Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
180
55. Bircə Ondan (Allahdan) başqa! (Yalnız Ona ibadət edirəm). İndi hamılıqla mənə
qarşı nə hiylə qurursunuzsa, qurun və mənə heç möhlət də verməyin!
56. Mən özümün və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. (Yer üzündə) elə bir
canlı yoxdur ki, onun ixtiyarı (Allahın) əlində olmasın. Həqiqətən, Rəbbim düz
yoldadır! (Ədalət sahibidir. Hər kəsin cəzasını öz əməli müqabilində verir. Heç kəsin
haqqını tapdalayıb mükafatını azaltmır. Mö’minə Cənnət, kafirə isə Cəhənnəm qismət
edir).
57. Əgər (imandan) üz çevirsəniz, bilin ki, mən (Allahın mənə lütf etdiyi peyğəmbərliyi,
buyurduğu hökmləri) sizə təbliğ etdim. Rəbbim yerinizə başqa bir ümmət gətirər və siz
(Ona) heç bir zərər yetirə bilməzsiniz. Həqiqətən, Rəbbim hər şeyi hifz edəndir!"
58. (Hud tayfasının məhvi barəsində) əmrimiz gəldikdə Bizdən bir mərhəmət olaraq
Hudu və onunla birlikdə iman gətirənləri xilas etdik və onları şiddətli əzabdan
qurtardıq!
59. Bu da Ad tayfasıdır! Onlar Rəbbinin ayələrini inkar etdilər, Onun Peyğəmbərlərinə
qarşı çıxdılar (peyğəmbərlərin hamısı tövhid, təkallahlılıq təblig etdiklərinə görə bir
peyğəmbərə qarşı çıxan kimsə bütün peyğəmbərlərə qarşı çıxmış olur), başlarının
üstündə duran hər bir inadkar böyüyün əmrinə tabe oldular.
60. Və, beləliklə, dünyada da, qiyamət günündə də lə’nətə uğradılar. Bilin ki, Hud
tayfası Rəbbini inkar etmişdi. Xəbəriniz olsun ki, Hudun tayfası Ad (Allahın
mərhəmətindən) kənar (uzaq) oldu. (Ərəb tarixində iki Ad tayfasının adı çəkilir. Biri
Hudun tayfası Ad, digəri isə Adul-İrəmdir ki, ona Zatul-İmad da deyilir. Onları bir-
birindən fərqləndirmək üçün burada birinci Ad qəbiləsi Hud qövmü adlandırılır).
61. Səmud qövmünə də qardaşları Salehi (peyğəmbər göndərdik). O dedi: "Ey
camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. O sizi (atanız
Adəmi) yerdən (torpaqdan) yaradıb orada sakin etdi (və ya uzun ömür verdi).
(Allahdan) bağışlanmağınızı diləyin, sonra da Ona tövbə edin. Həqiqətən, Rəbbim (Öz
elmi, qüdrəti, mərhəməti ilə yaratdıqlarına) yaxındır, (duaları) qəbul edəndir!"
62. Onlar dedilər: "Ey Saleh! Sən bundan əvvəl içərimizdə (böyüyümüz, ağsaqqalımız
olmağa) ümid edilən bir adam idin. İndi atalarımızın ibadət etdiyinə (bütlərə, tanrılara)
ibadət etməyi bizə qadağanmı edirsən? Doğrusu, biz sənin bizləri də’vət etdiyin
(tövhid) barədə şəkk-şübhə içindəyik".
63. (Saleh onlara) belə cavab verdi: "Ey camaatım! Bir deyin görək. Əgər mənim
Rəbbimdən aşkar bir mö’cüzə olsa, O mənə Özündən bir mərhəmət (peyğəmbərlik) lütf
|