e’damdan) xilas olan (şərabpaylayan) bir neçə
müddətdən sonra (Yusifi) xatırlayıb dedi: "Mən sizə onun yozumunu xəbər verərəm.
Bircə məni (zindana - Yusifin yanına) göndərin!"
46. (Cavan oğlan padşahın izniylə zindana gəlib dedi: ) "Yusif! Ey doğru danışan adam,
bizim üçün bir yoz görək! Yeddi arıq inək yeddi kök inəyi yeyir. Yeddi yaşıl sünbül,
yeddi də quru sünbül. (Bir bunun mə’nasını mənə izah elə). Bəlkə, mən adamların
yanına (düzgün cavabla) qayıda bilim; bəlkə, onlar da (bu yuxunun mə’nasını)
bilsinlər!"
47. (Yusif) belə cavab verdi: "Yeddi il adətiniz üzrə (həmişəki kimi) əkin. Yediyiniz az
bir miqdar istisna olmaqla, qalan biçdiyinizi (artıq qalan məhsulu) isə sünbüldə
saxlayın.
48. Sonra bunun ardınca yeddi il quraqlıq (qıtlıq) olacaq. Onda əvvəlcədən həmin illər
üçün tədarük etdiyinizi yeyər, yalnız az bir miqdar (toxumluq) saxlayarsınız.
49. Daha sonra insanların bol yağış (bərəkət) görəcəyi bir il gələcək. Onda da adamlar
(zeytun, üzüm, xurma və s. meyvələrin) şirəsini sıxacaqlar (onlardan bol-bol istifadə
edib bəhrələnəcəklər)".
50. (Bunları eşidən) hökmdar: "Onu mənim yanıma gətirin!" - dedi. (Onun göndərdiyi)
elçi (Yusifin) yanına gəldikdə o: "Ağanın yanına qayıdıb soruş ki, (Züleyxanın
məclisində) əllərini kəsən o qadınların məqsədi nə idi? Həqiqətən, Rəbbim onların
məkrini biləndir!"
51. (Padşah həmin qadınları çağırtdırıb) soruşdu: "Yusifi tovlayıb yoldan çıxartmaq
istəməkdə məqsədiniz (qəsdiniz) nə idi? (Qadınlar: ) "Allah eləməsin! Biz onun
barəsində pis bir şey bilmirik!" - deyə cavab verdilər. Vəzirin övrəti (Züleyxa) dedi:
"Artıq indi həqiqət bəlli oldu. Yusifi tovlayıb yoldan çıxartmaq istəyən mən idim. O,
şübhəsiz, doğrubdanışanlardandır!"
52. (Yusif dedi:) "Bu (qadınlara həqiqəti e’tiraf etdirməyim) ona görədir ki, (vəzir evdə)
olmadıqda mənim ona xəyanət etmədiyimi və Allahın xainlərin hiylələrinə yol
vermədiyini (onları baş tutmağa qoymadığını) bilsin!
|