Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə178/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   174   175   176   177   178   179   180   181   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

186 



115. (Müşriklərin və kafirlərin əzab-əziyyətinə) səbr et. Allah yaxşı işlər görənlərin 

mükafatını zay etməz!  

116. Barı, sizdən əvvəlki nəsillərin ağıl və fəzilət (hünər) sahibləri yer üzündə fitnə-

fəsad törətməyi qadağan edəydilər! Onların xilas etdiyimiz az bir qismi istisnadır. 

(Onlar keçmiş peyğəmbərlərin əshabələridir ki, insanlara yaxşı işlər görməyi əmr edər, 

pis işləri yasaq edərdilər.) Zalımlar isə onlara verilmiş ne’mətə (dünyanın ləzzətinə) 

uydular və günahkar oldular.  

117. Məmləkətlərin əhalisi əməlisaleh olduğu ikən Rəbbin onları haqsız yerə məhv 

etməz!  

118. Əgər Rəbbin, istəsəydi bütün insanları (eyni dində olan) tək bir ümmət edərdi. 

Onlar (yəhudi, xaçpərəst, atəşpərəst və i. a. olmaqla dinləri barəsində) hələ də 

ixtilafdadırlar.  

119. Rəbbinin mərhəmət etdiyi kimsələr istisnadır. (Rəbbin) onları bunun üçün (belə bir 

ixtilafa düşdüklərinə görə xoşbəxt və bədbəxt, mö’min və kafir, cənnət və cəhənnəm 

əhli) yaratmışdır. (Allah insanların dində ixtilafda olub-olmayacaqlarını, özlərini necə 

aparacaqlarını əzəldən bildiyi üçün onların bütün gələcək işlərini və hərəkətlərini öz 

qüdrət qələmi ilə lövhi-məhfuzda yazmışdır). Artıq Rəbbinin (mələklərə dediyi): "Mən 

Cəhənnəmi (Allahı inkar edən) bütün cinlər və insanlarla dolduracağam!" - sözü 

tamamilə yerinə yetdi!  

120. (Ya Rəsulum!) Biz peyğəmbərlərin xəbərlərindən (başlarına gələnlərdən) ürəyini 

möhkəmləndirəcək (qəlbinə qüvvət verəcək) nə varsa, (hamısını) sənə nağıl edirik. Bu 

(surə) sənə haqq, mö’minlərə isə moizə və öyüd-nəsihət olaraq gəlmişdir!  

121. İman gətirməyənlərə de: "Siz etdiyinizi (bacardığınızı) edin, biz də etdiyimizi 

edəcəyik!  

122. Və (düçar olacağınız əzabı) gözləyin. Biz də gözləyirik!"  

123. Göylərin və yerin qeybi Allaha məxsusdur (Onun elmindədir). Bütün işlər də 

axırda Ona (Allaha) qayıdacaqdır. (Ya Rəsulum!) Yalnız Ona ibadət et və yalnız Ona 

təvəkkül elə. Rəbbin nə etdiklərinizdən qafil deyildir!  

 

 

 





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin