Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə171/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   167   168   169   170   171   172   173   174   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

179 



45. Nuh Rəbbinə (dua ilə) müraciət edib dedi: "Ey Rəbbim! Oğlum (Kən’an) mənim ailə 

üzvlərimdəndir. Sənin və’din, sözsüz ki, haqdır. Sən hakimlərin hakimisən!"  

46. (Allah) buyurdu: "Ey Nuh! O sənin ailəndən deyildir. Çünki o (küfr etməklə) pis bir 

iş görmüşdür. (Və ya sənin Məndən onu xilas etmək xahişin yaxşı iş deyildir). Elə isə 

bilmədiyin bir şeyi Məndən istəmə. Sənə cahillərdən olmamağı tövsiyə edirəm 

(məsləhət görürəm)".  

47. (Nuh) dedi: "Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən (belə bir işə cür’ət 

etməkdən) Sənə sığınıram. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyana 

uğrayanlardan olaram!"  

48. (Sonra) belə deyildi: "Ey Nuh! Sənə və səninlə birlikdə (gəmidə) olan camaatdan 

törənəcək (mö’min) ümmətlərə Bizdən əmin-amanlıq və bərəkətlər bəxş edilməklə 

(gəmidən) en. (Gələcəkdə sizin nəsildən olub küfr edəcək) bə’zi ümmətlərə də 

(dünyada) dolanışıq verəcək, sonra isə (axirətdə) onları şiddətli bir əzaba düçar 

edəcəyik!"  

49. Bunlar (bu əhvalatlar) sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb 

xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. (Ya 

Peyğəmbərim! Müşriklərin və kafirlərin əzab-əziyyətinə) səbr et. Həqiqətən, (gözəl) 

aqibət müttəqilərindir!  

50. Ad tayfasına da qardaşları Hudu (peyğəmbər göndərdik). O dedi: "Ey camaatım! 

Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxudr. Siz isə (Allaha şərik 

qoşmaqla) yalnız iftiraçısınız!  

51. Ey camaatım! Mən buna (peyğəmbərliyi təbliğ etməyə) görə sizdən heç bir mükafat 

istəmirəm. Mənim mükafatım yalnız məni yaradana aiddir. Məgər dərk etmirsiniz?  

52. Ey camaatım! Rəbbinizdən bağışlanmanızı diləyin. Sonra Ona tövbə edin ki, göydən 

sizə bollu (peydərpey) yağış göndərsin, qüvvətinizin üstünə bir qüvvət də artırsın. 

(Mənim də’vətimdən və imandan) günahkar olaraq üz çevirməyin!"  

53. Onlar da dedilər: "Ey Hud! Sən bizə açıq-aşkar bir mö’cüzə gətirmədin. Sənin 

sözünlə tanrılarımızı tərk edən deyilik. Biz sənə inanmırıq!  

54. Biz ancaq bunu deyirik ki, bə’zi tanrılarımız (onlara tapınmağımızı qadağan 

etdiyinə görə) sənə sədəmə (xətər) toxundurmuşdur (ona görə də ağzına gələni 

danışırsan)". (Hud) belə cavab verdi: "Allahı şahid tuturam və siz də şahid olun ki, mən 

sizin (Rəbbinizə) qoşduğunuz şəriklərdən uzağam!  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin