Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
178
36. Nuha belə vəhy olundu: "Əvvəlcə iman gətirənlədrən başqa, tayfandan daha heç kəs
iman gətirməyəcək. Onların etdikləri əməllərə görə kədərlənmə! (Biz tezliklə onları
məhv edər, səni kafirlərin zülmündən qurtararıq!)
37. Nəzarətimiz altında və vəhyimiz üzrə (sənə öyrədəcəyimiz kimi) gəmini düzəlt,
zülm edənlər barəsində mənə müraciət etmə (onların bağışlanmalarını Məndən xahiş
etmə). Çünki onlar suda boğulacaqlar!"
38. (Nuh) gəmini düzəldir, ümmətinin ə’yan-əşrafı isə yanından ötüb-keçdikcə onu
məsxərəyə qoyurdular. (Nuh) onlara deyirdi: "Əgər (indi) siz bizi məsxərəyə
qoyursunuzsa, biz də (Allahın əzabı gəldikdə) sizi siz bizi məsxərəyə qoyduğunuz kimi
məsxərəyə qoyacağıq.
39. Onda rüsvayedici əzabın kimə gələcəyini və kimin əbədi əzaba düçar olacağını
biləcəksiniz!"
40. Nəhayət, (onları məhv etmək barəsində) əmrimiz gəldiyi və təndir qaynadığı
(təndirdən və ya yer üzündən, yaxud gəminin qazanından su qaynayıb daşdığı) zaman
(Nuha) dedik: "Hər heyvandan biri erkək, biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə
(ölümünə) əvvəlcədən hökm verilmiş şəxslər istisna olmaqla, qalan ailə üzvlərini və
iman gətirənləri gəmiyə mindir!" Əslində onunla birlikdə (tayfasından) çox az adam
iman gətirmişdi.
41. Nuh dedi: "Gəmiyə minin! Onun (üzüb) getməsi də, dayanması da Allahın adı
ilədir. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!"
42. Gəmi onları dağlar kimi (yüksək) dalğaların içi ilə apardığı zaman Nuh (gəmidən)
aralı olan oğlunu (Kən’anı) haraylayıb dedi: "Oğlum! Bizimlə birlikdə gəmiyə min,
kafirlərdən olma!"
43. (Oğlu ona) belə cavab verdi: "Mən bir dağa sığınaram, o da məni sudan qoruyar".
Nuh dedi: "Allahın rəhm etdiklərindən başqa, bu gün heç kəs (insanları) Onun
əzabından qoruya bilməz!" Nəhayət, dalğa ata ilə oğulun arasına girib onları bir-
birindən ayırdı və o da suda boğulanlardan oldu.
44. (Allahdan bir əmr olaraq: ) "Ey yer! Suyunu ud! Ey göy! (Yağışını) saxla (açıl)!" -
deyildi. Su çəkildi. İş bitdi (Nuha iman gətirməyənlərin məhv edilməsi barədə Allahın
əmri yerinə yetdi). Gəmi Cudi dağı üzərində oturdu və: "Zalımlar məhv (Allahın
mərhəmətindən uzaq) olsun!" - deyildi.
|