Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?


arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə432/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   428   429   430   431   432   433   434   435   ...   630
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

446 



Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib Sənin 

yolunla gedənləri bağışla, onları cəhənnəm əzabından qoru!  

8. Ey Rəbbimiz! Onları da, atalarından, zövcələrindən və nəsillərindən əməlisaleh 

olanları da özlərinə və’d buyurduğun Ədn cənətlərinə daxil et. Şübhəsiz ki, Sən 

yenilməz qüvvət, hikmət sahibisən!  

9. Onları pisliklərdən (tövbədən qabaq etdikləri pis əməllərinin cəzasından) qoru. O 

gün (qiyamət günü) pisliklərdən kimi qorusan, şübhəsiz ki, ona rəhm etmiş olursan. Ən 

böyük qurtuluş (uğur) budur!"  

10. Küfr edənlərə (qiyamət günü Cəhənnəmə daxil olduqda) belə müraciət ediləcəkdir: 

"Allahın nifrəti sizin (dünyadakı pis əməllərinizə görə bu gün) özünüzə (və ya bir-

birinizə) olan nifrətinizdən daha böyükdür. Çünki siz imana də’vət olunduğunuz 

zaman öz küfrünüzdə davam edib dururdunuz!"  

11. Onlar deyəcəklər: "Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb, iki dəfə diriltdin (əvvəlcə 

atalarımızın belində ölü vəziyyətində olduğumuz ikən bizi dünyaya gətirdin. Bir 

müddət dünyada yaşatdıqdan sonra öldürdün və indi, qiyamət günü yenidən 

diriltdin). Biz öz günahlarımızı e’tiraf etdik. İndi (buradan) çıxmağa bir yol varmıdır?"  

12. (Onlara belə cavab veriləcəkdir: ) "Bu (əzab) ona görədir ki, (dünyada) yalnız Allah 

çağırıldığı (Allahdan başqa heç bir tanrı yoxdur deyildiyi) zaman inkar edir, Ona şərik 

qoşulduqda isə inanırdınız. İndi isə hökm (hər şeydən) uca, böyük olan Allahındır!"  

13. Sizə ayələrini (mö’cüzələrini, dəlillərini) göstərən, göydən ruzi (hər şeyi göyərdən 

yağış) endirən məhz Odur. (Bu ayələrdən) ancaq (tövbə edib Rəbbinə) dönən (Ona şərik 

qoşmaqdan imtina edən) kimsə ibrət alar!  

14. (Ey mö’minlər!) Kafirlərə xoş gəlməsə də, Allaha dini yalnız Ona aid edərək (ixlasla) 

ibadət edin!  

15. Dərəcələri yüksəldən (mələklərin, peyğəmbərlərin, övliyaların və mö’minlərin 

mərtəbələrini ucaldan, yaxud hər şeydən uca), ərşin sahibi Allah öz əmrindən olan 

vəhyi bəndələrindən istədiyinə nazil edir ki, (o, insanları) görüş günü (yer və göy 

əhlinin, ibadət edənlə ibadət olunanın, zalımla məzlumun bir-birilə görüşəcəyi, ruhla 

bədənin qovuşacağı qiyamət günü) ilə qorxutsun!  

16. Elə bir gün ki, onlar (bütün insanlar qəbirlərindən) çıxacaq, onların heç bir şeyi 

Allahdan gizli qalmayacaqdır. (Allah buyuracaq: ) "Bu gün hökm kimindir?" (Heç kəsin 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   428   429   430   431   432   433   434   435   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin