Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
181
etsə, mən də Ona asi olsam, məni Allahın əzabından kim qurtara bilər? Siz mənə
ziyandan başqa bir şey artırmayacaqsınız!
64. Ey camaatım! Allahın bu dişi (maya) dəvəsi sizin üçün bir mö’cüzədir. Qoyun
Allahın torpağında otlasın, ona bir pislik etməyin, yoxsa şiddətli bir əzaba düçar
olarsınız!"
65. Onlar (dəvəni) tutub (ayaqlarından) kəsdilər. (Saleh də onlara) dedi: "Daha üç gün
yurdunuzda yaşayıb kef çəkin. Bu elə bir və’ddir (sözdür) ki, yalan çıxmaz!"
66. (Saleh tayfasının məhvi barəsində) əmrimiz gəldikdə Bizdən bir mərhəmət olaraq
Salehi və onunla birlikdə iman gətirənləri xilas etdik və o günün rüsvayçılığından
qurtardıq. Həqiqətən, Rəbin yenilməz qüdrət sahibi, qüvvət sahibidir!
67. O zülm edənləri qorxunc (tükürpədici) bir səs bürüdü və evlərində diz üstə çöküb
qaldılar (bir göz qırpımında həlak oldular).
68. Sanki onlar heç yaşamamışdılar. Bilin ki, Səmud tayfası Rəbbini inkar etmişdi.
Xəbəriniz olsun ki, Səmud tayfası (Allahın mərhəmətindən) kənar (uzaq) oldu!
69. Həqiqətən, elçilərimiz (mələklər) İbrahimə müjdə (İshaqın anadan olacağı xəbərini)
gətirib: "Salam!" - dedilər. (İbrahim də: ) "Salam!" - deyə cavab verdi və dərhal (gedib
onlara) qızarmış bir buzov gətirdi.
70. (İbrahim qonaqların) əllərinin yeməyə uzanmadıqlarını gördükdə onların bu
hərəkəti xoşuna gəlmədi və qorxuya düşdü. Onlar dedilər: "Qorxma (biz Allahın
mələkləriyik), biz Lut tayfasına (onu məhv etmək üçün) göndərilmişik!"
71. (İbrahimin) arvadı (Sara pərdə arxasında) durmuşdu (və ya qonaqlara qulluq
edirdi). O (bu sözləri eşidib Lut tayfasının başına gələcək müsibətdən qafil olduğuna
sevinərək və ya qoca yaşında oğlu olacağına təəccüblənərək) güldü. Bundan sonra Biz
onu İshaqla, İshaqın da ardınca Yə’qubla (İshaqın, ondan sonra Yə’qubun dünyaya
gələcəyi ilə) müjdələdik.
72. (İbrahimin arvadı) dedi: "Vay halıma! Mən qoca bir qarı, bu ərim də ixtiyar bir kişi
olduğu halda, mən necə doğa bilərəm?! Bu çox təəccüblü bir şeydir!"
73. (Mələklər ona) dedilər: "Allahın əmrinə (əmr etdiyi bir şeyə) təəccübmü edirsən? Ey
ev əhli! Allahın bərəkəti və mərhəməti üstünüzdə olsun. Allah tə’riflənib şükür
olunmağa, öyülüb mədh edilməyə layiqdir!" (Allahın bütün işləri bəyənilmişdir. O,
tükənməz və əvəzsiz ne’mət, ehsan və kərəm sahibidir!)
|