Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
183
84. Mədyən əhlinə də qardaşları Şüeybi (peyğəmbər göndərdik). O dedi: "Ey qövmüm!
Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Ölçünü və çəkini
əskiltməyin. Mən sizi xeyir-bərəkət içində (firavan yaşamaqda) görürəm. Bununla belə
(Allahın hökmlərinə riayət etməyəcəyiniz təqdirdə) sizi (hər tərəfdən) bürüyəcək bir
günün əzabından qorxuram!
85. Ey qövmüm! Ölçüdə və çəkidə düz (ədalətli) olun. İnsanların heç bir şeydə haqqını
əskiltməyin (adamların mallarının dəyərini aşağı salmayın, hər kəsin haqqı nə isə, onu
da verin). Yer üzündə gəzib fitnə-fəsad törətməyin!
86. Əgər mö’minsinizsə, (bilin ki, ölçüdə və çəkidə düz olandan sonra) Allahın (halal
olaraq) verdiyi mənfəət (dünyada və axirətdə) sizin üçün daha xeyirlidir. Mən də sizə
nəzarətçi deyiləm!"
87. Onlar (istehza ilə) dedilər: "Ey Şüeyb! Atalarımızın tapındığı bütləri tərk etməyimizi,
mallarımızla istədiyimiz kimi hərəkət etməkdən vaz keçməyimizi sənə namazınmı
(dininmi) əmr edir? Sən doğrudan da, həlim xasiyyətlisən, çox ağıllısan!"
88. (Şüeyb onlara) belə cavab verdi: "Ey qövmüm! Bir deyin görək! Əgər mən
Rəbbimdən aşkar bir mö’cüzə ilə gəlsəm və Rəbbim mənə Öz dərgahından gözəl (halal)
bir ruzi versə (mən ona haram qatarammı)? (Və ya mən öz Rəbbimə asi ola bilərəmmi?)
Mən sizə yasaq buyurduğum şeyin əksinə gedib onu özüm etmək istəmirəm. Mən
yalnız bacardığım qədər sizi islah etmək istəyirəm. Mənim (bu işdə) müvəffəqiyyətim
yalnız Allahın köməyilədir. Mən yalnız Ona təvəkkül etdim və məhz Onun hüzuruna
dönəcəyəm!
89. Ey qövmüm! Mənə qarşı olan ədavətiniz (qorxun ki) Nuh tayfasının, Hud
camaatının və Saleh qövmünün başına gələnləri sizin də başınıza gətirməsin. Lut tayfası
da sizdən uzaq deyildir! (Mənə qarşı düşmənçilik etsəniz, onların başına gələn
müsibətlər, sizin də başınıza gələr).
90. Rəbbinizdən bağışlanmağınızı diləyin və Ona tövbə edin. Həqiqətən, Rəbbim
(bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir!"
91. Onlar dedilər: "Ey Şüeyb! Dediklərinin çoxunu başa düşmür və səni aramızda zəif
(gücsüz) görürük. Əgər əşirətin (dinimizə tapınan qəbilən) olmasaydı, səni daşqalaq
edərdik. Yoxsa sən bizim üçün əziz (hörmətli) bir adam deyilsən!"
92. (Şüeyb) dedi: "Ey qövmüm! Məgər mənim əşirətim sizə Allahdan da əzizdir ki, Onu
unudub saymırsınız? Həqiqətən, Rəbbim (elmi ilə) nə etdiklərinizi biləndir!
|