Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
182
74. İbrahimin qorxusu çəkildikdə və ona (İshaqın doğulacağı haqqında) müjdə gəldikdə
Lut tayfası barəsində Bizimlə (mələklərimizlə) mübahisə etməyə başladı. (Əzabın
onlardan dəf edilməsini istədi).
75. Həqiqətən, İbrahim həlim xasiyyətli, (həmişə dua edərək) yalvarıb-yaxaran və
özünü tamamilə (Allaha) təslim etmiş bir zat idi. (İbrahimin mələklərlə mübahisəsi
onun bu yüksək keyfiyyətlərindən irəli gəlirdi).
76. (Mələklər dedilər: ) "Ey İbrahim! Bundan (bu mübahisədən) əl çək, Rəbbinin əmri
artıq gəlmişdir. Onlara mütləq qarşısıalınmaz bir əzab gələcəkdir.
77. Elçilərimiz (mələklər) Lutun yanına gəldikləri zaman (tayfası bu gözəl qonaqlara bir
pislik yetirər deyə) əndişəyə düşdü, ürəyi sıxıldı və: "Bu, çox çətin (başabəlalı) bir
gündür!" - dedi.
78. Tayfası (qonaq gəldiyini bilən) tələsik (Lutun) yanına gəldi. Onlar (Lutun yanına
gəlməzdən və mələkləri görməzdən) əvvəl də pis işlər görürdülər. (Lut onlara) dedi:
"Ey qövmüm! Bunlar (balalarım və ya ümmətimin qadınları) mənim qızlarımdır
(onlardan şəriətə müvafiq surətdə istifadə edin). Onlar (nikah baxımından) sizin üçün
daha təmizdirlər. Allahdan qorxun və (yaramaz əməllərinizlə) məni qonaqların yanında
rüsvay etməyin. Məgər aranızda (sizə yaxşı işlər görməyi əmr edən, pis işləri yasaq
edən) ağlı başında bir adam yoxdur?"
79. Onlar dedilər: "Sənin qızlarına heç bir rəğbətimiz (və ya ehtiyacımız) olmadığını,
şübhəsiz, bilirsən. Nə istədiyimizi də, yəqin ki, bilirsən!"
80. (Lut) dedi: "Kaş sizə çatan bir gücüm-qüvvətim olaydı, yaxud möhkəm bir arxaya
söykənəydim (alınmaz bir qalaya və ya güclü bir qəbiləyə pənah apara biləydim)!"
81. (Mələklər) dedilər: "Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə toxuna
bilməzlər. Gecənin bir vaxtında ailənlə birlikdə çıx get. Heç kəs dönüb geri baxmasın.
Təkcə övrətin istisnadır. Onlara toxunacaq əzab övrətinə də toxunacaqdır. Onların
(ölüm) vaxtı səhərdir. Səhər yaxın deyilmi?"
82. (Lut tayfasının məhvi barəsində) əmrimiz gəldiyi zaman o yurdun altını üstünə
çevirdik və üzərinə odda bişmiş (bir-birinə bitişik) bərk daşlar yağdırdıq.
83. Onlara Rəbbinin dərgahında əlamət qoyulmuş (hər daş kimə dəyəcəkdisə, üstünə
adı yazılmışdı). (Ya Rəsulum!) O (daşlar sənin ümmətin içərisində olan) zalımlardan də
uzaq deyildir! (Əgər şirkdən və küfrdən tövbə edib əl çəkməsələr, onların da başına
yağar).
|