Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
441
43. Yoxsa onlar (müşriklər) Allahdan qeyrilərini (bütləri) şəfaətçi etdilər? (Ya
Peyğəmbər!) De: "Onlar heç bir şeyə malik olmadıqları və heç bir şey qanmadıqları
halda (şəfaətmi edəcəklər)?!"
44. De: "Bütün şəfaət yalnız Allaha məxsusdur. Göylərin və yerin hökmü Onun
əlindədir. Sonra siz (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız!"
45. Allah tək olaraq anıldığı (la ilahə illallah deyildiyi) zaman axirətə inanmayanların
qəlbləri nifrətlə dolar. Ondan (Allahdan) başqaları (bütlər, tanrılar) yad edildiyi zaman
isə onları dərhal sevinc bürüyər.
46. De: "Ey göyləri və yeri yoxdan yaradan, ey gizlini və aşkarı bilən Allah! Bəndələrin
arasında ixtilafda olduqları (məsələlər) barəsində Sən hökm edəcəksən!"
47. Yer üzündə nə (sərvət) varsa, hamısı, üstəlik bir o qədər də kafirlərin olmuş olsaydı,
mütləq onun qiyamət gününün pis əzabından qurtarmaq üçün fidyə verərdilər (lakin
onlardan fidyə qəbul olunmaz). Və (o zaman) Allahdan onlara güman etmədikləri
(gözləmədikləri əzab) görünəcəkdir.
48. Onlara (dünyada) etdikləri pis əməllərin cəzası (pis nəticəsi) görünəcək və istehza
etdikləri (əzab) onları saracaqdır!
49. İnsana bir zərər toxunduğu (sıxıntı üz verdiyi) zaman Bizə dua edər. Sonra
dərgahımızdan ona bir ne’mət ə’ta etdikdə: "Bu mənə yalnız biliyimə (ticarətdən,
qazanc işlərindən başım çıxdığına) görə verilmişdir!" - deyər. Xeyr, bu bir imtahandır,
lakin onların (insanların) əksəriyyəti (cahilliyi üzündən bunu) bilməz!
50. Şübhəsiz ki, bu sözü onlardan (Məkkə müşriklərindən) əvvəlkilər (keçmiş
ümmətlər) də demişdilər. Lakin qazandıqları (dünya malı) onlara heç bir fayda vermədi
(əzabı onlardan dəf edə bilmədi).
51. Onlar etdikləri pis əməllərin cəzasına düçar oldular. Bunların (Məkkə müşriklərinin)
zülm edənləri də qazandıqları günahların cəzasına düçar olacaqlar. Onlar (Allahı) aciz
buraxan deyillər (qaçıb canlarını əzabımızdan qurtara bilməzlər).
52. Məgər onlar hələ də bilmirlərmi ki, Allah istədiyinin ruzisini artırar, (istədiyininkini
də) azaldar. Həqiqətən, bunda iman gətirən bir qövm üçün ibrətlər vardır!
53. (Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: "Ey Mənim (günah törətməklə)
özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın.
|