Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
443
66. Xeyr, yalnız Allaha ibadət et və (Onun ne’mətlərinə) şükür edənlərdən ol!"
67. (Müşriklər) Allahı lazımınca qiymətləndirmədilər (uca tutmadılar). Halbuki qiyamət
günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə
büküləcəkdir (yerin də, göyün də hökmü ancaq Allahın əlindədir, bütün kainat Allahın
qüdrətinə tabedir). (Allah müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaq və
ucadır!
68. Sur (birinci dəfə) çalınacaq, Allahın göylərdə və yerdə olan istədiyi kimsələrdən
(Cəbrail, Mikail, Əzrail və İsrafildən, yaxud ərşi daşıyan mələklərdən və ya müsəlman
şəhidlərindən) başqa, dərhal hamı yıxılıb öləcək. Sonra bir daha çalınan kimi onlar
(qəbirlərindən) qalxıb (Allahın əmrinə) müntəzir olacaqlar!
69. Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, kitab (ortaya) qoyulacaq (hərənin əməl dəftəri
öz əlinə veriləcəkdir), peyğəmbərlər və şahidlər (əməlisaleh insanlar və ya mələklər
araya) gətiriləcək, onlar (bəndələr) arasında ədalətlə hökm olunacaq və onlara haqsızlıq
edilməyəcəkdir!
70. Hər kəs öz əməlinin cəzası (əvəzi) veriləcəkdir! Allah onların nə etdiklərini ən yaxşı
biləndir!
71. Kafirlər dəstə-dəstə Cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatınca onun qapıları
açılacaq və cəhənnəm gözətçiləri onlara deyəcəklər: "Məgər sizə öz içərinizdən
Rəbbinizin ayələrini oxuyan, sizi bu gününüzə qovuşacağınızla qorxudan
peyğəmbərlər gəlməmişdi?" Onlar isə: "Bəli (gəlmişdi), lakin əzab sözü (əzab hökmü
biz) kafirlər barəsində vacib oldu!" - deyə cavab verəcəklər.
72. (Onlara) belə deyiləcək: "Girin Cəhənnəmin qapılarına (təbəqələrinə) orada əbədi
qalmaq üçün!" (İman gətirməyə) təkəbbür göstərənlərin məskəni necə də pisdir!
73. Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatınca
onun qapıları açılacaq və (cənnət) gözətçiləri (onlara): "Salam əleykum! (Sizə salam
olsun!) Xoş gəldiniz! Əbədi qalacağınız Cənnətə daxil olun!" - deyəcəklər.
74. Onlar isə: "Bizə verdiyi və’dini yerinə yetirmiş və bizi bu yerə varis etmiş Allaha
həmd olsun! Biz Cənnətin istədiyimiz yerində sakin oluruq. (Dünyada yaxşı) əməllər
edənlərin mükafatı necə də gözəldir!" - deyəcəklər.
75. (Ya Peyğəmbər!) Mələkləri də ərşi (hər tərəfdən) əhatə edərək Rəbbini həmd-səna ilə
təqdis edən görəcəksən. Onların (bütün məxluqatın) arasında ədalətlə hökm olunacaq
|