Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
452
71. O zaman ki, boyunlarında halqalar və zəncirlər olduğu halda sürüklənəcəklər
72. Cəhənnəmə (qaynar suya) tərəf, sonra odda yandırılacaqlar,
73. Sonra da onlara belə deyiləcəkdir: "Haradadır şərik qoşub ibadət etdikləriniz -
74. Allahdan qeyri?!" (Müşriklər) deyəcəklər: "Onlar bizdən qeyb oldular. Xeyr, biz
əslində öncə (dünyada) heç nəyə ibadət etmirdik!" Allah (haqq yoldan) kafirləri belə
azdırar!
75. (Onlara belə deyiləcəkdir: ) "Bu (əzab) sizin yer üzündə nahaq yerə sevinməyinizə
və təkəbbürlənməyinizə görədir!
76. Girin cəhənnəmin qapılarına (təbəqələrinə) orada əbədi qalmaq üçün!"
Təkəbbürlülərin sığınacağı necə də pisdir!
77. (Ya Peyğəmbər! Müşriklərin əziyyətlərinə) səbr et. Allahın (sənə və mö’minlərə
verdiyi zəfər) və’di haqdır. Ya onlara və’d etdiyimizin (əzabın) bir qismini (diri ikən)
sənə göstərəcək, ya da səni Öz dərgahımıza aparacağıq. Onlar Bizim hüzurumuza
qaytarılıb gətiriləcəklər! (Qiyamət günü dünyadakı əməllərinə görə şiddətli əzaba düçar
olacaqlar!)
78. Biz səndən əvvəl də peyğəmbərlər göndərmişdik. Onlardan kimisi haqqında sənə
xəbər vermiş, kimisi haqqında xəbər verməmişik. Heç bir peyğmbər Allahın izni
olmadan bir mö’cüzə gətirə bilməz. Allahın (kafirlərə əzab verilməsi barədə) əmri
gəldikdə (peyğəmbərlər və onları təkzib edənlər arasında) ədalətlə hökm olunar. Yalan
danışanlar (batil söyləyənlər) elə oradaca ziyana uğrayarlar.
79. Sizin üçün minməyə heyvanlar yaradan Allahdır. Onlardan yedikləriniz də var.
80. Sizin üçün onlardan daha neçə-neçə mənfəətlər vardır (dərilərindən çadır qurur,
yunlarından paltar, yorğan-döşək düzəldirsiniz). Ürəyinizdən keçən bir arzuya onları
minməklə yetişirsiniz (onları minib istədiyiniz yerə gedirsiniz). (Quruda bir yerdən
başqa yerə) onların üstündə, (suda isə) gəmilərdə daşınırsınız.
81. O isə Öz ayələrini (qüdrət nişanələrini) göstərir. Allahın ayələrinin hansını inkar edə
bilərsiniz?!
82. Məgər onlar (müşriklər) yer üzünü dolaşıb özlərindən əvvəlkilərin axırının necə
olduğunu görmürlərmi? Onlar (sayca) bunlardan daha çox, daha qüvvətli, yer üzündə
|