Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
185
106. Bədbəxt olanlar od içərisində (Cəhənnəmdə) qalacaqlar. Onların orada ah-fəryad
gözləyir.
107. Rəbbinin istədiyi (tövhid və iman əhli) istisna olmaqla, onlar orada əbədi-göylər və
yer durduqca qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir. (Günahkar mö’minlər
kafirlərdən fərqli olaraq bir müddət Cəhənnəmdə qalıb günahları təmizlənəndən sonra
Allahın iznilə Cənnətə daxil ediləcəklər).
108. Xoşbəxt olanlar isə Cənnətdədirlər. Onlar, Rəbbinin dilədiyindən (bə’zi kamil
mö’minlərin daha yüksək mərtəbələrə - ərşi-ə’laya qalxması, bir müddət Cəhənnəmdə
əylənməsi və Allahın izni ilə onlara günahkarlardan ötrü şəfaət etmək şərəfi nəsib
olmasından) əlavə, tükənməz bir ne’mət kimi göylər və yer durduqca orada əbədi
qalacaqlar.
109. Elə isə bunların (bütpərəstlərin) tapındıqlarının (bütlərin) batil olmasına şübhə
etmə. Onlar ancaq atalarının əvvəlcə ibadət etdikləri kimi (kor-koranə) ibadət edirlər.
Biz onların qismətini əskiltmədən (tamam-kamal) verəcəyik!
110. Biz Musaya kitab (Tövrat) verdik və onun (Qur’anın) barəsində də ixtilaf düşdü
(yəhudilərin bə’zisi isə inanmadı). Əgər Rəbbindən öncə bir söz (ilahi hökm, təqdir)
olmasaydı (cəza qiyamətə saxlanılmasaydı), şübhəsiz ki, (hələ dünyada ikən) işləri
bitmişdi. (Ya Rəsulum!) Həqiqətən, onlar (yəhudilər və ya Məkkə müşrikləri) onun
(Qur’anın) barəsində də şəkk-şübhədədirlər!
111. Rəbbin, şübhəsiz ki, onların hamısına əməllərinin cəzasını verəcəkdir. Allah
onların nə etdiklərindən xəbərdardır!
112. (Ya Rəsulum!) Sənə əmr edildiyi kimi, düz (yolda) ol. Səninlə birlikdə iman
gətirənlər (tövbə edib ardınca gedənlər) də düz (yolda) olsunlar. (Allahın əmrlərini
pozub) həddi aşmayın, çünki O sizin nə etdiklərinizi görəndir!
113. Zülm edənlərə (rəğbət bəsləməklə, kömək göstərməklə) meyl etməyin, yoxsa sizə
atəş toxunar (cəhənnəmlik olarsınız). Sizin Allahdan başqa dostunuz (himayədarınız)
yoxdur. Sonra sizə (dünyada da, axirətdə də Onun əzabından heç bir) kömək olunmaz!
114. (Ya Rəsulum!) Namazı gündüzün iki başında (günortadan əvvəl və sonra, yə’ni
səhər, günorta və gün batan çağı və ya günün iki başında, yə’ni səhər-axşam) və
gecənin (gündüzə yaxın) bə’zi saatlarında (axşam və gecə vaxtı) qıl. Həqiqətən, (beş
vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın
mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir (xatırlatmadır).
|