Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
442
Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm
edəndir!
54. (Tövbə edib) Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun.
Sonra sizə heç bir kömək olunmaz!
55. Qəfil əzab özünüz də bilmədən başınızın üstünü almamışdan əvvəl Rəbbinizdən
sizə nazil edilmiş ən gözəl sözə (Qur’ana) tabe olun!
56. (Elə edin ki, sonradan) bir kəs: "Allaha itaət barəsində etdiyim təqsirlərə görə vay
halıma! Həqiqətən, mən (Allahın hökmlərinə, Qur’ana, Peyğəmbərə və mö’minlərə)
istehza edirdim!" - deməsin.
57. Yaxud: "Əgər Allah məni doğru yola yönəltsəydi, mən mütləq müttəqilərdən
olardım!" - söyləməsin.
58. Və ya əzabı gördüyü zaman: "Kaş bir dəfə də (dünyaya) qayıda biləydim; yaxşı işlər
görənlərdən olardım!" - deməsin!
59. (Onun bu sözlərinin cavabında Allah belə buyurar: ) "Xeyr, Mənim ayələrim sənə
gəlmişdi, amma sən onları yalan saydın, (iman gətirməyə) təkəbbür göstərdin və
kafirlərdən olsun!"
60. (Ya Peyğəmbər!) Qiyamət günü Allaha qarşı yalan uydurub söyləyənlərin üzlərini
qapqara görərsən. Məgər təkəbbür göstərənlər üçün Cəhənnəmdə yer yoxdur?! (Əlbəttə
vardır!)
61. Allah müttəqilərə imanlarına (fəzilətlərinə, dünyada qazandıqları uğurlara) görə
nicat verər. Onlara pislik (cəhənnəm əzabı) toxunmaz və onlar qəm-qüssə də görməzlər.
62. Allah hər şeyin xaliqidir. O, hər şeyə vəkildir!
63. Göylərin və yerin açarları (ixtiyarı) Onun əlindədir. Allahın ayələrini inkar edənlər -
məhz onlar ziyana uğrayanlardır!
64. De: "Ey cahillər! (Bütün bunlardan sonra) mənə Allahdan başqasınamı ibadət etməyi
əmr edirsiniz?"
65. (Ya Rəsulum!) Sənə və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) belə vəhy
olunmuşdur: "Əgər (Allaha) şərik qoşsan, bütün əməlin puça çıxacaq və mütləq ziyan
çəkənlərdən olacaqsan!
|